Axtar
az|рус|eng
Sual - Cavab
"Sual-cavab" bölmәsi vasitәsilә hәr bir kәs vergi sistemi ilә bağlı maraqlandığı mövzuda mövcud sualları ilә bizә müraciәt edә bilәr

Sual-Cavab bazası üzrə axtarış

SİZİN SUAL

Sizi maraqlandıran suallarla bağlı Vergilәr Nazirliyinin 195 Çağrı Mərkəzinə dә müraciәt edә bilәrsiniz

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər suallar və cavablarda
"Sual-cavab" bölməsi vasitəsilə siz artıq verilən cavabları 5 ballıq sistemlə qiymətləndirə bilərsiniz. Qiymətləndirmə 2 formada aparılır:
1. “Sual-cavab” bölməsində istənilən suala verilən cavabla tanış olub, həmin cavabı qiymətləndirə bilərsiniz.
2. “Sual-cavab” bölməsinə sual göndərən şəxsin e-mail ünvanına məktub göndərilir və o, sualına verilən cavabı qiymətləndirə bilər.
      
Ramil Aliyev Nizami, ra498182@mail.com (06.09.2019) (Oxunub: 116 dəfə, Orta qiymət: 4, ID: 18978)
Hər bir vətəndaş qazancının vergisini verməlidir və işçinin sığorta ve pensiya fondu ödənilməlidir. Amma bizə bunların heç biri edilmir, vergilərdən yoxlanış gələndə xəbər gəlir, orada nə qədər işçi var, hamısı bağlayır. Mən bilmək istəyirəm ki, bu dövlətdə nə qədər haqsızlıq olacaq, özünə də deyəndə deyir arxam güclüdür. Nə də olsa Naxçıvanlıdır.

Bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş vergiləri ödəmək hər bir vergi ödəyicisinin konstitusional vəzifəsidir.

Həmçinin, vergilər siyasi, ideoloji, etnik, konfessional və vergi ödəyiciləri arasında mövcud olan digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz.

Əlavə olaraq bildiririk ki, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymətlərin sayı: 4    Orta qiymət: 4

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Seymur Seyfullayev Söhrab, seymur.seyfullayev@bk.ru, Lənkəran (06.09.2019) (Oxunub: 80 dəfə, Orta qiymət: 5, ID: 18977)
Hörmətli Azərbaycan Respublikasının Vergilər Nazirliyi! Mənim sizə aşağıda qeyd edəcəyim muraciətimin məqsədi məlumatlanmaqdır. Bilmək istəyirəm, valideyn yerli vergilər idarəsinin qeydiyyatında öz adında dükan işlədir. Valideyn sağ ikən, öz dövlət qeydiyyatında olan dükanını övladlarından heç birinin adına yerli vergilər idarəsində qeydiyyata salmırsa və sağlığındada dükanın fəaliyyətinin dayandırılması barədə də yerli vergi idarəsinə ərizə ilə muraciət etmirsə və ömrünün sonuna qədər öz dövlət qeydiyyatında olduğu dukanını hər ayın vergisini verib işlədirsə, belə olduğu təqdirdə valideyin dunyadan köçəndə valideynin hər ay ödəməli olduğu vergisinə görə övladlarından hər hansı biri məsuliyyət daşıyırmı?

Bildiririk ki,  vəfat etmiş fiziki şəxsin vergi öhdəliklərini onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə ödəyirlər.

Vəfat etmiş şəxsin varisi (varisləri) olmadıqda və ya varisi (varisləri) tərəfindən miras qəbul edilməməsinə dair notariat kontorlarından və vəfat etmiş şəxsin varisindən (varislərindən) alınmış rəsmi məlumat olduqda vergi borclarının silinməsi vergi orqanında yaradılmış Komissiyayanın qərarı əsasında həyata keçirilir.

