Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər suallar və cavablarda
"Sual-cavab" bölməsi vasitəsilə siz artıq verilən cavabları 5 ballıq sistemlə qiymətləndirə bilərsiniz. Qiymətləndirmə 2 formada aparılır:
1. “Sual-cavab” bölməsində istənilən suala verilən cavabla tanış olub, həmin cavabı qiymətləndirə bilərsiniz.
2. “Sual-cavab” bölməsinə sual göndərən şəxsin e-mail ünvanına məktub göndərilir və o, sualına verilən cavabı qiymətləndirə bilər.
      
Hüseynov Ariz Cəbrayıl, huseynov.ariz87@gmail.com (17.09.2019) (Oxunub: 196 dəfə, Orta qiymət: 3, ID: 19011)
Salam. Qeyri-rezindetlə bağlanmış xidmət müqaviləsinə əsasən 1000 USD ödəniş olunmalıdı. Müqavilədə hər hansı ödəmə mənbəyində vergi öhdəlikləri barədə qeyri rezindent tərəfindən hər hansı qeydlər olunmamış (qeydlər biz tərəfdən təklif olunsada qəbul etmirlər) və qeyri-rezident müqavilə dəyərinin tam ona ödənilməsini tələb edir. Bu halda vergi öhdəliklərini yerinə yetirmək üçün aşağıdakı iki variantların hansından istifadə etmək olar 1. 1000USD/0.9*10% Yəniki ödəmə mənbəyindən vergi bəyannaməsində xidmətin dəyərini 1111.11 USD göstərməklə 10% vergi tətbiq etmək və qeyri-rezidentə 1000 USD ödənişi tam etmək.(qeyd: bu halda xidmətin dəyərini süni artırmış oluruq) 2. Ödəmə mənbəyində vergi bəyannaməsində xidmətin dəyərini 1000 USD göstərmək və 10% ödəmə mənbəyində vergi hesablamaq amma onu ödəyənin xalis mənfəətindən ödəmək və qeyri-rezidentə 1000 USD ödənişi tam etmək.

Bildiririk ki, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident tərəfindən rezident şəxslərə göstərilən xidmətlərinin tam dəyərinə rezident şəxs 18 faiz dərəcə ilə ƏDV tətbiq etməklə yanaşı, həmin xidmətlərə görə qeyri-rezidentə edilən ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutaraq bəyan etməklə dövlət büdcəsinə ödəməlidir.

Sorğunuzda qeyd olunan halda göstərilən halda xidmətin dəyərini sadə olması üçün manatla misal üzərində baxaq:

Qeyri-rezident tərəfindən rezident şəxslərə göstərilən xidmətin dəyərinə (1000 manata) rezident tərəfindən 18 faiz dərəcə ilə 180 manat məbləğində ƏDV hesablanır və Vergi Məcəlləsinin 169.4-cü maddəsinə uyğun olaraq əvəzləşdirilir, xidmətin dəyəri qeyri-rezidentə ödənilərkən isə 10 faiz dərəcə ilə 100 manat məbləğində ödəmə mənbəyində vergi tutulmalı, qalan məbləğ isə (900 manat) qeyri-rezidentin hesabına köçürülməlidir.

Müqavilənin şərtlərində xidmətİn dəyəri deyil, qeyri-rezidentə ödənilməli olan məbləğ kimi 1000 manat qeyd olunduqda, bu halda ödəmə mənbəyində tutulan vergi məbləği də qeyri-rezidentə ödənilməli olan məbləğin üzərinə gəlinməli, bu yolla müəyyən olunmuş xidmətin ümumi dəyərindən (1111.11 manatdan) ƏDV hesablanmalıdır.

Bax: Vergi Məcəlləsinin 125-ci169-cu maddələri.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 3

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Quluzadə Təhminə, tahmina.rzayeva.86@mail.ru (17.09.2019) (Oxunub: 79 dəfə, Orta qiymət: 5, ID: 19010)
Mənfəət vergisi ödəyicisi olaraq deyəlim ki, illik satışı 150,000 AZN olarsa illik xərcim (icarə, işçi maaşı, ofis xərcləri) 100,000 AZN olarsa xalis gəlirim 50,000 AZN-dirsə. Bu zaman 1) 50,000x 20 faiz=10,000 AZN Menfeet vergısı 2) 50,000 x 75 faiz vergiden azad qalan 12,500 x 20 faiz vergi= 2500 AZN mənfəət vergisi. Sualım: hansı doğru hesablanmışdır?

Bildiririk ki, mikro sahibkarlıq subyekti olan şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin (mənfəətin) 75 faizi gəlir (mənfəət) vergisindən azaddır.

Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında qərarına əsasən mikro sahibkarlıq subyektləri dedikdə işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manat və az olan sahibkarlıq subyektləri nəzərdə tutulur.

Sorğunuzda qeyd olunan vergi ödəyicisinin illik gəliri 200 min manatdan az, işçilərinin orta siyahı sayı 1-10 nəfər olduğu halda bildiririk ki, həmin hüquqi şəxsin mənfəətinin (50 000) 75 %-i mənfəət vergisindən azad olduğu üçün, sorğunuzda qeyd olunan ikinci hesablama doğrudur.

Əsas: Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi.

Ümumi qiymətlərin sayı: 3    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Əli Dadaşov Nəriman oğlu, ali.m.hotpoint@gmail.com (17.09.2019) (Oxunub: 72 dəfə, Orta qiymət: 5, ID: 19009)
Salam, bilmək istərdim 18 yaşı tamam olmamış vətəndaşı işə qəbul etmək olarmı?

Əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən Əmək Məcəlləsinin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir.

On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.

Əmək qanunvericiliyinin tətbiqinə dair ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərsiniz.

