Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər suallar və cavablarda
"Sual-cavab" bölməsi vasitəsilə siz artıq verilən cavabları 5 ballıq sistemlə qiymətləndirə bilərsiniz. Qiymətləndirmə 2 formada aparılır:
1. “Sual-cavab” bölməsində istənilən suala verilən cavabla tanış olub, həmin cavabı qiymətləndirə bilərsiniz.
2. “Sual-cavab” bölməsinə sual göndərən şəxsin e-mail ünvanına məktub göndərilir və o, sualına verilən cavabı qiymətləndirə bilər.
      
Tağıyev Nahid, tagiyev_n@yahoo.com, Sumqayıt (20.09.2019) (Oxunub: 230 dəfə, Orta qiymət: 3.4, ID: 19043)
Vergi Məcəlləsinin 219.11-ci maddəsinə əsasən gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan şəxslərə ödənilən dividendlər sadələşdirilmiş vergidən azaddır. Digər yandan həmin Məcəllənin 219.1-ci maddəsinə əsasən ödəmə mənbəyində vergi tutulmuş satışdankənar gəlirlər, o cümlədən dividend vergitutma obyekti deyildir. Belə olan halda, belə çıxır ki, dividend VM-nin 219.11-ci maddəsinin mövcudluğundan asılı olmayaraq ödəmə mənbəyində vergiyə cəlb edildiyindən bütün hallarda SV məqsədləri üçün vergitutma obyekti deyildir?

Bildiririk ki, rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur və ödəmə mənbəyində vergi tutulmuş dividenddən bir daha vergi tutulmur.

Eyni zamanda, ödəmə mənbəyində vergi tutulmuş satışdankənar gəlirlər, o cümlədən dividend sadələşdirilmiş verginin vergitutma obyekti hesab olunmur.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 1 yanvar 2019-cu il tarixdən gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin ödəyicisi olmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri gəlir (mənfəət) və sadələşdirilmiş vergidən azad edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci, 106.10-cu, 219.11-ci maddələri.

Ümumi qiymətlərin sayı: 10    Orta qiymət: 3.4

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Zaur Kazımov, kazimovzaur12@gmail.com (20.09.2019) (Oxunub: 193 dəfə, Orta qiymət: 2.6, ID: 19042)
Salam. Mənim sualım ƏDV-nin vaxtının müəyyən edilməsi ilə bağlıdır. Bu sualı yazmaqda məqsədim budur ki, mən vergi məcəlləsində müvafiq maddələrin şərhi ilə bağlı normal ədəbiyyat tapa bilməmişəm ki,maddələri təfərrüatı ilə misallarla,nümunələrlə tam şəkildə izah etsin. Deməli, məsələn 118 manatlıq mal satılmışdır (18 manat ƏDV). E-qaimə və EVHF cari ayın 27-si göndərilmişdir. 1-ci hal). Müştəri ƏDV-ni (18 manat) cari ayın 30-u ödəyib, əsas məbləği (100 manat) isə növbəti ayın 1-i. Yəni hər iki ödəniş mallar təqdim edildiyi tarixdən sonrakı gündən başlayaraq 30 gün ərzində ödənilmişdir. Bu halda ƏDV öhdəliyi hansı ayın bəyannaməsinə düşməlidir? Əslində mən "ödəmə" anlayışını hər iki, həm ƏDV ,həm də əsas məbləğin eyni anda ödənilməsi kimi anlayıram. Amma təcrübədə çox zaman ƏDV birinci ödənir, əsas məbləğ isə daha sonralar. 2-ci hal). ƏDV (18 manat) yuxarıdakı kimi cari ayın 30-u ödənilib, amma əsas məbləğ (100 manat) növbəti ayın 30-u. Yəni malların təqdim edilməsindən sonrakı gündən başlayaraq 30 gündən sonra. Bu halda sonuncu növbəti ayın 20-si sonuncu bəyannamənin göndərilməsi müddətində ƏDV öhdəliyi bəyannamədə göstərilməlidirmi? (Baxmayaraq ki, mən şərtdə yazsam da ki, əsas məbləğ növbəti ayın 30-u ödənibdir, amma ayın 20-si, yəni ƏDV-nin son göndərilmə müddəti olduğundan bizim hələ xəbərimiz yoxdur ki, əsas məbləğ ödənəcək ya yox.) Və nəhayət 3-cü hal). Müştəri bu dəfə əsas məbləği birinci ödəyir, yəni yuxarıda göstərdiyim kimi cari ayın 30-u (baxmayaraq ki, 50 faiz cərimə olunacaqdır), amma ƏDV-ni növbəti ayın 1-i ödəyir. Yəni ödəmə məbləğlərinin yeri dəyişir, birinci əsas məbləğ (100 manat) ödənir,ikinci isə ƏDV (18 manat). Bu halda necə olmalıdır? ƏDV öhdəliyini hansı ayın bəyannaməsində əks etdirmək lazımdır. Və eləcədə əsas məbləğin ödənməsi, ƏDV-nin isə ödənməməsi və yaxud da mallar təqdim edildikdən sonra ümumiyyətlə heç bir məbləğin ödənməməsi bizim vergi orqanları qarşısında ƏDV öhdəliyimizin bəyannamədə əks etdirməməsinə əsas verirmi? Yəni ,fərz edək ki, müştəri aylar keçir,heç bir ödəmə etmir, nə ƏDV, nə əsas məbləğ. Bu o deməkdirmi ki, baxmayaraq ki, bizim malları təqdim etdiyimizə görə ƏDV öhdəliyimiz yaranıb,amma müştəri heç bir ödəniş etmədiyindən biz bu öhdəliyimizi bəyannamədə göstərə bilmirik. Yəni ƏDV öhdəliyinin bəyannamədə əks etdirilməsi mütləq olaraq müştəri tərəfindən ödəmənin olmasını vacib edirmi? Yoxsa sadəcə 30 gün əsas olaraq götürülməli və bu 30 gün ərzində heç bir ödəniş olmayıbsa 30 gün keçdikdən sonra avtomatik olaraq ƏDV öhdəliyi vergi ödəyicisi, yəni bizim tərəfimizdən bəyannamədə qeyd edilməlidir? Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm.

Bildiririk ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsində qeyd olunmuşdur ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Mallar (işlər, xidmətlər) təqdim olunduqdan sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə və ödəmə 30 gün ərzində həyata keçirilmirsə, vergi tutulan əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim edildiyi vaxt hesab olunur.

Bu maddədə ödəmə dedikdə vergi tutulan əməliyyat üzrə tam ödənişin aparılması nəzərdə tutulur.

ƏDV məqsədləri üçün vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi ilə bağlı nəzərdə tutulan hallar istisna olmaqla, əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövri üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir.