Vəfat etmiş şəxsin varisi (varisləri) olduqda və onun əmlakı varisə (varislərə) keçdikdə vəfat etmiş şəxsin vergiləri üzrə borcları vərəsəlik  əmlakının dəyəri hədlərində ödənilir. Qeyd edilən halda vəfat etmiş şəxslərin vergi borcları vərəsəlik əmlakının qəbul edildiyi tarixdəki dəyərinə uyğun olaraq onun əmlakını vərəsəlik qaydasında qəbul etmiş şəxslərdən yazılı qaydada tələb edilməlidir. Vərəsəlik əmlakını qəbul etmiş şəxs vəfat etmiş şəxsin vergi öhdəliklərini yerinə yetirməkdən imtina etdikdə, vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydada əmlakın siyahıya alınması həyata keçirilir və məhkəməyə müraciət edilir.

Əsas: Vergi Məcəlləsinin 81-ci maddəsi.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Samir Hesenov, Ali-4252@mail.ru, Bakı (06.09.2019) (Oxunub: 100 dəfə, Orta qiymət: 4.8, ID: 18976)
Salam. Mənim ali təhsilim var. Ancaq hərbi xidmətdə olmamışam, yəni hərbi biletim var, ancaq sülh dövrü yararsız, müharibə dövrü yararlıyam. Bilmək istərdim ki, mən vergi orqanında hər hansı bir vəzifədə işləyə bilərəmmi? Bu cavabı başa düşə bilmirəm. (Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidməti keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqədə iştirak edə bilməzlər) Xahiş edirəm, aydın açıqlama verəsiniz.

Bildiririk ki, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Sorğunuzda qeyd olunanlara əsasən, qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnuz olduğu üçün, vergi orqanlarında işə qəbul üçün müsabiqədə iştirak edə bilərsiniz.

Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 9-cu və 15-ci bəndləri.

Ümumi qiymətlərin sayı: 5    Orta qiymət: 4.8

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Məhəmməd Knyazov Kamran, mehemmed.kinyazov@mail.ru, Bakı (06.09.2019) (Oxunub: 59 dəfə, Orta qiymət: 5, ID: 18975)
1) Vergi Məcəlləsi 127.1-ci maddədə "nəzərə alınan məbləğ" bizim dövlətlə arasında ikiqat vergitutma olan ölkələrə nəzərən tətbiq olunur, yoxsa elə ümumiyyətlə bütün xarici ölkələrə nəzərən? 2) Bu Məcəllənin 127.1-ci maddəsinə uyğun olaraq nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır yazılıb. Deyək ki çox olsa, vergi qanunvericiliyi ilə nə baş verəcək? 3) Vergi Məcəlləsiylə vergi ödəyicilərinə tətbiq olunan vergi güzəştlərindən vergi ödəyicisinin istifadə etməmək kimi bir hüququ varmı? 4) Mən vergi ödəyicisi deyiləmsə, onlain kargüzarlıq kimi bir imkanım yoxsa, elektron şəkildə hara müraciət edib rəsmi şərh şəklində elektron cavab ala bilərəm?

Cavab 1-2. Bildiririk ki, rezident şəxslərin gəliri Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.

Vergi Məcəlləsinin 127-ci maddəsinin müddəalarına uyğun olaraq rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. 

Bu zaman nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır. Sorğunuza əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olduqda, həmin xərclər vergi ödəyicisinin sərbəst mənfəəti hesabına ödənilir.

Əsas: Vergi Məcəlləsinin 127-ci maddəsi.

Cavab 3. Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək vergi ödəyicilərinin vəzifələrinə deyil, hüquqlarına aid edilmişdir. Vergi ödəyicisi həmin hüquqlardan istifadə etməyə də bilər.

Əsas: Vergi Məcəlləsinin 15.1.3-cü maddəsi.