Əsas: Əmək Məcəlləsinin 46-cı, 312-ci madddələri.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Gülmira Seyidova Mirtam, guluseyid92@gmail.com, Göygöl (17.09.2019) (Oxunub: 51 dəfə, Orta qiymət: 5, ID: 19008)
Salam, xahiş edirəm mənə məlumat verə bilərsiniz, Vergilər Nazirliyinin orqanlarına işə qəbul imtahanında IV kurs tələbələri (qız) iştirak edə bilər?

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqədə iştirak edə bilməzlər.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Elnur Səfərəliyev, elnur_quba@mail.ru, Quba (17.09.2019) (Oxunub: 48 dəfə, ID: 19007)
Salam. Gəlir vergi ödəyicisi olan mikrosahibkar fiziki şəxs hüquqi şəxs üçün müqavilə əsasında illusstrasiya çəkir və əlavə olaraq şəxsi vəsaiti hesabına ramka materialları almaqla onu ramkaya yerləşdirərək qarşı tərəfə satır. Qarşı tərəf pulu tək qaimə əsasında ödəsə də müqaviləyə əsasən vəsait 2 məqsədlə köçürülür - əsərin çəkilməsi və ramka materialları üçün. Sual: - Royaltinin və qonorarın Vergi ensiklopediyasında fərqli anlayışlar kimi təqdim edilməsini nəzərə alsaq Vergi Məcəlləsinə və Sosial Sığorta Haqqında Qanuna əsasən Royaltiyə 14% vergi hesablanır amma royalti kimi sosial ödənişdən azaddır. Əvəzində 36AZN (180*20%*100%) ümumi dövriyyəsi olduğu üçün sosial ödəniş etməlidir. Bəs müqaviləyə əsasən Vergi ödəyicisi konkret olaraq qonorar alırsa Sosial sığorta 15% ödəsə bunun Vergisi necə hesablanmalıdır? Gəlir vergisi kimi?

Bildiririk ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir.

Royalti isə ədəbiyyat, incəsənət, yaxud elm əsərləri ilə yanaşı, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmaya, yaxud istifadə hüquqlarının verilməsinə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə ödənilən haqqı özündə ehtiva edir.

Əlavə olaraq bildiririk ki, müəlliflik qonorarı royalti anlayışı ilə əhatə olunmaqla sosial sığorta haqqı hesablanmayan gəlir növüdür və Vergi Məcəlləsinin 124-cü maddəsinə  əsasən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 124-cü maddəsi, Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü, 5-ci, 6-cı və 15-ci maddələri.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Leyla Davıdova, leyla.davydova@yahoo.com, Bakı (17.09.2019) (Oxunub: 73 dəfə, Orta qiymət: 1, ID: 19006)
Salam, fiziki şəxs VÖEN əsasında fəaliyyət göstərildiyi halda, hər hansı aylarda heç bir fəaliyyət və gəlir olmadığı təqdirdə, DSMF tərəfindən məcburi dövlət sosial sığorta haqqı hesablanırmı və hansı qaydada? Əvvəlcədən təşəkkür

Bildiririk ki, sosial sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarəti 1 yanvar 2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən  (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq  olunur.

Hazırda qanunvericiliyin bu tələbinə əsasən sosial sığorta hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 1

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Əhmədov Emil Tahir, ahmedov303@mail.ru, Sumqayıt (17.09.2019) (Oxunub: 65 dəfə, Orta qiymət: 5, ID: 19005)
Salam, mən dövlət sektorunda çalışan mühasibəm. Dövlət sektorunda son haqq hesab verilərkən cari iş ilinə görə istifadə edilməmiş məzuniyyət üçün ödənilməli konpensasiya işlənmiş son ayın əmək haqqısı ilə birlikdə gəlir vergisinə cəlb edilməlidir, yoxsa ayrı-ayrı hesablanaraq gəlir vergisinə cəlb olunmalıdır?

Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir.

Eyni zamanda gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Vasif Xəlilov Soltanəli, x.vasif@bk.ru, Sumqayıt (17.09.2019) (Oxunub: 54 dəfə, ID: 19004)
Salam, mən 5 ildir ki, dövlət qulluqçusuyam. DSMF-də yerli şöbələrin birində çalışıram. Mühasibat uçotu sektorunda məsləhətçiyəm, bilmək istəyirem ki, mən vergi imtahanları başlayan zaman bir başa ikinci tura keçə bilərəm? Yoxsa mütləq qaydada test imtahanda iştirak etməliyem. Zəhmət olmasa, zənglə də cavablandırasınız sualımı.

"Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"nin 1.7-ci bəndinə əsasən keçirilən birbaşa müsahibə yolu ilə müsabiqə üçün sənəd qəbulu hazırda dayandırılmışdır.

Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqənin şərtləri barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Hüseynov Ariz Cəbrayıl, huseynov.ariz87@gmail.com (17.09.2019) (Oxunub: 59 dəfə, ID: 19003)
Salam. Bilmək istərdim ki, hər hansı bir rayona ezam gedən işci təqdim etdiyi hotel qəbzinə əsasən başqa rayonda olan hotelin xidmətindən istifadə edirsə, həmin sənəd xərc sənədi kimi qəbul olunurmu? Qeyd edim ki, İşçilərin Ezamiyyə Qaydaları nın təsdiq edilməsi haqqında Maliyyə Nazirliyinin qərarında bu haqda qeyd olunmayıb.

Bildiririk ki, ezamiyyənin rəsmiləşdirilməsinə dair izahatın verilməsi Vergilər Nazirliyinin səlahiyyətlərinə aid olmadığından ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Hafiz, hafiz_123@mail.ru, Bakı (17.09.2019) (Oxunub: 46 dəfə, Orta qiymət: 5, ID: 19002)
Salam. Vergilər Nazirliyi qanun izahı ilə bağlı. Məsələn.2018-ci ilin 1 yanvar tarixindən etibarən statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturadan ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala - birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə isə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Sual: Vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən dedikdə bura (işlərin xidmətlərin) daxil deyil. Daxildirsə niyə bu bənddə işlər xidmətlər qeyd olunmayıb? Biz şirkət olaraq ofis icarəyə götürmüşük, icarəyə verən şirkət elektron qaimə-faktura təqdim etmir, bu halda icarədar və ya icarəçi hər hansı maliyyə sanksiyası, cərimə hesablanırmı?

