CIAT
Amerikadaxili Vergi Administrasiyaları Mərkəzi (CİAT) vergi administrasiyalarının inkişafı, ictimaiyyət tərəfindən qəbulu və təşkilati baxımdan güclənməsinə kömək etməklə, eləcə də beynəlxalq əməkdaşlığa və ən yaxşı təcrübələrin mübadiləsinə həvəsləndirməklə dövlətlərin bu istiqamətdə göstərdiyi səyləri dəstəkləyir.
CİAT vergi administrasiyalarının müasirləşdirilməsi və gücləndirilməsi üçün xüsusi texniki yardım göstərən qeyri-kommersiya yönümlü beynəlxalq ictimai təşkilatdır. 1967-ci ildə təsis edilən CİAT-ın hazırda 4 qitəni təmsil edən 38 üzvü və assosiativ üzv ölkəsi var: ölkələrin 31-i Amerika qitəsini, 5-i Avropa qitəsini, 1-i Afrika qitəsini və 1 ölkə də Asiya qitəsini təmsil edir. Hindistan isə assosiativ üzvdür.
Köklü nəticələrin əldə edilməsində qərarlılıq nümayiş etdirən CİAT-ın təbliğ etdiyi dəyərlər - vergi saxtakarlığı, vergidən yayınma kimi bütün neqativ hallar ilə mübarizə aparmaq, onların qarşısını almaq və könüllü əməletməni asanlaşdırmaq üçün göstərilən səyləri özündə əks etdirən inteqrasiya, şəffaflıq və etikadır.