Cavab 4. Vergi ödəyicisi kimi uçotda olmadan da saytımızın “Müraciətlər” bölməsinin “Vergilər Nazirliyinə müraciət" alt bölməsi vasitəsilə Vergilər Nazirliyinə rəsmi qaydada müraciət edə bilərsiniz.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Mahir Həmzəyev Tofiq oğlu, Emimahir44@gmail.com, Cəbrayıl (06.09.2019) (Oxunub: 89 dəfə, Orta qiymət: 5, ID: 18974)
Salam. Mən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasını bitirmişəm. Mənim ixtisasım vergi orqanlarında işləməyə uyğundur? Zəhmət olmasa, bu haqda məlumat verərsiz

Vergilər Nazirliyi rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Vergilər Nazirliyinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Məhəmməd Knyazov Kamran, mehemmed.kinyazov@mail.ru, Bakı (06.09.2019) (Oxunub: 92 dəfə, Orta qiymət: 5, ID: 18973)
Vergi Məcəlləsinin 102-ci maddəsində qeyd olunan azadolma və güzəştlər qeyri-rezident fiziki şəxslərə də şamil edilirmi?

Bildiririk ki, vergitutma məqsədləri üçün fiziki şəxs dedikdə Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs nəzərdə tutulur.

Qeyd olunanlara əsasən Vergi Məcəlləsində digər hallar nəzərdə tutulmadıqda, fiziki şəxslər üçün nəzərdə tutulmuş vergi güzəştləri yuxarıda sadalanan bütün şəxslərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 13.2.3-cü, 102-ci maddələri.

Ümumi qiymətlərin sayı: 3    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Məlikov Fəhmi Mirzəbaba oğlu, melikov.faxmi@mail.ru, Bakı (06.09.2019) (Oxunub: 74 dəfə, ID: 18972)
Salam. A müəssisəsi ƏDV ödəyicisidir və balansında 100000 AZN dəyərində daşınmaz əmlakı (qeyri yaşayış sahəsi) var. Həmin əmlak A müəssisəsi tərəfindən alınarkən ƏDV ödənilmiş və həmin dövrdə də əvəzləşdirilmışdir. Sualım belədir; Hüquqi şəxsin mülkiyyətində olan torpaq və qeyri-yaşayış sahəsi təqdim olunarkən sadələşdirilmiş vergiyə cəlb olunduğunu nəzərə alsaq, A müəssisəsi tərəfindən həmin əmlak satılarkən əvəzləşmiş ƏDV məbləği yenidən hesablanmalıdırmı?

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Hüquqi şəxs tərəfindən balansında olan daşınmaz əmlakın təqdim edilməsi zamanı həmin əmlakın təqdim edilməsi üzrə müqaviləni təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanaraq dövlət büdcəsinə ödənilir və bu təqdim etmədən əldə edilən gəlirlər mənfəət vergisi məqsədləri üçün vergi tutulan gəlirlərə aid edilmir.

Eyni zamanda aparılmış əməliyyat ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, həmin daşınmaz əmlaka görə ƏDV ödənilib əvəzləşdirildiyi halda ödənilmiş və əvəzləşdirilmiş ƏDV-nin məbləği təqdim etmənin baş verdiyi ayın ƏDV bəyannaməsində yenidən hesablanmaqla dövlət büdcəsinə bərpa edilir.

Əsas: Vergi Məcəlləsinin 3.5-ci, 150.1.9-cu, 159-cu, 218.4.3-cü, 219.3-1-ci219.5-ci maddələri.

Ümumi qiymətlərin sayı: 0    Orta qiymət: 0

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Anar Quliyev Malik oğlu, guliyevanar550@gmail.com, Bakı (06.09.2019) (Oxunub: 97 dəfə, Orta qiymət: 5, ID: 18971)
Salam. Atam 1-ci qrup əlildir və birlikdə yaşayırıq. Bilmək istərdim, ona görə mənim əmək haqqımdan vergi tutulması 100 manat azaldılmalıdırmı? Bu maddə mənim halıma şamil oluna bilərmi?

Bildiririk ki, I qrup əlilə baxan və onunla birlikdə yaşayan himayəçi olduğunuz halda vergi tutulmalı olan aylıq gəliriniz 100 manat məbləğində gəlir vergisindən azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan yaranır və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata keçirilir:

- himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;

- birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı.