Vergi Məcəlləsinin  16.1.11-6.1-cı, 16.1.11-6.2-ci, 16.1.11-6.3-cü maddələrində sadalanan şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək bütün vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Eyni zamanda səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

Qeyd olunan maliyyə sanksiyaları mallara aid edilmişdir, iş və xidmətlərin  elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə Vergi Məcəlləsində maliyyə sanksiyası nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 16.1.11-6-cı, 58.8.2-ci58.13-cü maddələri.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Bayram Şəmsəddinov, sh.bayram@live.ru, Bakı (17.09.2019) (Oxunub: 57 dəfə, Orta qiymət: 4, ID: 19001)
Bildirirəm ki, 2019-cu ilin avqustun 18-da səhər saat 9.00-dan 9.30-dək Ağsu rayonunun Nəvahi kəndi ərazisində, asfalt yolun kənarında yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında rayonun başqa bir kəndinə getmək üçün minik avtomobili gözləmişəm. Olduğum müddət ərzində onlarla avtonəqliyyat vasitələrinin həmin yanacaqdolduma məntəqəsinə daxil olub oradan yanacaq (dizel yanacağı, benzin) almasının və operatorun sürücülərdən pulu alıb çek vermədiyinin şahidi olmuşam. Mən olduğun yerdən kassa aparatı açıq-aydın görünürdü. Apardığım yarım saatlıq vətəndaş müşahidəsi zamanı xodovoy yerdə xodovoy mal satan məntəqədə alıcıların heç birinə kassa çeki verilmədiyini müəyyən etdim. Bu, yəqin ki aşkar surətdə “Kəndxudanı gör, kəndi çap” vergi ödəməkdən yayınma formasıdır. Sualım ondan ibarətdir ki, bu müraciətdən sonra “Likoyl-Ağsu” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsində aparılmış vətəndaş müşahidəsi 4 saylı ƏVİ-nin xronometraj müşahidəsi ilə davam etdirilə bilərmi və bele hallarda bu kimi obyektlər hansı dövlət vergilərini ödəməkdən yayınırlar?

Bildiririk ki, dövlət vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.

Yuxarıda qeyd olunanlara əsasən qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 4

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Ramin əsgərli, ramin.asgerli@mail.ru (17.09.2019) (Oxunub: 63 dəfə, Orta qiymət: 5, ID: 19000)
57.7-1 nə vaxtdan qüvvəyə minir?

Bildiririk ki, Vergi Məcəlləsində qeyd etdiyiniz maddə mövcud deyil.

Vergi Məcəlləsinin 57.1-1-ci maddəni nəzərdə tutduğunuz halda, həmin maddə 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minir.

Qeyd olunan maddəyə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərə və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinin dördüncü və beşinci abzaslarında nəzərdə tutulan hesabatı və arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməməyə görə – təqvim ili ərzində belə hallara birinci dəfə yol verdikdə minimum aylıq əməkhaqqının 3 faizi, iki və daha çox dəfə yol verdikdə 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əlavə olaraq bildiririk ki, müraciətinizi dəqiqləşdirərək yenidən “Sual-Cavab” bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Qanun”-un 2.10-cu maddəsi.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Natalya Şkurina, natalie30@rambler.ru (17.09.2019) (Oxunub: 56 dəfə, Orta qiymət: 5, ID: 18999)
Bir sualım var. Hüquq şirkəti yük daşıma üçün maşın alıb. Bu maşının alınmasının məqsədi şirkətin mallarının satış nöqtələrinə çatdırmaqdır. Dəqiqləşdirmək istəyirdim ki, BNA (Bakı Nəqliyyat İdarəsi)-nə nəsə ödəməliyəm? Əgər bəli onda nə gədər və nəyə əsasən? Əvvəlcədən təşəkkür edirəm!

Bildiririk ki, şəxs mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələrini üçün “Xüsusi fərqlənmə nişanı” almalıdır.

“Xüsusi fərqlənmə nişanı” mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergi ödəyiciləri müraciətindən sonra beş iş günü ərzində  Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilir və bunun alınması üçün hər hansı haqq ödənilmir.

Əsas: Vergi Məcəlləsinin 221.4.9-cu maddəsi.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Calal Xəmmədo Qurban, xammadov_8080@mail.ru, İmişli (17.09.2019) (Oxunub: 38 dəfə, ID: 18998)
Salam. Mən adıma olan vergi uçotunu və NK aparatını ləğv etdirərək atamın adına keçirmək istəyirəm. Bunun üçün kimə müraciət edim və buna görə ödəniş etməliyəmmi?

“Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında Ərizə” formasını səhifəmizin “Bir pəncərə” bölməsinin “Ərizə və arayış formaları” hissəsindən əldə edə bilərsiniz.

Xatırladırıq ki, vergi orqanlarında uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.

Vergi qanunvericiliyi və inzibatçılığı barədə əlavə məlumatın alınmasına zərurət yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1)vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Elçin Əliyev Nəriman, ElchinN.Aliyec@socar.az (17.09.2019) (Oxunub: 66 dəfə, Orta qiymət: 5, ID: 18997)
Salam. Alimentin hesablanma qaydas: Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növləri 7. Aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır. Burada vergilər deyəndə nə nəzərdə tutulur? Yalnız gəlir vergisi? Yoxsa vergilər dedikdə DSMF - 3%, Həmkarlara -1%, İşsizlik müavinatı - 0.5% ? Misal üçün: İşçinin hesablanmış əmək haqqısı - 1000 azn Burada: gəlir vergisi - 112 azn DSMF - 30 azn HİK - 10 azn İşçizlik müavinat - 5 azn Cəmi tutulma - 157 azn İşçiyə ələ catacaq məbləğ 1000-157 = 843 azn Aliment 25% olduqda, hesablanması hansı məbləğdən olur 1) 1000-157 = 843 * 25% 2) 1000 - 112 = 888 * 25% Öncədən təşəkkür edirəm.

“Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 98 nömrəli Qərarın 7-ci maddəsinə əsasən aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır. Burada “vergilər” dedikdə şəxsin muzdlu işdən əldə etdiyi gəlirdən, habelə sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulan vergilər nəzərdə tutulur.

Əsas: “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin növlərinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 98 nömrəli Qərarı

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Nərgiz Məmmədova Nəriman, nargizma@gmail.com (17.09.2019) (Oxunub: 57 dəfə, Orta qiymət: 5, ID: 18996)
1. Xarici Şirkətin AR filialı respublika ərazisində AR rezidenti olan sifarişçi Şirkət üçün xidmət göstərir. Bu xidmətin yerinə yetirilməsi üçün Ana Şirkət olan qeyri rezident Şirkət ilə əmək müqaviləsi ilə işləyən xarici vətəndaşlar AR-na ezam olunur. Burada gördükləri işlərə görə Ana Şirkətdən məvacib alır, digər sosial xarakterli xərcləri isə AR filialı tərəfindən ödənilir (mənzil kirayə, nəqliyyat, kommunikasiya, yemək xərcləri). Məvaciblər isə sonradan Ana Şirkətinin AR filialını buraxdığı hesab faktura əsasında əvəzi ödənilir. Sual: xarici vətəndaşların hansı gəlirləri və necə vergiyə və sosial sığorta ödənişlərinin hesablanmasına cəlb olunmalıdır.
2. Vergi Məcəlləsinin 98-ci Maddəsinə əlavə edilmiş 98.2.7. maddəsində qeyd edilən "işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsait müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qayda" ilə necə və harada tanış olmaq olar? Xahiş edirik, həmin Qaydalara link və ya axtarmaq üçün detallar ilə paylaşın.
3. Məcburi Dövlət Sosial Sığorta Haqqında qanunun 14-cü Maddəsində qeyd edilmiş 14.5.2 maddəsində “mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla)” dedikdə misal olaraq hansı müqavilələr nəzərdə tutulur? Xarici vətəndaşların AR ərazisində xidmət göstərmək üçün bağlanmış ezamiyyə müqavilələri bu cür müqavilələrə aid edilirmi?
4. Fərdi Sahibkar olaraq 2019-cu ildə vergi mükəlləfiyyətini dəyişdirərək sadələşdirilmiş vergidən gəlir vergisi ödəyicisi kimi qeydiyyata alınmışam, “İl ərzində seçdiyi metodun" növü” qrafasının qarşısında 151.5-ci maddəsini seçmişəm. Cari 2019-cu ilin 1-ci rübündə heç bir gəlir əldə etməmişəm, 1-ci rübdə görülmüş işlər üzrə ödəniş 2-ci rübdə bank hesabıma köçürülüb. Sual: əldə etdiyim gəliri hansı rübün cari vergi ödəməsi haqqında arayışında göstərməli idim? Hal hazırda 2-ci rübün cari vergi ödəməsi haqqında arayışda aldığım məbləği göstərməklə göndərmiş, lakin bu günədək Şəxsi məlumatlarda vergi borcu 0 (sıfır) göstərilirsə, neyi səhv etmiş ola bilərəm?

1) 3) Vergi Məcəlləsinin 13.2.16.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında muzdlu işdən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunur və muzdlu işdən əldə edilən gəlirlər Vergi Məcəlləsinə uyğun olaraq gəlir vergisinə cəlb olunur.
“Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsinin müddəalarına əsasən qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən əcnəbilər istisna olmaqla, Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunurlar.
İşəgötürən tərəfindən işçilərin sosial xarakterli xərclərinin (təhsil, səhiyyə, yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakı, həyatı, sağlamlığı üzrə sığorta xərclərinin) üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunan gəlirdən məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

İşçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.

2) Vergi Məcəlləsinin 98.2.7-ci maddəsində işəgötürən tərəfindən işçiyə (təhtəlhesab şəxsə) verilmiş təhtəlhesab vəsaitin geri qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qaydalar təsdiq edildikdən sonra həmin qaydalar barədə Vergilər Nazirliyinin rəsmi internet səhifəsində məlumat veriləcəkdir.

4) Vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq etdiyi uçot metodundan (hesablama və ya kassa metodu) asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Gəlir və xərclərin uçotunun kassa metodu tətbiq edilərkən nağd pul vəsaitinin alındığı vaxt gəlirin əldə edildiyi və gəlirdən çıxılan xərclərin çəkilməsi vaxtı həmin xərclərin ödənildiyi vaxtla müəyyən edildiyindən əldə edilmiş gəlirin tam məbləğindən gəlir vergisi hesablanır və əldə edilmiş mallara görə xərclər həmin xərclərin faktiki çəkildiyi hesabat ilinin xərclərinə aid edilir.
Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

Qeyd olunanlara əsasən fərdi sahibkar tərəfindən hesablama və ya kassa metodunun tətbiq edilməsindən asılı olaraq əldə etdiyi gəlir üzrə müvafiq hesabat dövründə cari vergi ödəmələrini həyata keçirməlidir.

Əsas: Vergi Məcəlləsinin 95-ci, 98-ci, 101-ci, 134-cü, 135-ci136-cı maddələri və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Gündüz Kərimov, gunduz_kerimov@yahoo.com (17.09.2019) (Oxunub: 53 dəfə, Orta qiymət: 1, ID: 18994)
Salam. Xarici valyutaya konvertasiya zamanı kommersiya bankından razılaşdırılmış kurs təklif edilirsə və hesabdan əlavə komissiya çıxılmırsa,bu halda Mərkəzi bank kursu ilə kommersiya bank tərəfindən təklif edilən kurs arasındakı fərq məzənnə fərqinə yoxsa bank komissiyalarına aid edilməlidir? Əvvəlcədən təşəkkürlər.