Ümumi qiymətlərin sayı: 5    Orta qiymət: 2.6

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Ağayev Orxan, aghayevorkhan299@gmail.com (20.09.2019) (Oxunub: 176 dəfə, Orta qiymət: 4.25, ID: 19041)
Salam. Şirkətimiz Hotel Xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğuldur. 1. Bildirmək istəyirik ki, "Booking.com" vasitəsilə xaricə ödəniş ödəyirik (Booking.com bizə müştəri verir, biz bunun müqabilində Booking.com-a verdiyi müştəriyə görə komissiya ödəyirik) Sual budur ki, biz xaricə, yəni "Booking.com"a ödədiyimiz komissiyaya görə hansı vergiyə və vergi hesabatına cəlb olunuruq? Xahiş edirik, tam detallı cavablandırasınız. Öncədən təşəkkür edirik.. 2. 2ci sual budur ki, biz ƏDV ödəyicisiyik, müştərilərimizin əksəriyyəti "0" dərəcə ilə vergiyə cəlb olunan müəssələrdir. Biz ƏDV hesabatıını "0" dərəcəyə görə verdikdə hansı addımları atmalıyıq, "0" dərəcə üzrə sertifikatı necə icra etməliyik, Xahiş edirəm detallı və geniş formatda cavablandırasınız. Öncədən təşəkkür edirəm.

Cavab 1. Bildiririk ki, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident tərəfindən rezident şəxslərə göstərilən xidmətlərə görə ona ödənilən məbləğdən 10 faiz dərəcə ilə vergi tutulmalı, “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” ilə vergi tutulan rübdən sonrakı ayın 20-dən gec olmayaraq bəyan edilməli və həmin müddətdə dövlət büdcəsinə köçürülməlidir.

Eyni zamanda sorğuda qeyd etdiyiniz halda xüsusi elektron şəbəkəsi vasitəsi ilə göstərilən xidmətin alıcısının Azərbaycan Respublikasında yerləşdiyinə əsasən ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir.

Qeyd edilənlərə əsasən qeyri-rezidentə ödənilən məbləğə 18 faiz dərəcə ilə ƏDV hesablanaraq dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 125.1.5-ci150-ci159.2-ci və 168.1.5-ci maddələri.

Cavab 2. Bildiririk ki, hasilatın pay bölgüsü haqqında Sazişlərə əsasən podratçı tərəfin və onun xarici subpodratçısının Saziş çərçivəsində gördükləri işlərin və göstərdikləri xidmətlərin ƏDV-dən azad olunmasını və yaxud sıfır (0) faiz dərəcə ilə cəlb edilməsini onlara verilən “Sıfır faiz (0%) dərəcəsi ilə ƏDV-nə cəlb olunma haqqında Sertifikat (Şəhadətnamə)” təsdiq edir.

Odur ki, Vergilər Nazirliyi tərəfindən ƏDV-dən azad olunma barədə sertifikat verilmiş vergi ödəyicisi karbohidrogen fəaliyyəti ilə bağlı digər vergi ödəyicisindən mal alarkən təqdim olunan sertifikatın surətinə əsasən alınan malların dəyərinə ƏDV sıfır (0) faiz dərəcə ilə tətbiq olunmalıdır.

Qeyd olunan əməliyyatlar ƏDV bəyannaməsinin 302 kodlu “ƏDV-nə sıfır (0) faiz dərəcəsi ilə cəlb olunan əməliyyatlar” sətrinin C1 xanasında dövriyyə məbləği ƏDV-siz, C4 xanasında isə ƏDV-nə sıfır (0) faiz dərəcəsi ilə cəlb olunan əməliyyatların ümumi dövriyyədə xüsusi çəkisi faızlə (%) yazılır və eyni zamanda bu sətrin dövriyyə açıqlaması bəyannamənin 4 ¹–-li Əlavəsində verilir.

Ümumi qiymətlərin sayı: 8    Orta qiymət: 4.25

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Əhmədli Toğrul Bəhlul, togrulakhmadle@gmail.com, Bakı (20.09.2019) (Oxunub: 106 dəfə, Orta qiymət: 4, ID: 19040)
Salam. 1.Mən MMC təsis etmək istəyirəm. Kağız məmulatları ilə bağlı olacaqı fəaliyyəti üçün, xarici bir sıra şirkət ,onlayn saytlardan məhsulları sifariş verəcəyim halda , Azərbaycan Respublikasının gömrüyünə daxil olan məhsullar üçün qanunla tənzimlənmiş qaydada hansı şəkildə , hansı şərtlər daxilində neçə % vergi ödəməliyəm ? 2. Nəzərə alsaq ki, məhsulları onlayn sifariş verəcəmsə, tətbiq edilən vergi rüsumunu necə və nəyə nəzərən hesablanacaq ? 3. Sadaladığım proseslərlə bağlı qanunla müyyən olunmuş rüsumlar, Vergi Məcəlləsi, öhdəliklərlə bağlı nə kimi məlumat (link) verə bilərsiniz ? Öncədən təşəkkürümü bildirirəm.

Bildiririk ki, vergi tutulan idxal ƏDV-nin məqsədləri üçün (aksizli mallar üçün ƏDV ilə yanaşı aksiz vergisinin, yol vergisi tutulan mallar üçün isə ƏDV ilə yanaşı yol vergisinin) vergitutma obyektidir və vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.

Hüquqi şəxs kimi vergi uçotuna alınarkən təqdim etdiyiniz ərizədə seçdiyiniz vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, mənfəət vergisinin və ya əlavə dəyər vergisinin (mənfəət vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilərsiniz.

Müraciətinizdə qeyd etdiyiniz məhsulun topdansatışı ilə məşğul olduğunuz halda, sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz olmur və gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. Eyni zamanda, ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatların həcmi 200 min manatdan artıq olduğu halda ƏDV qeydiyyatına durmalısınız.

Sözügedən vergitutma sistemlərinin hər birinin istər vergitutma bazasında, istər vergi tutulan dəyərində, istərsə də ümumiyyətlə inzibatçılığında müəyyən özəllikləri və xüsusiyyətləri vardır.

Vergi Məcəlləsi ilə nəzərdə tutulan hallarda vergi orqanlarının səlahiyyətlərini qanunla müəyyən edilmiş hallarda və qaydada yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində gömrük orqanları həyata keçirdiyini nəzərə alaraq, malların idxalı zamanı ödənilməli olan rüsumlar və vergilər barədə ətraflı məlumatı Dövlət Gömrük Komitəsinə müraciət etməklə əldə edə bilərsiniz.

Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün ,saytımızın “Sahibkarın vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

Ümumi qiymətlərin sayı: 7    Orta qiymət: 4

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Fuad Tahirov Həsən, f.t@list.ru, Bakı (20.09.2019) (Oxunub: 137 dəfə, Orta qiymət: 4.3, ID: 19038)
Salam. Məsələ: Bizim şirkət qarşı tərəf üçün iş görüb və Mart ayında AKT imzalandı. 5 iş günü ərzində biz qaiməni göndərdik. Lakin 3 ay qarşı tərəf ardıcıl olaraq qaiməni düzəlişə (səbəb məlum olmadan) göndərdi. İyul ayında biz nəhayət ki, EVHF imzalayıb onlara göndərdik. Sual: Bu vəziyyətdə biz ƏDV hesabatı verəndə vergi tutulan əməliyyatı hansı ayın hesabatında gözstərməliyik. Əvvəlcədən təşəkkürlər.

ƏDV tutulan əməliyyatın vaxtı Vergi Məcəlləsinin 166-cı maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Mallar (işlər, xidmətlər) təqdim olunduqdan sonrakı 5 gün ərzində ƏDV-nin vergi hesab-fakturası verilmirsə və ödəmə 30 gün ərzində həyata keçirilmirsə, vergi tutulan əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim olunduğu vaxt hesab olunur.