Əsas: Vergi Məcəlləsinin 102.4.4-cü maddəsi.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Nəcəfov Fərid, farid.najafov@grandagro.az (06.09.2019) (Oxunub: 77 dəfə, Orta qiymət: 5, ID: 18970)
Salam, Xarici ölkələrə ezamiyyə zamanı ezamiyyə əmrində gediləcək yer yalnız ölkə göstərilməlidir, yoxsa şəhər də qeyd edilməlidir? Məsələn Türkiyəyə norma 150 AVRO-dur, ancaq İstanbul və Ankara 165 AVRO. İşçi İzmirə ezam göndərilirsə, ezamiyyə əmrində Türkiyəyə ezam edilir yazılması ( İstanbul və Ankara olmadığı üçün) qanuna ziddir, yoxsa bu halda mütləq Türkiyə İzmir şəhəri göstərilməlidir? Ezamiyyə normaları haqqında qanunda Türkiyə qeyd edilib (yəni, istanbul və Ankardan başqa bütün şəhərlər 150 AVRO). Buna istinadən əmrdə yalnız Türkiyə qeyd etmişik.

Bildiririk ki, ezamiyyənin rəsmiləşdirilməsinə dair izahatın verilməsi Vergilər Nazirliyinin səlahiyyətlərinə aid olmadığından ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Ümumi qiymətlərin sayı: 1    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Ibadov Sadiq Mailk , sadiq.ibadov@norm.az (06.09.2019) (Oxunub: 79 dəfə, Orta qiymət: 4.5, ID: 18969)
Biz 07.08.2019 tarixində onlayn olaraq könüllü surətdə ƏDV ödəyicisi qeydiyyatına ərizə göndərmişik. Ərizə “Sanayev MMC”-nin adından göndərilib. ƏdV qeydiyyatı bu günə kimi həyata keçirilməyib. Bu ləngimə bizim dövlət büdcəsinə olan ödəmələrimizi və digər maliyyə proseslərini həyata keçirməyə imkan vermir. Sizdən “Sanayev MMC” adına olan ƏDV qeydiyyatı ərizəsinin icrasının surətləndirilməsini rica edirəm.

Bildiririk ki, vergi ödəyicisinin könüllü ƏDV qeydiyyatı vergi ödəyicisinin sərbəst şəkildə ərizəsinə əsasən 5 iş günü ərzində həyata keçirilir.

Müraciətinizə əsasən ərizəniz bayram günləri nəzərə alınmaqla, 5 iş günü ərzində vergi orqanı tərəfindən icra olunmuşdur.

Əsas: Vergi Məcəlləsinin 15-ci, 24-cü maddələri.

Ümumi qiymətlərin sayı: 4    Orta qiymət: 4.5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


İrada İsrafilova Cahangir, irada0707@gmail.com (23.08.2019) (Oxunub: 338 dəfə, Orta qiymət: 4.38, ID: 18968)
Mən fiziki şəxs, vergi ödəyicisi kimi lotereya biletlərini şirkətdən müqavilə əsasında alıb, komisyon qaydada vergi ödəyicisi olmayan fiziki şəxslərə (əhaliyə) parakəndə satışı ilə məşğul olmaq istəyirəm. Mən sadələşdirilmiş vergi (2%) ödəyicisi kimi işləyə bilərəm? Xahiş edirəm mənim sualımı dəqiq cavablandırasınız. Təşəkkür edirəm.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Buna əsasən lotereya biletlərinin satışı ilə bağlı vergi ödəyicilərinə xidmət göstərən agentlərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Lotereya biletlərinin satışı ilə məşğul olan fiziki şəxslər gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərməli və həmin şəxslərin vergi tutulan gəlirləri əldə olunan komisyon haqlarından  (alış və satış qiyməti arasındakı fərq) ibarətdir.

Əsas: Vergi Məcəlləsinin 218.5.10-cu maddəsi.