Yerli kommersiya bankında xarici valyutaya konvertasiya aparılan zaman Mərkəzi Bankın məzənnəsi ilə həmin bankın məzənnəsi arasındakı fərq vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 1

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Orxan Əzimli, Bakı (17.09.2019) (Oxunub: 50 dəfə, Orta qiymət: 5, ID: 18993)
Salam. Sualım hesablama metodu ilə uçot aparan istehsal müəssisə ilə bağlıdır. Belə ki, misal üçün 2018-ci ildə hazır məhsulunun istehsal edilməsinə 200 min manat xammal və material, 50 min manat istehsal prosesinə cəlb edilmiş işçilərin əmək haqqı (o, cümlədən sosial sığorta), 20 min manat istehsal prosesində istifadə olunan avadanlıqların amortizasiya və 30 min manat istehsal binası ilə bağlı sair məsrəflər (icarə, kommunal, mühafizə və s.) xərclənmişdir. Hesabat dövrü ərzində istehsal edilmiş hazır məhsulun yarısı satılmışdır. İstehsal prosesi ilə bağlı olmayan (yəni inzibati və satışla bağlı) xərclər 50 min manat təşkil etmişdir (əmək haqqı, icarə, kommunal, nəqliyyat, amortizasiya və sair). Belə olan halda: 1) 2018-ci ilin mənfəət vergisi bəyannaməsində xərc kimi istehsal prosesi ilə bağlı olmayan xərcləri (yəni inzibati və satışla bağlı) tam olaraq əks etdirmək olarmı? Olmadığı halda hansı qaydada əks etdirilməlidir? 2) həmin bəyannamədə istehsal prosesi ilə bağlı olan xərcləri də tam olaraq əks etdirmək olarmı? Olmadığı halda hansı qaydada əks etdirilməlidir?

Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.
Qeyd edilənlərə əsasən hazır məhsulun istehsalına çəkilmiş xərclər, o cümlədən əmək haqları və ona bərabər tutulan ödənişlər, istehsal prosesinə cəlb olunmuş əsas vəsaitlər üzrə amortizasiya ayırmaları həmin məhsulların dəyərini təşkil etdiyindən satılmayan məhsulların növbəti ildə təqdim edilməsi zamanı həmin məhsulların dəyərində olan xərclər təqdim edildiyi ildə gəlirdən çıxılan xərclərə aid edilir.

Bununla yanaşı istehsal prosesi ilə bağlı olmayan xərclər (inzibati və satış xərcləri) məhsulun maya dəyərinə daxil edilmir və vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 134-cü, 135-ci136-cı maddələri

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Zaur, Bakı (17.09.2019) (Oxunub: 63 dəfə, ID: 18992)
Salam. Bizim şirkət DSMF-nin kvotasına uyğun olaraq, bizim işçimiz olmayan əlil şəxslərə hər ay minimal əmək haqqı qədər maddi yardım edir. Burada bizim vergi öhdəliyimiz yaranırmı? Bu ÖMV-nin predmeti deyil.

Müəssisə tərəfindən onunla əmək münasibətlərində olmayan əlil şəxslərə hər ay minimum aylıq əmək haqqı miqdarında ödənişlərin verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Məhəmməd Knyazov Kamran, mehemmed.kinyazov@mail.ru, Bakı (06.09.2019) (Oxunub: 234 dəfə, Orta qiymət: 4, ID: 18991)
Salam. 1) Vergi Məcəlləsinin 100-cü maddəsində sonda qeyd edilən "ümumi gəlirdən çıxılır" dedikdə burda qeyd olunan "ümumi gəlir" sözü Vergi Məcəlləsinin 96.1-ci maddəsində qeyd olunan "rezidentin bütün gəliri" hissəsindəki "bütün gəlir" sözüylə eynidir ya aralarında fərq var? 2) Vergi Məcəlləsinin 96.1-ci maddəsində bütün gəlir dedikdə vergidən azad edilən gəlirlərdə bu bütün gəlirlər anlayışın içində nəzərdə tutulur? Ümumiyyətlə bu vergidən azad olan məbləğ də (anlayış cəhətdən) vergiyə cəlb edilən gəlirlərin daxilindədir sadəcə bu məbləğə müəyyən müddətlik mi deyək azadolma verilib? düzmü fikirləşirəm? 3) Gəlir vergisi bəyannaməsində ümumi gəlirdən çıxılmalarda 1224.4-cü sətrin xərclər hissəsində deyil məhz ümumi gəlirdən çıxılmalarda qeyd olunması vergi məcəlləsinin hansı maddəsinə əsasəndi? Eynilə 1224.7ci sətir. 4) Vergi Məcəlləsi 100-cü maddədə ümumi gəlirdən çıxılmalarda divident faiz icarə royalti daşınmaz əmlak satışı və idman mərc qeyd olunub. Gəlir vergisi bəyannaməsinə baxanda eynilə dividentin faizin royalti və icarənin ümumi gəlirə daxil edilib sonradan ümumi gəlirdən çıxılmalarda qeyd olunduğun gördüm amma daşınmaz əmlak satışının və idman mərcin bəyannamədə harda ümumi gəlirə daxil edilib harda ümumi gəlirdən çıxıldığın tapa bilmədim. 5) Gəlir vergisi bəyannaməsində 1220-ci sətirdə kimlərdiki muzdlu işdən gəlir qazansınlar amma ödəmə mənbəyində vergi tutulmasın? Sizdən çox xahiş edirəm suallarımı daha əhatəli şəkildə cavablandırasınız.

Bildiririk ki, Vergi Məcəlləsinin 96.1-ci maddəsi gəlir vergisinin vergitutma obyektini müəyyən edir və vergitutma obyektinin vergiyə cəlb edilən gəlir olduğu göstərilir. Vergidən azad edilən gəlirlər üzrə vergi öhdəliyi yaranmır. Vergi ödəyicisinin bütün gəlirləri dedikdə onun Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda əldə etdiyi gəlirlər nəzərdə tutulur. Gəlir vergisi bəyannaməsində vergi ödəyicisinin həm vergiyə cəlb edilən, həm də vergidən azad edilən gəlirləri, eyni zamanda ödəmə mənbəyində vergi tutulmuş gəlirləri əks etdirilir. Gəlirin dəqiqləşməsi gəlirdən xərclərin çıxılmasını nəzərdə tutmur və ümumi gəlirdən vergitutulan gəlirin azaldılması mənasını verir.

