Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər suallar və cavablarda
Hüseynov Ariz Cəbrayıl, huseynov.ariz87@gmail.com (17.09.2019) (Oxunub: 239 dəfə, ID: 19011)
Salam. Qeyri-rezindetlə bağlanmış xidmət müqaviləsinə əsasən 1000 USD ödəniş olunmalıdı. Müqavilədə hər hansı ödəmə mənbəyində vergi öhdəlikləri barədə qeyri rezindent tərəfindən hər hansı qeydlər olunmamış (qeydlər biz tərəfdən təklif olunsada qəbul etmirlər) və qeyri-rezident müqavilə dəyərinin tam ona ödənilməsini tələb edir. Bu halda vergi öhdəliklərini yerinə yetirmək üçün aşağıdakı iki variantların hansından istifadə etmək olar 1. 1000USD/0.9*10% Yəniki ödəmə mənbəyindən vergi bəyannaməsində xidmətin dəyərini 1111.11 USD göstərməklə 10% vergi tətbiq etmək və qeyri-rezidentə 1000 USD ödənişi tam etmək.(qeyd: bu halda xidmətin dəyərini süni artırmış oluruq) 2. Ödəmə mənbəyində vergi bəyannaməsində xidmətin dəyərini 1000 USD göstərmək və 10% ödəmə mənbəyində vergi hesablamaq amma onu ödəyənin xalis mənfəətindən ödəmək və qeyri-rezidentə 1000 USD ödənişi tam etmək.

Bildiririk ki, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident tərəfindən rezident şəxslərə göstərilən xidmətlərinin tam dəyərinə rezident şəxs 18 faiz dərəcə ilə ƏDV tətbiq etməklə yanaşı, həmin xidmətlərə görə qeyri-rezidentə edilən ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutaraq bəyan etməklə dövlət büdcəsinə ödəməlidir.

Sorğunuzda qeyd olunan halda göstərilən halda xidmətin dəyərini sadə olması üçün manatla misal üzərində baxaq:

Qeyri-rezident tərəfindən rezident şəxslərə göstərilən xidmətin dəyərinə (1000 manata) rezident tərəfindən 18 faiz dərəcə ilə 180 manat məbləğində ƏDV hesablanır və Vergi Məcəlləsinin 169.4-cü maddəsinə uyğun olaraq əvəzləşdirilir, xidmətin dəyəri qeyri-rezidentə ödənilərkən isə 10 faiz dərəcə ilə 100 manat məbləğində ödəmə mənbəyində vergi tutulmalı, qalan məbləğ isə (900 manat) qeyri-rezidentin hesabına köçürülməlidir.

Müqavilənin şərtlərində xidmətİn dəyəri deyil, qeyri-rezidentə ödənilməli olan məbləğ kimi 1000 manat qeyd olunduqda, bu halda ödəmə mənbəyində tutulan vergi məbləği də qeyri-rezidentə ödənilməli olan məbləğin üzərinə gəlinməli, bu yolla müəyyən olunmuş xidmətin ümumi dəyərindən (1111.11 manatdan) ƏDV hesablanmalıdır.

Bax: Vergi Məcəlləsinin 125-ci169-cu maddələri.




Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.