Ümumi qiymətlərin sayı: 13    Orta qiymət: 4.38

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


İsmayıl Azayev Rövşən, azayev94@gmail.com, Bakı (23.08.2019) (Oxunub: 306 dəfə, Orta qiymət: 4, ID: 18967)
Salam. Müəssisə mənfəət vergisi ödəyicisidir, işçilərinə əmək haqqı verir, əmək haqqı məbləği 8000 manatdan az olduğu üçün ödəmə mənbəyində vergi tutulmur. Ödəmə mənbəyinbə vergi tutmadığı üçün VM-nin 150.3.3.3-cu maddısinə əsasən MÖMV mükəlləfiyyətinin ləğv edilməsi üçün vergi orqanına müraciət edə bilərikimi? Sağ olun.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır.

Güzəştli dərəcənin tətbiq olunmasında əsas məqsəd, ölkədə əmək münasibətlərinin rəsmiləşdirilməsi, verilən əmək haqlarının leqallaşdırılması və vergi ödəyicilərinin gəlir və xərclərinin şəffaf uçotuna nail olmaqdır.

Qeyd olunanlara əsasən, muzdlu işçisi olan hər bir vergi ödəyicisi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə və qaydada vergi orqanına Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini təqdim etməlidir.

Əlavə dəyər vergisinin və sadələşdirilmiş verginin ödəyicisi olmayan vergi ödəyiciləri tərəfindən Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi  təqdim edilərkən “Vergi ödəyicisinin fəaliyyət sahəsinə görə qrupu” adlı sətrində  və “Verginin hesablanması” adlanan bölmələrdə  “Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan, qeyri-dövlət sektoruna aid edilən vergi ödəyiciləri üzrə” işarələnməlidir.

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin tərtib edilməsi QAYDASI ilə səhifəmizin “Bəyannamə” bölməsinin “Bəyannamə, hesabat və ərizə formaları” hissəsində tanış ola bilərsiniz)

Ümumi qiymətlərin sayı: 8    Orta qiymət: 4

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Vüqar Əfəndiyev, ugur-sv@hotmail.com (23.08.2019) (Oxunub: 253 dəfə, Orta qiymət: 3.56, ID: 18966)
1.Vergi ödəyicisi olmayan təsisçidən borc vəsaitinin ciddi hesabat blankı olan mədaxil orderi əsasında nağd qaydada alınması qanunvericiliyin tələbinə uyğundurmu? 2. Vergi ödəyicisi olmayan təsisçidən nağd qaydada alınmış borc vəsaitinin qaytarılması zamanı borc vəsaitini hüquqi şəxsin carı bank hesabından təsisçinin həmin bankda açılmış cari bank hesabına köçürmək olarmı?

Cavab 1və 2. Bildiririk ki, vergi ödəyicisi olmayan təsisçidən borc məbləğlərinin nağd qaydada alınmasına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda məhdudiyyət nəzərdə tutulmur.

Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçidən faizsiz pul vəsaitlərinin alınması və qaytarılması üzrə hesablaşmalar isə yalnız nağdsız qaydada həyata keçirilməlidir

Əsas: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

Ümumi qiymətlərin sayı: 9    Orta qiymət: 3.56

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


İsmayılova Şərqiyyə, i.shargiyya@gmail.com, Gəncə (23.08.2019) (Oxunub: 178 dəfə, Orta qiymət: 4, ID: 18965)
Salam, mən Beynəlxalq münasibətlər fakültəsi üzrə bakalavr təhsili almışam. Vergilər Nazirliyinin işə qəbul müsabiqəsində iştirak edə bilərəm?

Bildiririk ki, Vergilər Nazirliyi rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Vergilər Nazirliyinin İnsan resursları departamentinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla), eləcə də Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymətlərin sayı: 6    Orta qiymət: 4

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


İntiqam Seyfulla, sintigam7@gmail.com (23.08.2019) (Oxunub: 212 dəfə, Orta qiymət: 5, ID: 18964)
Salam. Müəssisə öz ehtiyacları üçün pərakəndə satış məntəqəsindən nağd qaydada hər hansı mal aldıqda onun gəlirdən çıxılan xərclərə aid edilməsi üçün nəzarət kassa aparatının qəbzi kifayət edirmi? Əgər kassa çekindən başqa hər hansı sənəd (elektron qaimə faktura və s.) yoxdursa, bu zaman hər hansı cərimə nəzərdə tutulurmu?