Sorğunuzda qeyd olunan halda, vergi tutulan əməliyyatın vaxtı ödəmə 30 gün müddətində həyata keçirilmişdirsə ödəmənin edildiyi, 30 gündən sonra həyata keçirildikdə isə elektron vergi hesab-fakturasının 5 gün ərzində təqdim edilmədiyi üçün xidmətlərin faktiki təqdim edildiyi vaxt (təhvil-təslim aktına əsasən) hesab olunur.

Əsas: Vergi Məcəlləsinin 166-cı maddəsi.

Ümumi qiymətlərin sayı: 10    Orta qiymət: 4.3

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Mübariz Ənvər oğlu Rəhimov, Qəbələ (20.09.2019) (Oxunub: 79 dəfə, Orta qiymət: 3.5, ID: 19036)
Salam. Zəhmət olmazsa, bizi məlumatlandırardınız. Müəssisə üçün xammal sayılan kənd təsərrüfatı malları alışı zamanı pərakəndə tədarükçülərdən mal (meyvə) alınmasında problemlər yaranır. Belə ki, müəssisə alacaq məhsulları sıravi kənd təsərrüfatı məhsulları istehsalçılarından almaq istəyir. Amma müəssisənin həmin adda meyvə istehsal olunan rayonlardan kifayət qədər uzaq yerləşməsi səbəbindən mal sahibləri pərakəndə şəkildə meyvənin gətirilməsini sərfəsiz hesab edir. Qeyd edək ki, həmin rayonlarda da meyvə istehsalı müəssisələri yerləşir və mal axını o müəssisələrə baş verir. Bu halda müəssisə topdanalış şəklində alışlar etməlidir və malsatanlara kifayət qədər böyük məbləğlər ödənilməlidir. Bu malsatanlar isə malı kəndlidən alıb müəssisəyə satanlardır. Bu halda müəssisə və malsatanın vergi öhdəliklərini deyərdiniz. Həmin malsatanlara əvvəlcədən nağd olaraq müəyyən böyük məbləğdə avans ödəmək olarmı?

Bildiririk ki, kənd təsərrüfatı məhsullarının istehsalçısı olmayan, vergi ödəyicisi kimi uçotda olmayan şəxslərdən aldıqda ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergi tutulmalı və rüb başa çatdıqdan sonra bu barədə vergi orqanına hesabat təqdim edilməlidir.

Malları təqdim edən şəxs vergi ödəyicisi kimi uçotda olduqda ödəmə mənbəyində vergi tutulması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, həmin şəxs əldə etdiyi gəlirlərə əsasən vergi öhdəliklərini yerinə yetirməlidir.

Vergi ödəyicisi tərəfindən digər şəxsə avans təqdim edilməsi “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 3.5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Seymur Yusifov Ərəb, s.yusifov1@outlook.com, Bakı (20.09.2019) (Oxunub: 93 dəfə, Orta qiymət: 4.67, ID: 19035)
Hörmətli Vergilər Nazirliyinin əməkdaşları, əvəzləşmə ilə bağlı sualımı mümkün qədər ətraflı cavablandırmağınızı sizdən xahiş edirəm. ƏDV məqsədləri üçün qeydiyyatdan keçmiş A müəssisəsi B müəssisəsindən birinci müqavilə üzrə 1180 manatlıq ƏDV daxil mallar alıb, amma ödəməyib və B müəssisəsi EVHF təqdim edib, sonradan 2360 manat ƏDV daxil ikinci müqavilə bağlanır 50% avans ödənişi şərti ilə. Sualım bundan ibarətdir ki A müəssisəsi ödədiyi həmin ödənişlə açıq olan EVHF-nı əvəzləşdirə bilər?

Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan  Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 3 sentyabr 2015-ci il tarixli Qərarının 3-cü hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin mənasına görə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV məbləği sayılır.

Göründüyü kimi vergi ödəyicisinin verilmiş elektron vergi hesab fakturası üzrə ödənilmiş ƏDV məbləğini əvəzləşdirmək hüququ yalnız həmin fakturada göstərilmiş malların (işin, xidmətin) ƏDV-siz dəyərinin nağdsız qaydada təqdim edənə, ƏDV-nin məbləğinin isə ƏDV-nin depozit hesabına ödənilməsi zamanı yaranır.

Ümumi qiymətlərin sayı: 6    Orta qiymət: 4.67

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Elşən Mustafayev, elshan.yadigaroglu@gmail.com, Şəki (20.09.2019) (Oxunub: 112 dəfə, Orta qiymət: 5, ID: 19034)
Salam, ilk dəfə VÖEN aldığım üçün 2% sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alındım. Daha sonra göstərmiş olduğum xidmətə əsasən e-qaimə tərtib edib qarşı tərəfə göndərdim. Nəticədə, artıq 20% gəlir vergisi ödəyicisi oldum. Bilmək istəyirəm, rüb sonu hansı bəyannaməni göndərməliyəm və avtomatik olaraq olaraq fəaliyyət mükəlləfiyyətim gəlir vergisi ödəyicisinə dəyişəcək yoxsa müraciət ərizəsi yazıb göndərməliyəm?

Vergi mükəlləfiyyətinizin fəaliyyətinizə uyğun olmadığı halda qeydiyyatda olduğunuz vergi orqanına vergi mükəlləfiyyətinin dəyişdirilməsi barədə sərbəst formada ərizə ilə müraciət etməlisiniz.

Gəlir vergisi üzrə hesabat dövrü il olduğu üçün bəyannamələr illik formada hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqdim edilir.

Cari vergi ödəmələri isə rüb başa çatdıqdan sonra 15 gün ərzində ödənilməli, rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim edilməlidir. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Ümumi qiymətlərin sayı: 3    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Günel Telman, guneljulfa@gmail.com (20.09.2019) (Oxunub: 120 dəfə, Orta qiymət: 4.2, ID: 19033)

Salam. Yoldaşım üçün iyul ayında VÖEN -i bərpa etmişik. Hal-hazırda heç bir şirkətə deyil, özü özünə işləyir (freelancer). Müxtəlif sifarişlər götürür, onları yerinə yetirir. Suallarım belə olacaq: 1. Aldığı sifarişlərdən neçə faiz vergi ödəməlidir? 2. İyul ayında VÖEN açıbsa, nə vaxt vergini ödəməlidir? 3. Biz sadəcə VÖEN açmışıq, bu barədə hər hansısa sənədi vergilər nazirliyinə təqdim etməliyik? 4. Əgər sifariş üzrə müqavilə yoxdursa və ödəniş nağd olubsa, qazandığımız gəlirin nə qədər olduğunu necə sübüt edə bilərik? Xahiş edirəm, mümkün qədər sadə və aydın cavab almaq istərdim.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Qeyd olunanlara əsasən, vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərdiyiniz halda sadələşdirilmiş vergi ödəyicisi kimi əldə etdiyiniz gəlirdən xərclər çıxılmadan 2 % sadələşdirilmiş vergi ödəməlisiniz.

Sadələşdirilmiş verginin hesabat dövrü rübdür və hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edilməlidir.