Fiziki şəxsin dividend, faiz, royaliti, mərc oyunları üzrə Azərbaycan mənbəyində əldə etdiyi gəlirlərindən vergi tutulmuşdursa, həmin gəlirlərdən bir daha vergi tutulmur. Daşınmaz əmlakın satışından əldə edilən gəlirlər üzrə isə vergilər sadələşdirilmiş vergi şəklində  tutulduğundan həmin məbləğ vergitutulan gəlirə daxil edilmədiyindən gəlirin dəqiqləşməsinə də daxil deyildir.

Azərbaycan Respublikasının hüdudlarında kənarda muzdlu işdə çalışan şəxslər tərəfindən əldə edilən gəlirlərdən ödəmə mənbəyində verginin tutulması qanunvericilikdə nəzərdə tutulmur.

Əsas: Vergi Məcəlləsinin 96-cı, 100-cü150-ci maddələri

Ümumi qiymətlərin sayı: 8    Orta qiymət: 4

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Rəşad Həsənov Bayram, rashad@ze-tronics.com, Bakı (06.09.2019) (Oxunub: 159 dəfə, Orta qiymət: 2.7, ID: 18990)
Dövlət satınalma müsabiqələrində (tenderlərdə) iştirak üçün təqdim etdiyiniz arayışda qeyd edirsiz ki, şirkət son bir il üzrə riskli vergi ödəyiciləri ilə (digər şəxslər üçün idxal əməliyyatları aparan və ya əmtəəsiz sənəd satışı həyata keçirən) qarşılıqlı əməliyyatların aparıldığı müəyyən edilmişdir. Riskli vergi ödəyiciləri kimlərdir? Onların siyahısı ictimaiyyətə elan olunubdurmu? Əgər belə bir siyahı açıqlanmayıbsa, nə üçün tenderdə iştirak edən bir şirkətə verilən arayışda belə bir cümlənin qeyd edilərək həmin şirkətin işgüzar nüfuzuna və reputasiyasına zərər yetirilməsinə aydınlıq gətirilməsini xahiş edirəm.

Bildiririk ki, vergidən yayınma sxemləri təşkil edən, digər şəxslər üçün idxal əməliyyatları aparan və ya əmtəəsiz sənəd satışı həyata keçirən şəxslər, vergitutma məqsədləri üçün riskli vergi ödəyiciləri hesab olunurlar.

Vergi Məcəlləsinin 23.1.16-cı maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq nəzərdə tutulmuş başqa hüquqları həyata keçirmək hüquqları vardır.

Vergi Məcəlləsinin 24.0.2-ci maddəsinə əsasən vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləmək və müdafiə etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir.

Qeyd olunanlara əsasən vergi qanunvericiliyinin pozulması hallarının baş verməsinə gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması məqsədilə vergi orqanları tərəfindən dövlət satınalma müsabiqələrində (tenderlərdə) iştirak üçün təqdim edilən arayışda vergi ödəyicilərinin riskli vergi ödəyiciləri ilə qarşılıqlı əməliyyatlar aparması barədə məlumatlar göstərilir.

Əsas: Vergi Məcəlləsinin 23-cü24-cü maddələri.

Ümumi qiymətlərin sayı: 10    Orta qiymət: 2.7

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Xatimə Mirzəyeva Sədrəddin, accounts@dts.az, Bakı (06.09.2019) (Oxunub: 167 dəfə, Orta qiymət: 5, ID: 18989)
Şirkət ƏDV ödəyicisidir, icarəyə torpaq götürüb, tikinti şirkəti ilə müqavilə bağlayı ofis tikintisini həyata keçirir. Sual 1: ödənişlər müqavilə əsasında avans şəklində ödənilir və 08 hesabına (kapital ehtiyatları) qeyd olunur, 2019 ilin mənfəət bəyannaməsində də kapital ehtiyatları sətrində qeyd olunacaq. Bu düzdür? Sual 2: obyektin tikintisi 2020-ci ildə planlaşdırılır, müvafiq təhvil-təslim sənədləri veriləndən sonra 01 hesabına (əsas vəsaitlər) köçürüləcək. Tikintiyə ödənilən vəsait şirkətin sərbəst mənfəətindən çıxılmalıdırmı? Yoxsa yalnız amortizasiya xərcləri mənfəətə təsir göstərəcək? Cavabınızı Vergi Məcəlləsinin maddələri əsasında cavablandırmağınızı sizdən xahiş edirəm. Əvvəlcədən təşəkkür edirəm.

Bildiririk ki, əsas vəsaitlərin tikintisini podrat üsulu ilə həyata keçirərkən ödənilən məbləğlər kapital qoyuluşu hesabına aid edilməklə aktivlərin dəyərini formalaşdırır. Təhvil verilən aktivlər “Təhvil-qəbul aktı” və elektron qaimə-faktura əsasında balansa mədaxil edilir və aktivlərə çəkilmiş xərclər yalnız amortizasiya ayırması şəklində gəlirdən çıxılır. Aktivlərin tikilməsi prosesində çəkilən kapital xarakterli xərclər bəyannamənin əlavəsində “kapitallaşdırma üçün aktivlər” 1.8-ci sətrində əks olunur. Aktivlər təhvil verildikdə isə təhvil verilən aktivin dəyəri əsas vəsaitlər sətrinə mədaxil edilməklə əks olunur.

Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən əsas vəsaitlər — istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir.