Bildiririk ki, Vergi Məcəlləsinin 109.8-ci maddəsinə əsasən Nəzarət-kassa aparatının çeki və ya qəbz (bu Məcəllənin 16.1.11-6.1-ci16.1.11-6.3-cü maddələrində nəzərdə tutulan şəxslər tərəfindən verilən qəbz və ya digər ciddi hesabat blankları istisna olmaqla) malların (işlərin, xidmətlərin) alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Sorğunuzda qeyd olunan xərclər, gəlirin əldə edilməsi ilə bağlı olduqda və qanunvericilikdə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura ilə rəsmiləşdirildikdə gəlirdən çıxılan xərc kimi nəzərə alına bilər.

Vergi Məcəlləsinin 58.8.2-ci nə əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, müvafiq icra hakimiyyəti orqanının  müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş qaydada müəyyən edilən hallarda tərtib olunan alış aktları, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Mübariz Ənvər oğlu Rəhimov, raqmu@mail.ru, Qəbələ (23.08.2019) (Oxunub: 185 dəfə, Orta qiymət: 5, ID: 18963)
Salam. Bilmək istəyirik ki, müəssisə istehsal ehtiyacları üçün ölkə xaricindən almış malların yüklənməsi, daşınması və rəsmiləşdirməsi zamanı (gecikmə, yanıcıya və gözləməyə görə) yaranmış cərimələri, anbara mədaxil olunacaq həmin malların maya dəyərinə aid etməlidirmi, yoxsa ayrıca inzibati xərc kimi tanımalıdırmı?

Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən X fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 119.1.2-ci maddəsi ilə gəlirin əldə edilməsi ilə şərtləndirilərək mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələrin gəlirdən çıxılmasına məhdudiyyət qoyulmamışdır.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda vergi ödəyicisi tərəfindən ödənilən cərimələr malın maya dəyərinə daxil edilmədən birbaşa gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 119-cu, 162-ci maddələri və Azərbaycan Respublikasının “Gömrük tarifi haqqında” 13 iyun 2013-cü il tarixli 687-IVQ nömrəli Qanunu.

Ümumi qiymətlərin sayı: 3    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Veysəlov Məhəmməd Gümrah, veysalovm93@gmail.com, Bakı (23.08.2019) (Oxunub: 142 dəfə, Orta qiymət: 4.25, ID: 18962)
ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicisi , vergi ödəyicisi olmayan fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının alınması üçun aprel 2019 ay ərzində 500 000 manat hesablaşma hesabından nağd vəsait çıxarmışdır və həmin ay ərzində 430 000 alış aktları ilə kənd təsərrüfatı malları almışdır lakin 70 000 manat məhsull ala bilməmişdir, digər halda isə iyun 2019 ərzində 400 000 məhsullar alınmşdır lakin malların pulu avqust 2019 ci il hesablaşma hesabından çıxarmışdır və məhsullar üçün ödənilmişdir. Xahiş edirik hər iki hal olduğda VM 58.7-1. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına gorə cərimə tətbiq olunması nəzərdə tutulur, Əgər cərimə tətbiq olunursa onda vergi odəyicisi cəriməni aradan qaldırması üçün nə etməlidir. Əvvəlcədən minnətdaram.

Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində qeyd olunan məhsullarının alınması zamanı ödənişlərin nağd qaydada aparılmasına qanunvercilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Sorğunuzda qeyd olunan halda, kənd təsərrüfatı məhsullarının istehasalçılarından alındığı halda vergi qanunvericiliyinə əsasən maliyyə sanksiyası nəzərdə tutulmamışdır.