Digər şəxslərə (vergi ödəyicilərinə) xidmət göstərdiyiniz halda əldə etdiyiniz gəlirdən xərclər çıxılmala 20 % dərəcə ilə gəlir vergisi ödəməlisiniz. Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin 75 faizi gəlir vergisindən azaddır.

Cavab 4. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən göstərilən xidmətin müqabilində ciddi hesabat blankı olan və ödənişi təsdiqləyən mədaxil qəbzi verilməlidir. 

Əsas: Vergi Məcəlləsinin 106.1.20-ci218.5.10-cu maddələri.

Ümumi qiymətlərin sayı: 5    Orta qiymət: 4.2

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Ədalət Abbasov Məlik, adaleta@mail.ru, Sumqayıt (20.09.2019) (Oxunub: 75 dəfə, Orta qiymət: 5, ID: 19032)
Səyyar vergi yoxlaması keçirilən zaman 2 dəfə yoxlama müddətinin artırılması, bir neçə dəfə müddətin dayandırılması barədə vergi orqanı tərəfindən qərar qəbul olunmuşdur. Sual: Qərarlar vergi ödəyicisinə qəbul olunduğu vaxtdan neçə gün müddətinə təqdim olunmalıdır?

Səyyar vergi yoxlamasının həyata keçirilməsi ilə bağlı qəbul edilən qərarlar, tərtib edilən aktlar və protokollar tərtib edildiyi tarixdən sonra 5 (beş) gündən gec olmayaraq vergi ödəyicisinə təqdim edilməlidir.

Eyni zamanda,  sənədlər vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana zərfin qəbul edildiyinə dair bildiriş yazılan sifarişli məktubla çatdırıldıqda və ya imza edilməklə şəxsən verildikdə, elektron formada tərtib edilmiş sənədlər elektron qutuya daxil olduqda lazımi qaydada vergi ödəyicisinə verilmiş sayılır.

Əsas: Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Tofiq Əliyev Tamleyxa, tofiq.aliyev@gmail.com, Sumqayıt (20.09.2019) (Oxunub: 74 dəfə, Orta qiymət: 5, ID: 19031)
Mən, pensiyaya çıxan zaman e-sosial.az saytında axtarış nəticəsində müəyyən etdim ki, 2018-cı ilin son üç ayı və 2019-cu ilin altı Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürülmədiyinə görə mənim sığorta yığımımda görünmür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-un Bakı şəhər idarəsinə müraciət etdikdə mənə bildirdilər ki, bu işlə Vergilər Nazirliyi məşğul olduğuna dörə köçürmə olunmayıb. Sizdən xahiş edirm, bu yubanmanı aradan qaldırmaq üçün müvafiq şöbələrə göstəriş verəsiniz.

Bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən sosial və işsizlikdən sığorta haqlarının yğılmasına və hesabatların təqdim olunmasına nəzarət vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir.

Pensiya təminatı üzrə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Fiday Yəhyayev Həsənqulu, fiday015@mail.ru, Bakı (20.09.2019) (Oxunub: 58 dəfə, Orta qiymət: 5, ID: 19030)
Valyuta alqı-satqısı ilə məşğul olsam, fiziki şəxs qismində həmin fəaliyyət növü zamanı vergilər hansı formada ödənəcək? Yəni ki, gəlirdən vergi, sadələşdirilmiş vergi və s. Xahiş edirəm, bu barədə mənə məlumat verəsiniz. Xatırladım ki, məktub vasitəsi ilə Vergilər Nazirliyinin Bakı şəhər Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə müraciət etmişəm və cavabında tutarlı heç bir cavab ala bilməmişəm. Bundan başqa həmin idarənin əməliyyatçıları ilə bu barədə danışılıb və sonda heç kim mənə bu sahədə doğru-düzgün məlumat verə bilməyib. Dediklərinə görə bu fəaliyyət növü yeni yarandığı üçün heç kimin bu iş haqda anlayışı və məlumatı yoxdur. Ümid varam ki, mənə doğru-düzgün cavab verəcəksiniz. Təşəkkürlər.

Bildiririk ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan və icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Valyuta mübadiləsi fəaliyyəti lisenziyalaşdırılan fəaliyyət növü olduğu üçün gəlir vergisi ödəyicisi kimi əldə etdiyiniz gəlirlərdən xərclər çıxılmaqla gəlir vergisi ödəməlisiniz.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Emil, eyyubovemil2@gmail.com, Sumqayıt (20.09.2019) (Oxunub: 79 dəfə, Orta qiymət: 5, ID: 19029)
Şirkət müqavilə əsasında Xarici şirkətə (qeyri-rezident) invoice əsasında faiz komissiyası ödəyir. Bu əməliyyatda həm ÖMV, həm də ƏDV vardır. Misal üçün qeyd edim ki, invoicedə 5000 USD göstərilib. İndiki məzənnəyə uyğun olaraq, 8500 AZN ekvivalenti edir. Şirkət 8500 AZN 10 % ÖMV hesablayaraq 9444.45 AZN -ə gətirir. Bilmək istəyirəm ki, ƏDV burda 8500 AZN-dən hesablanır. yoxsa 9444.45 AZN dən. Xahiş edirəm bu sualı misallarla aydın başa salasınız. Əvvəlcədən Təşəkkürlər.

Bildiririk ki, müraciətinizdə qeyd olunan sualın izahlı cavabı 17.09.2019 –cu il tarixdə (ID: 19011) səhifəmizdə yerləşdirilmişdir.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Şirinov Akif Vəzir, akif.zaur@mail.ru, Bakı (20.09.2019) (Oxunub: 63 dəfə, Orta qiymət: 5, ID: 19028)
Hüquqi şəxsdən icarəyə götürülmüş (balansa götürülməmiş əsas vəsaitlərin) əsas vəsaitlərin təmirinə çəkilmiş təmir xərcləri icarə haqqı ilə əvəzləşdirildikdə icarəyə götürəndə təmir xərcləri ilə əlaqədar hər hansı bir vergi öhdəliyi yaranırmı? Əvvəlcədən təşəkkür edirik.

Hüquqi şəxsdən icarəyə götürülmüş əsas vəsaitin təmirinə çəkilmiş xərclər hüquqi şəxsin icarə haqqından gəliri hesab olunduğu üçün, icarə haqqını və təmir xərcini ödəyən şəxs tərəfindən ödəmə mənbəyində vergi tutulmur.

Qeyd olunan gəlirlər hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən gəlir hesab olunmaqla ümumi qaydada mənfəət vergisinə cəlb olunur. 

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Məmməd Cəfərov Vahid, Mingəçevir (20.09.2019) (Oxunub: 85 dəfə, Orta qiymət: 5, ID: 19027)
Salam, sizdən xahiş edirəm mənim sualıma aydınlıq verəsiniz. sual 1- Mən fərdi qaydada bərbər işləyirəm sabit vergi ödəyicisiyəm kassa aparatı quraşdırmaq və qəbz kassa çekini əvəz edəcək qəbz almaq vacibdirmi? sual 2- mənim əlavə maqazin fəaliyyətiylə də məşğulam əmək müqaviləsiylə işçim var mən həm sabit vergi ödəycisi həmdə sadələşmiş vergi ödəyicisi kimi işləyə bilərəmmi? Amma nəzərə alasınız ki, işçini mən maqazinə görə işə götürmüşəm, bərbər fəaliyyətində yalnız özüm işləyirəm.

