Axtar
az|рус|eng
Müsahibə
Beynəlxalq əlaqə

MDB və Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri haqqında Məlumat Kitabçası

Strukturu

Şura - Nəzarət və strateji rəhbərlik
Komitələr - Müzakirələr və icra
Katiblik - Təhlil və təkliflər 

Şura 

İƏİT Şurası qərarların qəbul edilməsi səlahiyyətinə malikdir. O, hər üzv ölkədən bir nümayəndə və Avropa Komissiyasının nümayəndəsindən ibarətdir.

Şura İƏİT-in daimi nümayəndələri səviyyəsində müntəzəm görüşlər keçirir və qərarlar konsensus əsasında qəbul edilir. İldə bir dəfə əsas məsələlərin müzakirə edilməsi və İƏİT fəaliyyətinin prioritetlərinin müəyyən edilməsi məqsədilə Şura nazirlər səviyyəsində görüş keçirir. Şura tərəfindən təsdiq edilmiş iş İƏİT-in Katibliyi tərəfindən həyata keçirilir.

Komitələr

İƏİT-ə üzv olan 34 ölkənin nümayəndəsi fikirlərinin inkişaf etdirilməsi və iqtisadiyyat, ticarət, elm, məşğuliyyət, təhsil və ya maliyyə bazarları kimi spesifik strateji sahələrdə əldə edilmiş irəliləyişləri nəzərdən keçirmək məqsədilə xüsusi komitələrdə görüşürlər. 

Təşkilatın 250-ə yaxın komitə, işçi qrupu və ekspert qrupları mövcuddur. Milli administrasiyalardan təxminən 40 000 rəsmi şəxs İƏİT Katibliyi tərəfindən görülən işin icrası, nəzərdən keçirməsi və öz töhfələrinin verilməsi məqsədilə hər il İƏİT komitələrinin görüşlərində iştirak edir. Görüşlərdən sonra onlar sənədlərə onlayn çıxış imkanı əldə edir və xüsusi şəbəkə vasitəsilə məlumat mübadiləsi həyata keçirirlər.

İƏİT Katibliyi 

Angel Gurria Baş Katibin bir və ya daha çox müavininin köməkliyi ilə İƏİT Katibliyinə rəhbərlik edir. Cənab Guirria həmçinin Şuraya sədrlik edir və milli nümayəndə heyətləri ilə Katiblik arasında əlaqələri təmin edir.

Paris şəhərində yerləşən Katibliyin təxminən 2500 nəfər əməkdaşı var və onlar komitələrin işini təmin edir və İƏİT Şurası tərəfindən qəbul edilmiş prioritetlərə uyğun olaraq işlər görürlər. İşçi ştatına iqtisadçılar, hüquqşünaslar, alimlər və digər peşəkarlar daxildir.






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.