Bununla yanaşı kənd təsərrüfatı məhsullarının istehsalı həyata keçirilən təsərrüfat subyektləri (obyektlər) ilə bağlı təsdiqedici sənədlərə əsasən müəyyən edilir.

Belə ki, fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər gəlir vergisindən azad edilmişdir. Kənd təsərrüfatı məhsullarının istehsalı həyata keçirilən təsərrüfat subyektləri (obyektlər) ilə bağlı təsdiqedici sənədlər aşağıdakılardan biri olduqda müəyyən edilir.

Mülkiyyətində və ya istifadəsində olan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə sənədlər;

Kənd təsərrüfatı sahəsində digər istehsal obyektlərinin mövcudluğu barədə sənədlər.

Qeyd edilən torpaq və obyektlərdə istehsal prosesinin həyata keçirilməsini təsdiq edən sənədlər

Bununla yanaşı, malların dəyərini ödəyən vergi ödəyicisi tərəfindən ödənilmiş məbləğlər və ödənişi alan şəxs haqqında alış aktında qeyd olunmalı məlumatlar vergi orqanına təqdim edilməlidir.

Ümumi qiymətlərin sayı: 4    Orta qiymət: 4.25

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Zaur Hüseynbəyli Nəbi, huseynbayli@list.ru, Şəki (23.08.2019) (Oxunub: 159 dəfə, Orta qiymət: 5, ID: 18961)
Salam. Mən bilmək istəyirəm ki, övladı əlil olan ata məhkəmə qərarı ilə ayrılıb aliment verir. Həmin əlil uşaq anadadır, lakin ata aliment verir. Bilmək olar ki, ataya iş yerində əmək haqqından əlavə dəyər vergisində güzəşt var? Bir də ki, həmin adam ikinci dəfə ailə qurub həyat yoldaşı işləmir. Buna görə nəsə güzəşt var vergidə?

Bildiririk ki, alimenti ödəyən şəxsin deyil alimentin alan şəxsin həmin gəliri gəlir vergisindən azad edilmişdir.

Eyni zamanda Vergi Məcəlləsinin 102.4.4-cü maddəsinə əsasən daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum müzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldıılır.

Sorğunuzda qeyd olunanlara əsasən, daimi qulluq tələb edən uşaq sizinlə yaşamadığı üçün güzəştlər sizin gəlirlərinizə şamil edilmir.

Ümumi qiymətlərin sayı: 5    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Məmmədov Azat Yaqub, Azad1957@mail.ru, Gəncə (23.08.2019) (Oxunub: 189 dəfə, Orta qiymət: 3.25, ID: 18960)
1. ƏDV qeydiyyatında olan fiziki şəxs şəxsi daşınmaz əmlakını ƏDV qeydiyyatında olan hüquqi şəxsə icarəyə verir. Bu halda hansı növ vergi öhdəlikləri yaranır? 2. ƏDV qeydiyyatında olan fiziki şəxs 5 ildən çoxdur ki, heç bir fəaliyyəti yoxdur. ƏDV qeydiyyatının ləğv edilməsi üçün nə etməliyəm?

Cavab 1. Bildiririk ki, fiziki şəxslərə ödənilən icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxs tərəfindən ödənildiyi halda ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur. İcarəyə götürən şəxs vergi ödəyicisi kimi uçotda olmadığı halda, fiziki şəxs əldə etdiyi gəlirdən 14 faiz gəlir vergisini özü ödəyir və bəyannnamə təqdim edir.

İcarə haqqından gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunduğu üçün gəlir vergisinin və əlavə dəyər vergisinin məqsədləri üçün nəzərə alınmır.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 124-cü maddələri.

Cavab 2. Vergi Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vergi ödəyicisi, o cümlədən bu Məcəllənin 218.1.2-ci və ya 218.1.3-cü maddələrində göstərilən şəxslər (bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulan hallar istisna edilməklə) ƏDV-nə cəlb olunan əməliyyatlar aparmağı dayandırırsa, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunmasına dair ərizə verməyə borcludur. Bu halda, ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi ödəyicisinin vergi tutulan əməliyyatları tam dayandırdığı gün qüvvəyə minir.