Cavab 1. Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər aylıq 15 manat məbləğə Mingəçevir üçün 1.0 əmsalı tətbiq etməklə 15 manat  sadələşdirilmiş vergi ödəyir.

Qeyd olunan şəxslərin vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə etməklə sadələşdirilmiş qaydada yerinə yetirməsi həmin şəxsləri nağd pul hesablaşmaları zamanı alıcıya Vergi Məcəlləsinin 16.1.9-cu maddəsində nəzərdə tutulmuş müvafiq qəbz və digər ciddi hesabat blanklarını təqdim etmək öhdəliyindən azad etmir. Müvafiq olaraq sorğunuzda qeyd edilən fəaliyyət növüi ilə məşğul olan şəxslər nağd hesablaşmalarını NKA vasitəsilə deyil, ciddi hesabat blankları ilə rəsmiləşdirməlidirlər.

Cavab 2. Bildiririk ki, Vergi Məcəlləsinin 218.4-cü maddəsində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir.

Qeyd olunanlara əsasən, siz işçi cəlb etmədən fərdi qaydada bərbərlik fəaliyyətini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” əldə edərək həyata keçirə bilərsiniz. Həmin fəaliyyətdən əlavə digər fəaliyyətlə də məşğul olduğunuz halda isə, gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparmalısınız.
Əsas: Vergi Məcəlləsinin 218.4.4-cü, 220.10-cu, 221.6-cı maddələri.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Elçin Kərimov İlqar, karimovelchin@mail.ru, Bakı (20.09.2019) (Oxunub: 67 dəfə, Orta qiymət: 5, ID: 19026)
1.Cari ayda 68419 usd invoice dəyəri ilə idxal etdiyimiz mal üçün Bakı Baş Gömrük idarəsində 136831.56 azn Gömrük dəyəri ilə qiymətləndirilmiş və 684.16 azn İdxal vergisi, 550azn gömrük yığımı hesablanmış və malın Gömrük dəyəinin üzərinə gəlinərək yekunda alınan (138065.72azn) dəyər üçün 24851.83 azn ƏDV hesablanmışdır. ƏDV hesablanandan sonra YGB üzrə 60 azn Elektron Gömrük Xidmət haqqı və 10.8 azn Elektron Gömrük Xidmət haqqı üzrə ƏDV hesablanmışdır. Bizdə öz növbəmizdə ƏDV hesablanana qədər olan ödənişləri yəni 550 azn-i və 684.16 azn-i İnvoice dəyərinin üzərinə gələrək malın maya dəyərin formalaşdırmışıq. Sualımız ondan ibarətdirki ƏDV hesablanandan sonra hesablanan (60 azn Elektron Gömrük Xidmət haqqı və 10.8azn Elektron Gömrük Xidmet haqqı üzrə ƏDV) ödənişləri ayrıca xərcə daxil edirik ya malın maya dəyərinə əlavə edirik? - Mal dedikdə həm satışçün idxal etdiyimiz mal, həm də əsas vəsait nəzərdə tuturuq.
2. İyul ayı Çinə sifarişin verdiyimiz malın ödənişin etmişik və bu ödənişi eləyən zaman bank tərəfindən kommission haqq tutulub. Avqust ayı mal ölkəyə daxil olub və Gömrük rəsmiləşdirilməsi zamanı YGB nin doldurulması üçün özəl bir şirktə ödəniş etmişik, daha sonra rəsmiləşmə zamanı Gömrük orqanına YGB da göstərilə ƏDV, İdxal vergisi və s. kimi rüsum və vergiləri ödəyən zaman da bank tərəfindən kommission haqq tutulub. Sualım ondan ibarətdir ki, yuxarıda qeyd etdiyim və aşağıda yenidən qeyd etdiyim bu xərclər satış üçün idxal etdiyim malın və ya idxal etdiyim əsas vəsaitin maya dəyərinə aid edilir ya ayrıca xərcə silinir? -İyul ayında malın dəyərin xaricə köçürən zaman ödənilən bank komissiyası -Avqust ayında YGB da göstərilən Gömrük rüsumların və vergilərin ödəyən zaman ödənilən bank komissiyası -İdxal olunan malın YGB-sin hazırlamaq üçün özəl şirkətə ödənilən haqq.

Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən X fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda vergi ödəyicisi tərəfindən idxal olunan malların gömrük rəsmiləşdirilməsinə görə aparılan ödənişlər, eyni zamanda bank tərəfindən tutulan xidmət haqları malın maya dəyərinə daxil edilmədən birbaşa gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 162-ci maddələri və Azərbaycan Respublikasının “Gömrük tarifi haqqında” 13 iyun 2013-cü il tarixli 687-IVQ nömrəli Qanunu ilə tənzimlənir.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Cəfərov Vüqar Mayis, vu.jafarov@gmail.com, Bakı (20.09.2019) (Oxunub: 56 dəfə, ID: 19025)
Salam. Sual: A şirkəti nəqliyyat xidməti göstərirsə, balansında olan bir neçə avtonəqliyyat vasitəsi ilə. Yalnız sürücülər müqavilə ilə işə cəlb olunublar və müqavilə əsasında yığılmış vəsaitdən müəyyan bir faiz əsasında çalışırlar. Bundan əlavə də nəqliyyat vasitəsinin sayı taksi xidmətini tam təmin edə bilməməsi səbəbindən əlavə müqavilə əsasında taksilər cəlb olunmuşdur. Həmin A şirkəti Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmalıdırmı?

Bildiririk ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxs sadələşdirimiş vergi ödəyicisi hesab olunur və daşımanın xarakterindən, nəqliyyat vasitəsinin növündən, oturacaq yerlərinin sayından və xidmətin həyata keçirildiyi yerdən asılı olaraq Vergi Məcəlləsinin 220.5-ci və 220.6-ci maddələri ilə müəyyən edilən qaydada vergini hesablayaraq öz istəyinə uyğun təqvim ayının sonunadək növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" alarkən dövlət büdcəsinə ödəməlidirlər.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, "Fərqlənmə nişanı" mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri olan, sərnişin və yük daşımalarını özü və ya müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxs tərəfindən alınmalıdır.

Məlumat üçün bildiririk ki, bu cür daşımaları həyata keçirən şəxslər digər fəaliyyət növü ilə də məşğul olduqda,  əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar.

Əsas: Vergi Məcəlləsinin 218.4.1-ci, 221.6-cı maddələri.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Cəfərli Təbriz Afis, ceferlitebriz@gmail.com, Bakı (20.09.2019) (Oxunub: 40 dəfə, Orta qiymət: 1, ID: 19024)
Salam. Pambıq əkini və emalı ilə məşğul olan dövlət müəssisəsinə 1ha 150 azn-dən 200 ha (30000 azn) icarəyə verilən torpaq sahələrinə görə başqa heç bir gəliri olmayan mmc-nin (yəni gəliri ancaq icarədən formalaşan) bank hesabına köçürülən vəsait aylıq limit çərçivəsində 15000 azn nağdlaşdırıla bilərmi? (ədv ödəyicisi deyil) Əgər, cavab xeyrdirsə, vəsait necə və hara istifadə oluna bilər? Bu vəsait dövlət satınalma müqaviləsi ilə əldə olunan vəsait hesab oluna bilərmi?