Vergi Məcəlləsinin 109.1-ci maddəsinə əsasən əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Vergi Məcəlləsinin 114.1-ci maddəsinə əsasən bu Məcəllənin 99-cu maddəsində müəyyən edilmiş sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlər üzrə amortizasiya ayırmaları bu maddənin müddəalarına uyğun olaraq gəlirdən çıxılır.

Qeyd olunanlara əsasən müəssisə tərəfindən sahibkarlıq fəaliyyətində istifadə edilən əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.

Bunlarla yanaşı, sorğuda göstərilən əməliyyatlar üzrə müxabirləşmələrin aparılması ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət oluna bilər.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 114-cü143-cü maddələri.

Ümumi qiymətlərin sayı: 4    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Hüseynov Ariz Cəbrayıl, huseynov.ariz87@gmail.com (06.09.2019) (Oxunub: 147 dəfə, Orta qiymət: 3.33, ID: 18988)
Salam. İşsizlikdən sığorta haqqında qanun 9-cu maddəsinə əsasən sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə â– hesablanmış əməyin ödənişi fondunun 0,5 faiz , sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə â– işçinin əməkhaqqının 0,5 faizdir . Vergi Məcəlləsinin 98.1 maddəsinə əsasən Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına əsasən əmək haqqının tərkibinə aylıq tarif maaşı, əlavələr və mükafatlar daxildir. Sual1. İşəgötürən tərəfindən işciyə yemək xərcləri birbaşa özünə ödənilirsə işsizlikdən sığorta haqqı necə hesablanacaq? Sual2. İşəgötürən tərəfindən işciyə çəkilən yemək xərci üçünçü tərəfə ödənilirsə işsizlikdən sığorta haqqı necə hesablanacaq? (Qeyd:Vergilər Nazirliyi tərəfindən online kargüzarlığa göndərilmiş məktubda üçünçü tərəfə ödənilən yemək xərci yalnız işəgötürən tərəfindən 0.5 faiz hesablanması nəzərdə tutulmuşdur. Amma İşsizlikdən Sığorta üzrə Rüblük Bəyannamədə hər hansı cəkilən xərcin işəgötürən tərəfindən ödənilməsi və işcin tərəfindən azad olunması ilə bağlı qrafa yoxdur.

“İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi - fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Göründüyü kimi, işsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə)  pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan- muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.

Qeyd edilənlərə əsasən əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər (təhsil haqqı, mənzil kirayəsi, iş yerində verilən yeməklərin dəyəri və s.) işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Əsas: İşsizlikdən sığorta haqqında” Qanun.

Ümumi qiymətlərin sayı: 6    Orta qiymət: 3.33

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Abbasov Fərhad Ələddin, abbasovfarhad98@gmail.com, Gəncə (06.09.2019) (Oxunub: 169 dəfə, Orta qiymət: 4.75, ID: 18987)
Mən Gəncə şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul oluram və həmçinin gəlir vergisi odəyicisiyəm. Bilmək istərdim ki, sahibkarlıq fəaliyyəti üçün ödənilən sosial siğorta ödənişləri gəlirdən çıxılan xərc kimi daxil edilirmi?

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Bu baxımdan da, fərdi sahibkarlıqla məşğul olan şəxsin “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının qanununa əsasən ödədiyi məcburi sosial sığorta ayırmaları gəlirdən çıxıla bilər.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi.

Ümumi qiymətlərin sayı: 4    Orta qiymət: 4.75

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Orxan Hacıyev, hajiyevo@gmail.com, Bakı (06.09.2019) (Oxunub: 114 dəfə, Orta qiymət: 5, ID: 18984)
Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinə əsasən mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyiciləridilər. Dəqiqləşdirmək istərdim ki, "şəxs" dedikdə həm hüquqi, həm də fiziki şəxslər nəzərdə tutulur və ya yalnız fiziki şəxs? Misal üçün: mənfəət vergisi ödəyicisi olan iki hüquqi şəxs torpaq alqı-satqısını həyata keçirdikdə onlar sadələşdirilmiş vergiyə və ya ümumi qaydada gəlir əldə etmiş tərəf mənfəət vergisinə cəlb edilir?

Bildiririk ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (Vergi Məcəlləsində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləri hesab olunurlar.

Şəxs dedikdə, istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi başa düşülür ki, bu da sorğunuzda sözügedən halda daşınmaz əmlakını təqdim edən hüquqi şəxsin də ümumi qaydada notarius tərəfindən rəsmiləşdirmə zamanı sadələşdirilmiş vergiyə cəlb olunmasını təsbit edir.

Əsas: Vergi Məcəlləsinin 13.2.1-ci, 13.2.6-cı218.4.3-cı maddələri.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Əhmədov Emil Tahir, ahmedov303@mail.ru, Sumqayıt (06.09.2019) (Oxunub: 126 dəfə, Orta qiymət: 3.33, ID: 18983)
Mən Sumqayıtda 43-cü məhəllədə "Zəka" MTK-nın tikdiyi binadan ev almışam. MTK binanı 2006-cı ildən istifadəyə vermişdir, lakin binanı Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq bina mülkiyyətçilərinə təhvil verilməmişdir. Baxmayaraq ki, mənzil mülkiyyətçiləri mənzillərinə çıxarışı da almışdır, MTK idarə etməni özündə saxlayaraq heç bir rəsmi qaimə təqdim etmədən sakinlərdən qeyri- qanuni pul yığır. Qeyri-qanuni, qaimə təqdim edilməyərək yığılan pul barəsində mən hara müraciət edə bilərəm? Xahiş edirəm, mənə köməklik göstərəsiniz. Əvvəlcədən təşəkkür edirəm.

Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.5-ci maddəsinə əsasən kommunal xərclərin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Eyni zamanda nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 58.7-1.5-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Qanununda qeyd olunan kommunal xərclərin nağdsız ödənilməsi barədə tələbin pozulmasına görə məsuliyyət tədbiri xidmətlərin haqqını nağd qaydada qəbul edən şəxsə münasibətdə tətbiq olunur.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 58.7-1.5-ci maddəsi, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

Ümumi qiymətlərin sayı: 3    Orta qiymət: 3.33

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Şöhrət Qədomov Saleh, sohret_742@mail.ru (06.09.2019) (Oxunub: 128 dəfə, Orta qiymət: 4.25, ID: 18982)
Salam. Qeyri-dövlət sektorunda 800 manat aylıq əmək haqqı ilə çalışan bir işçi sentyabr ayının 15-dən 30 gün müddətinə məzuniyyətə çıxır. Hər ayın axırıncı günü əmək haqları işçilərin əmək haqqı kartlarına otuzdurulur. Belə olan halda təqribən 400 manat əmək haqqı (sentyabr ayının 15 günə hesablanmış əmək haqqı), 800 manat məzuniyyət (400 manat sentyabr ayının 15 gününə düşən hisssəsi, 400 manatda oktyabr ayının 15 gününə düşən hissəsi), cəmi 1200 manat hesablanıb. Bildiyimiz kimi, qeyri-dövlət sektorunda aylıq gəlirin 200 manatadək olan hissəsindən 3 faiz, 200 manatdan cox olan hissəsindən isə 10 faiz sosial siğorta haqqı tutulur. İlk sualım belədi ki, oktyabr ayına düşən məzuniyət pulundan sosial siğorta haqqı necə tutulmalıdır? Sentyabr ayının gəliri ilə cəmlənib tutulmalıdır, yoxsa hər ayın gəlirindən ayrı ayrılıqda tutulmalıdır? İkinci sualım isə belədiki DSMF-na verilən hesabatda oktyabr ayına düşən məzuniyyət pulunu hansı ayda göstərməliyik?

Bildiririk ki, işçiyə verilən məzuniyyət haqqının hər aya düşən hissəsi həmin ayların əmək haqqı ilə cəmlənərək gəlir vergisinə, sosial və işsizlikdən sığorta haqına cəlb edilir.

Ümumi qiymətlərin sayı: 4    Orta qiymət: 4.25

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Həsənova Mətanət Məcid, hsnova2017@gmail.com (06.09.2019) (Oxunub: 114 dəfə, Orta qiymət: 4, ID: 18981)
Hörmətli vergi əməkdaşları, bizim müəssisə xaricdən satış üçün mebel idxal edir və ödənişlər hissə-hissə satışdan sonra xarici şirkətə bank vasitəsiylə köçürülür. Malın dəyərinin ödənişi ilə əlaqədar əməliyyatlar sonradan aparıldığı üçün gömrük orqanı tərəfindən faktiki malın invoys dəyəri qaldırılaraq, yüksək dəyərlə qiymətləndirilərək gömrükləşdirilir və bununla əlaqədar süni olaraq malın dəyəri yüksəlir. Sualım budur ki, gələcəkdə həmin mallar təqdim olunanda hesabat üzrə faktiki qiymətlə, yoxsa gömrük dəyəriylə bəyan olunmalıdır. Belə ki, gömrük dəyəriylə mallar qiymətləndiriləndə süni olaraq müəssisədə ilin sonuna mənfəət yaranır. Xahiş edirəm yaranmış uyğunsuzluğun uçot üzrə hesabatda hansı qaydada göstərilməsini izah edəsiniz.

Bildiririk ki, ƏDV məqsədləri üçün vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Göründüyü kimi, ƏDV məbləği gümrük orqanlarının müəyyən etdiyi dəyərdən hesablansa belə, idxal edilən aktivlərin uçotu formalaşan faktiki dəyərlə aparılmalıdır.

Gömrük qanunvericiliyi və mühasibat uçotunun aparılmasına dair Sizi maraqlandıran məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq olaraq Dövlət Görük Komitəsinə və Maliyyə Nazirliyinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 139.2-ci, 143-cü162.1-ci maddələri.

Ümumi qiymətlərin sayı: 7    Orta qiymət: 4

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Fərzəliyeva Xatirə Atlıxan, khayalsalimli@yahoo.com (06.09.2019) (Oxunub: 140 dəfə, Orta qiymət: 4.2, ID: 18980)
Mən mənzil kirayə verirəm. Notarial qaydada müqavilə imzalamışıq. Bundan sonra ASAN xidmət mərkəzində adıma VÖEN açdırmışam. Bundan sonrakı mərhələdə necə etməliyəm, kirayədən qazandığım pulun vergisini necə ödəməliyəm, ödədiyim zaman siz necə biləcəksiniz ki bu həmin kirayəyə görən ödənilən vergidir. Mənə verilən elektron kabineti incələdim. Nəsə göndərmək lazımdırmı oradan? Bu suallarıma cavab tapabilmirəm. Xahiş edirəm mənə istiqamət verəsiniz. Sagolun.

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 124-cü maddələri.

Ümumi qiymətlərin sayı: 5    Orta qiymət: 4.2

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Ziya Ramazanov İlqar, ziya86ramazanov@yahoo.com, Bakı (06.09.2019) (Oxunub: 96 dəfə, Orta qiymət: 5, ID: 18979)
VM-nin 108-ci maddəsinə əsasən gəlirin əldə edilməsi ilə bağlı xərclər gəlirdən çıxılır. 114-cü maddəyə əsasən amortizasiya olunmayan əsas vəsaitlərin alınmasına çəkilən xərclər gəlirin əldə edilməsi ilə bağlı olduqda, gəlirdən çıxıla bilər? 115.2-ci maddədə qeyd olunur ki, amortizasiya olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər gəlirdən çıxılmır və onların balans dəyərini artırır. Gəlirin əldə edilməsi ilə bağlı olan amortizasiya olunmayan əsas vəsaitlərin təmirinə çəkilən xərclər gəlirdən çıxıla bilər?

Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Gəlirin əldə edilməsi ilə bağlı olub-olmamasından asılı olmayaraq, əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin, Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin, həmçinin amortizasiya olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109.1-ci, 114-cü, 115-ci maddələri.

Ümumi qiymətlərin sayı: 3    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.