Dövlət orqanlarından, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdən, büdcə təşkilatlarından və publik hüquqi şəxslərdən əmlakların icarəyə götürülməsi halları istisna olmaqla, digər hallarda icarəyə götürən vergi ödəyicisinin “Nağdsız hesablaşmalar haqqında” Qanunun (bundan sonra – Qanun) 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq icarəyəverən hüquqi şəxsə icarə haqlarını həmin maddədə göstərilən hədlər daxilində (30 000 manat və ya 15 000 manat) nağd qaydada ödəməsinə qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Belə ki, Qanunun 3.4.3-cü maddəsinə əsasən dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar yalnız nağdsız qaydada ödənilməlidir. 

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 1

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Mustafayeva, vusala@azecolab.com (20.09.2019) (Oxunub: 44 dəfə, ID: 19023)
Salam. Sualım DTA-03 forması ilə əlaqədardır. Online kargüzarlıq vasitəsilə DTA-03 formasını doldurduqda “Digər Məlumatlar” hissəsində qeyd edilib ki, ərizə səlahiyyətli nümayəndə tərəfindən doldurulduqda, həmin səlahiyyətli nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin məlumatları (səlahiyyətli nümayəndənin səlahiyətlərini təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti ərizəyə əlavə olunmalıdır) qeyd edilməlidir. Əgər Azərbaycanda qeydiyyatdan keçmiş rezident şirkət qeyi-rezident şirkətə ödəniş edirsə və Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrdaən faydalanmaq istəyirsə, bu formanı sadəcə öz asan imzası ilə daxil olub doldura bilməzmi? Axı xarici şirkətlərdən notarial qaydada təsdiq edilmiş etibarnamə almaq asan deyil.

Bildiririk ki, DTA-03 forması qeyri-rezident tərəfindən doldurulmalı, rezidenti olduğu Razılığa gələn digər Dövlətin səlahiyyətli vergi orqanı və Azərbaycan Respublikasında ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanı tərəfindən müvafiq qaydada təsdiqlənməlidir.

Qeyd etdiyiniz kimi, forma qeyri-rezidentin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edildkdə, qeyri-rezident tərəfindən həmin nümayəndəyə səlahiyyətlərin verilməsi barədə notariat qaydasında təsdiqlənmiş sənədlər təqdim olunmalıdır..

Əsas: Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasi ilə digər dövlətlər arasinda ikiqat vergitutmanin aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı” Qaydaları.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Həsənov Elməddin Fərhad, chinar25020@yahoo.com, Bakı (20.09.2019) (Oxunub: 50 dəfə, Orta qiymət: 4.5, ID: 19022)
Salam. Zəhmət olmasa misal üzərindən izah verərdiz. Misal üçün "A" MMC 15.06.2019-cu il tarixdə e-qaimə ilə (17.06.2019-da e-VHF təqdim edilib) "B" MMC-yə 1000,0 manat dəyərində (180 ƏDV) mal təqdim edib. "B" MMC 600 manat vəsaiti (108 manat ƏDV məbləğini ƏDV-nin DH-na) 23.06.2019-cu il tarixdə, 400 manat vəsaiti (72 manat ƏDV məbləğini ƏDV DH-na) 03.07.2019-cu il tarixdə ödəyib. Belə olan halda ƏDV bəyannaməsi hansı qaydada tərtib olunmalıdır. Vergilər Nazirliyinin 195 çağrı mərkəzindən bildirirlər ki, tam ödəniş 30 gün ərzində daxil olduğundan (03.07.2019-cu il tarixdə) 2019-cu ilin İyul ayı üzrə ƏDV bəyannaməsində 1000 manat vergiyə cəlb olunan dövriyyə məbləği göstərilməlidir. 1. Əgər tam ödənişi iyul ayındə gəldiyini nəzərə alırsınızsa niyə "Qarşılıqlı əlaqələrin təhlili" adlı uyğunsuzluqla iyun ayında ƏDV DH-na daxil olmuş vəsaitə görə 108 manat kameral hesablama aparırsız? 2. Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən "B" MMC-nin aldığı mallara görə ödədiyi ƏDV məbləğini ödənişin aparıldığı ayda əvəzləşməyə daxil etdiyi halda, "A" MMC tərəfindən təqdim edilmiş mallara görə daxil olan vəsait natamam adı ilə növbəti aya keçirilməlidir. 3. Vergi Məcəlləsinin 166-cı maddəsində tam ödəniş sözü varmı?

Bildiririk ki, ƏDV tutulan əməliyyatın vaxtı sifarişçi müqavilə üzrə təqdim edilmiş malların, göstərilmiş xidmətlərin, görülmüş işlərin dəyərini 30 gün müddətində ödədikdə ödəmənin həyata keçirildiyi vaxt, 30 gündən gec ödədikdə isə malların, xidmətlərin, işlərin təhvil verilməsindən 5 gündən gec olmayaraq verilmiş elektron vergi hesab-fakturasının tarixi, elektron vergi hesab-fakturası 5 gündən gec verildiyi halda isə malların, xidmətlərin, işlərin təhvil verilməsi tarixi hesab olunur.

Ödəmə dedikdə verilmiş elektron vergi hesab-fakturası əsasında eyni vaxtda malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin hesabına, ƏDV məbləğinin isə ƏDV-nin depozit hesabına ödənilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan  Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 3 sentyabr 2015-ci il tarixli Qərarının 3-cü hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin mənasına görə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV məbləği sayılır.

Bununla yanaşı bildiririk ki, vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə səbəb olan vergi riskinin aradan qaldırılması məqsədi ilə vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq kameral qaydada vergi yoxlaması apara, vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

Müvafiq olaraq vergi orqanına təqdim edilmiş bəyannamələrdə kameral qaydada aparılmış yoxlamalar zamanı müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması üçün əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (məlumatları) kameral vergi hesablanmasını aparan vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 4.5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Balağa Tairov Rəhim, Balaga.tairov@gmail.com, Bakı (20.09.2019) (Oxunub: 52 dəfə, ID: 19021)
Salam . Mənim suallarım maşınların gömrük rüsumlarına aiddir . 1. Rusiya Federasiyasının Sankt Peterburq şəhərində yerləşən zavodda istehsal olunan Toyota Camry markalı avtomobili Azərbaycan Respublikası ərazisinə gətirəndə istehsal ölkəsi və göndərilən ölkə AR gömrük orqanları tərəfindən Rusiya Federasiyası kimi qəbul olunurmu ? ( Çünki hal-hazırda ABŞ-dan idxal olunan və ABŞ-da istehsal olunan Toyota markalı avtomobillər 2008 -2009 -cu illər AR ərazisində gömrük qeydiyyatından buraxılır .Baxmayaraq ki Toyota Yaponiyaya məxsus şirkətdir və AR ərazisinə Yaponiyada istehsal olunan avtomobillərin gətirilməsi avro 4 standartına əsasən 2011-ci ildən sonra mümkündür qanunvericiliyə əsasən .) 2. Mən sizin saytda online kalkulyator vasitəsilə 10000 dollar məbləğində və mühərrikin işçi həcmi 2500 kub santimetr olan avtomobil üçün iki fərqli məbləğ gördüm .Əgər alacağım avtobili əgər Rusiya Federasiyası ərazisində istehsal olunmuşsa və buradan idxal edəcəyəmsə 6930 manat 40 qəpik gömrük rüsumu ödəməliyəm . Lakin həmin bu eyni işçi həcmli və qiymətli (yuxarıda göstərilib ) avtomobili lakin ABŞ-da istehsal olunan və buradan idxal edəcəyəmsə 12948 manat 40 qəpik gömrük rüsumu ödəməliyəm. Qeyd üçün bildirim ki söhbət hər iki halda idxal etmək istədiyim eyni markanın eyni modelindən yəni konkret olaraq Toyota Camry markalı avtomobildən gedir . Sadəcə olaraq biri ABŞ-dakı zavodda digəri Rusiyadakı zavodda istehsal olunur.. Bu niyə görə belədir ? 3.Mənim ölkəyə idxal etdiyim avtomobilin bazar qiymətini gömrük ekspertizası necə qiymətləndirir ? Tutalım mənim 10000 ABŞ dollarına əldə etdiyim avtomobili alış qiymətin 12000 ABŞ dolları dəyərində qiymətləndirir .Mən avtomobili 10000 ABŞ dollarına əldə etdiyimi sübut etmək üçün xarici ölkədən gətirdim çek və ya alternativi adi və ya notarial tərcümə olunmuş qaydada qəbul olunurmu vergi orqanı tərfindən ? Mənimlə vergi orqanı arasında ziddiyyət yaranmasın deyə nə etməliyəm ? Hansı sənədi gətirməliyəm ki avtomobili əldə etdiyim qiymət qəbul olunsun və müstəqil ekspertiza onu artıq qiymətləndirməsin . 4. Mənə xaricdə avtomobil həddiyyə verilibsə və ya loto vasitəsilə onu udmuşamsa onu AR ərazisinə gətirəndə standart prosedurmu tətbiq olunur yoxsa bu halda gömrük rüsumu fəqlidir ? Misal üçün mənə 10000 ABŞ dolları civarında avtomobil hədiyyə verilib və mən ölkəyə gətirmək istəyirəm lakin mənim maliyyə vəsaitim standart gömrük rüsumunu ödəməyə yetmir , bu halda nə etməliyəm ?

Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada yol vergisi və idxal-ixrac əməliyyatları sahəsində vergi orqanlarının səlahiyyətlərini gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə  Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Mübariz Ənvər oğlu Rəhimov, raqmu@mail.ru, Qəbələ (20.09.2019) (Oxunub: 45 dəfə, ID: 19020)
Salam. Bilirik ki, respublikamızda Fermer Kartı verilməsinə başlanılıb. Bu kartın fermerlər üçün üstünlükləri nədən ibarətdir? Əgər Fermer özünə aid olmayan məhsulları alıb satırsa və pulu bu karta yüklənəcəksə onu necə ayırd etmək olacaq? Zəhmət olmazsa ətraflı məlumat verərdiniz.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştləri daha 5 il müddətinə, yəni 2024-cü ilə qədər uzadılmışdır.

Göründüyü kimi güzəşt kənd təsərrüfatı məhsullarının istehsalçılarına aid edilmişdir. Qeyd olunanlara əsasən, kənd təsərrüfatı mallarının istehsalçısı tərəfindən mallar təqdim edildikdə ödənilən vəsait gəlir vergisindən azaddır.

Eyni zamanda vergidən azad olunan gəlir əldə edən şəxs də bütün digər vergi ödəyiciləri kimi seçdiyi vergitutma sistemindən asılı olaraq (sadələşdirilmiş və ya mənfəət) vergi orqanına bəyannamə təqdim etməli və azad olunan gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərinə əks etdirməlidir.

Kənd təsərrüfatı malları malların istehsalçı olmayan şəxs tərəfindən təqdim edildikdə, həmin  şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda, ödəmə mənbəyində 2 faiz dərəcə ilə vergi tutulur.

Müraciətinizdə qeyd olunan “fermer kartı” haqqında məlumat almaq üçün aidiyyəti üzrə Kənd Təsərrüfatı Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 101.6-cı, 102.1.11-ci, 106.1.14-cü, 150.1.14-cü, 164.1.18-ci, 219.7-ci maddələri.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Arzu Məmmədova İslam, aynurgunduz9@gmail.com, Bakı (20.09.2019) (Oxunub: 76 dəfə, Orta qiymət: 4, ID: 19019)
Salam. Mikro sahbkarlıq subyektində işçilərin orta siyahı sayı 1-10 nəfər olmalıdır. Bilmək istərdimki işçilərin orta siyahı sayının hesablanma qaydası necədir?

Bildiririk ki, “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın məqsədləri üçün işçilərin orta siyahı sayı hesabat ilinin ayları üzrə işçilərin sayı toplanaraq 12-yə bölmək yolu ilə hesablanır.

Vergi ödəyicisi il ərzində fəaliyyətini dayandırdıqda isə, vergi ödəyicisinin faktiki fəaliyyət göstərdiyi aylar üzrə işçilərin sayı toplanaraq həmin ayların sayına bölünmə yolu ilə müəyyənləşdirilir.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 4

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Arzu Məmmədova İslam, aynurgunduz9@gmail.com, Bakı (17.09.2019) (Oxunub: 158 dəfə, Orta qiymət: 4.78, ID: 19018)
Salam. Müəssisə xidmət sahəsində fəaliyyət göstərir, dövriyyəsi 200 000 manatı keçməmişdir və 2019-cu ilə qədər sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. 2017-ci ilin dekabr ayında müəssisənin balansına əsas vəsaitlər daxil edilmişdir. Yeni qanunverciliyə əsasən mikrosahibkarlıq subyektləri əmlak vergisi ödəməkdən azaddır. Bilmək istərdim ki, müəssisənin əmlak vergisi bəyannaməsi təqdim etmək mükəlləfiyyəti varmı, varsa bu mükəlləfiyyət hansı dövrləri əhatə edir?

Vergi Məcəlləsinin 199.14-cü maddəsinə əsasən Mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar.

Eyni zamanda, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifələrinə azad edildiyini nəzərə alaraq bildiririk ki, əmlak vergisindən azad olan mikrosahibkarlıq subyekti olan hüquqi şəxslər vergidən azad olunan gəlirlərinin uçotunu aparmağa və bəyannamə təqdim etməyə borcludurlar.

Ümumi qiymətlərin sayı: 9    Orta qiymət: 4.78

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Rauf Vəliyev, valiyevr@gmail.com (17.09.2019) (Oxunub: 106 dəfə, ID: 19017)
"A" müəssisəsi "B" müəssisəndən mal-materiallar alır. B müəssisəsi malları xaricdən idxal edir və DAP Bakı şərtinə əsasən (gömrük rüsumu və vergilər o cümlədən ƏDV "A" müəssisəsi tərəfindən ödənilməklə) gömrükdə malları təhvil verir. Malların ƏDV-si gömrükdə ödənildiyini nəzərə alsaq o halda "B" müəssisəsi elektron qaimə fakturanı ƏDV tətbiq etməklə təqdim etməlidirmi? bu halda mən ikinci dəfə ƏDV ödəməli olurammı? və ya ƏDV tətbiq etmədiyi halda elektron qaimə faktura VM-nin hansı maddəsinə əsasən ƏDV tətbiq edilmədən vurulmalıdır? Hər iki hal üzrə olan suallarıma ödənilmiş ƏDV-nin hansı qaydada əvəzləşdirməli olduğumada aydınlıq gətirməyinizi xahiş edirəm. Suallara ətraflı və istinad olunaraq cavab verməyinizi xahiş edirəm.

Bildiririk ki, ƏDV vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir.

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan B müəssisəsi malları idxal edən zaman ödədiyi ƏDV-ni əvəzləşdirir və həmin malları A müəssisəsinə təqdim etdikdə, yenidən ƏDV hesablayır.

A müəssisəsi isə öz növbəsində əldə etdiyi mallara görə ödədiyi ƏDV məbləğini əvəzləşdirmək üçün aşağıdakı qaydalara əməl etməlidir:

- verginin məbləği xüsusi ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilməlidir;

- malın (işin xidmətin) dəyəri nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödənilməlidir;

- alınmış mal (iş, xidmət) sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə olunmalıdır;

- alınmış mallara (işlərə, xidmətlərə) görə elektron vergi hesab-fakturaları verilməlidir..

Əsas: Vergi Məcəlləsinin 170-ci, 174-cü, 175-ci, 176-cı maddələri.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Mİrzəyev Namiq Abbas, mirzoyev.namiq@mail.ru (17.09.2019) (Oxunub: 95 dəfə, Orta qiymət: 5, ID: 19016)
Lotoreya biletlerinin pərakəndə satışı ilə məşğul olmaq istəyirəm. Sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərə bilərəmmi ve hansı fəaliyyət kodundan istifadə edə bilərəm?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Buna əsasən lotereya biletlərinin satışı ilə bağlı vergi ödəyicilərinə xidmət göstərən agentlərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Lotereya biletlərinin satışı ilə məşğul olan fiziki şəxslər gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməli və həmin şəxslərin vergi tutulan gəlirləri əldə olunan komisyon haqlarından  (alış və satış qiyməti arasındakı fərq) ibarətdir.

Qeyd etdiyiniz fəaliyyəti (lotoreya biletlərinin satışı) “92000 HƏVƏSLƏNDİRİCİ OYUNLARIN KEÇİRİLMƏSİ SAHƏSİNDƏ FƏALİYYƏT” fəaliyyət növünü seçərək  həyata keçirə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 218.5.10-cu maddəsi.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Qaragöz Kərimov Kərim, ghostleon73@gmail.com, Yevlax (17.09.2019) (Oxunub: 107 dəfə, Orta qiymət: 5, ID: 19015)
Salam, mən xarici onlayn ticarət saytından mal sifariş etmişəm və ödənişi Paypal vasitəsilə etdim. Lakin malın sifarişindən imtina etmək istəyirəm. Bunun üçün bilmək istəyirəm ki, mənim bank kartımdan malın alınmasına görə tutulmuş vergi məbləği də qaytarılır?

Bildiririk ki, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən xarici saytlardan elektron ticarət qaydasında malların alınmasına görə aparılan ödənişlərdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən alıcının hesabından ƏDV tutulmur.

Ümumi qiymətlərin sayı: 3    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Şirinov Akif Vəzir oğlu, akif.zaur@mail.ru, Bakı (17.09.2019) (Oxunub: 83 dəfə, Orta qiymət: 5, ID: 19014)
İcarəçi tərəfindən balansa götürülməyən icarə əsas vəsaitlərə çəkilən təmir xərcləri (İcarə müqaviləsində də nəzərdə tutulmuşdur.) icarə haqqı ilə əvəzləşdirilərək icarəyə götürənin sərəncamında qalan xalis mənfəətin hesabına silindikdə, icarəyə götürəndə hər hansı bir vergi yaranırmı, yaxud icarəyə götürən həmin təmir xərcini gəlirdən çıxa bilərmi? Əvvəlcədən təşəkkür edirəm.

Bildiririk ki, icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin icarəçi tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinə icarə haqqı ilə əvəzləşdirilmədiyi və həmin əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda yol verilir.

Eyni zamanda, əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda həmin əsas vəsaitlərə amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.

Digər halda (əsas vəsaitlər balansa götürülmədikdə və ya icarə haqqı ilə əvəzləşdirildikdə) icarəçi tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Balansa götürülməyən və icarə haqqı ilə əvəzləşdirilməyən əsas vəsaitlərə çəkilən təmir xərcləri icarəyə götürən şəxsin sərəncamında qalan sərbəst mənfəəti hesabına aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 114.6-cı115-ci maddələri.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Alışov Əli Muxtar, ekoloq_63@mail.ru, Bakı (17.09.2019) (Oxunub: 143 dəfə, Orta qiymət: 4.5, ID: 19013)
Salam. Əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70 "a" (ləğv etmə) bəndi ilə xitam verilərkən ödənilən İşdənçıxma müavinəti vergi,sosial sığorta və 0.5 % işsizlik tutumuna cəlb olunurmu? Sağ olun.

Əmək Məcəlləsinə müvafiq ödənilən təminatların gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində yalnız işçilərin sayı və ya ştatların ixtisar edildiyi hallara şamil edildiyindən, həmin vergi güzəştinin müəssisə ləğv edildiyi zaman işçiyə ödənilən müavinətlərə tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır və ümumi qaydada gəlir vergisinə cəlb olunur.

Müəssisənin ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dovlət sosial sığorta və işsizlikdən sığorta haqqına cəlb edilmir.

Əsas: Vergi Məcəlləsinin 98.1-ci102.1.4-cü maddələri, Əmək Məcəlləsinin 70-ci və 77-ci maddələri.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 4.5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Azər Bəylərzadə Qanbay, azer.beylerzade.1804@gmail.com, Bakı (17.09.2019) (Oxunub: 80 dəfə, ID: 19012)
Salam. Mənim sualım "həyatın yığım sığortası"-dakı bəzi qaydalarla bağlı olacaqdır. Vergi məcəlləsinə əsasən, işçinin sığorta şirkəti ilə bağladığı müqavilədə qeyd edilən və işçinin aylıq gross əmək haqqısından çıxılan məbləğ 22% DSMF-yə ödəniləcək olan vergidən azaddır və işçinin xeyrinə olaraq işçinin sığorta şirkətindəki hesabına ödənilir. Sual budur: Şirkətin bu 22% əlavə məbləği işçinin siğorta hesabına ödəməsi qaydalara əsasən avtomatik həyata keçirilir və standard qaydadır, yoxsa şirkət bunu könüllü olaraq edəcək? Yəni şirkət istəməsə, 22% əlavə məbləği işçinin sığorta hesabına ödəməmək kimi bir seçimi varmı? Təşəkkürlər.

Bildiririk ki, həyatın yığım sığortası müqaviləsinin bağlanmasının qaydaları və şərtləri vergi qanunvericiliyi ilə tənzimlənmir.

Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Eyni zamanda nəzərə alınmalıdır ki, sığortaedənin (işəgötürənin) vəsaiti hesabına sığortaedənin təşəbbüsü ilə onun tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən sosial sığorta haqlarından azad edilmiş sosial sığorta haqqı məbləğləri işçinin gəlirlərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.