Bununla yanaşı vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, bu Məcəllənin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir.

Qeyd edilənlərə əsasən vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının həcmi əvvəlki tam 12 təqvim ayı ərzində (fəaliyyətini və digər vergi tutulan əməliyyatlarını müvəqqəti olaraq dayandırdığı aylar da daxil olmaqla) 100.000 manatdan çox olmadığından ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması barədə ərizə təqdim edilməklə Vergi Məcəlləsinin 158.2-ci maddəsinə uyğun olaraq ƏDV qeydiyyatı ləğv edilir.

Ümumi qiymətlərin sayı: 4    Orta qiymət: 3.25

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Elşən Səlimov Rövşən, elwansalimov@gmail.com, Gəncə (09.08.2019) (Oxunub: 415 dəfə, Orta qiymət: 4.33, ID: 18959)
Mən sadələşdirilmiş vergi ödəyicisiyəm.mehmanxana fəaliyyəti ilə məşğulam.e-qaimədən istifadə edirəm bəzi şirkətlərə e-qaimə göndərirəm. Mən 2 faiz sadələşdirilmiş vergi verməliyəm yoxsa 5 faiz gəlir vergisi?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Sorğunuza əsasən sizin digər vergi ödəyicilərinə onların xidmət etdiyiniz üçün  sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz olmur və gəlir vergisi ödəyicisi kimi gəlirlərinizdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə vergi ödəməlisiniz.

Mikro sahibkarlıq subyekti (işçi sayı 1-10 nəfər, illik gəliri 200.000 manatadək) olan şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102.1.30-cu, 218.5.10-cu maddələri.

Ümumi qiymətlərin sayı: 12    Orta qiymət: 4.33

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


İntiqam Seyfulla, sintigam7@gmail.com, Bakı (09.08.2019) (Oxunub: 232 dəfə, Orta qiymət: 4.2, ID: 18958)
Salam. Variant 1. İşəgötürən icarəyə avtomobil götürür və icarə müqaviləsində icarəyə verənlə belə bir şərt də razılaşdırılır ki, avtomobilin saz vəziyyətdə qalması üçün çəkiləcək xərcləri (ehtiyat hissələri amortizasiya olunduqca dəyişdirilməsi, yağın dəyişdirlməsi, təkərlərin dəyişdirilməsi və s.) də işəgötürən ödəyəcəkdir. Variant 2. İşəgötürən öz işçinin şəxsi avtomobilini müqavilə əsasında icarəyə götürür və müqavilədə belə bir şərt razılaşdırılır ki, yalnız avtomobilin saz vəziyyətdə saxlanılması üçün cəkiləcək xəcləri (ehtiyat hissələri amortizasiya olunduqca dəyişdirilməsi, yağın dəyişdirlməsi, təkərlərin dəyişdirilməsi və s.) işəgötürən qarşılayacaqdır. Yuxarıda qeyd olunan hallarda bu xəclər gəlirin əldə edilməsi ilə bağlı olan xərclərə aid edilə bilərmi? Ümumiyyətlə, bu cür xərclər hansı halda gəlirin əldə edilməsi ilə bağlı olan xərclərə aid edilə bilər?

Bildiririk ki, icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin icarəçi tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinə icarə haqqı ilə əvəzləşdirilmədiyi və həmin əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda yol verilir.

Eyni zamanda, əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda həmin əsas vəsaitlərə amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.

Digər halda (əsas vəsaitlər balansa götürülmədikdə və ya icarə haqqı ilə əvəzləşdirildikdə) icarəçi tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Balansa götürülməyən və icarə haqqı ilə əvəzləşdirilməyən əsas vəsaitlərə çəkilən təmir xərcləri icarəyə götürən şəxsin sərəncamında qalan sərbəst mənfəəti hesabına aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 114.6-cı115-ci maddələri

Ümumi qiymətlərin sayı: 5    Orta qiymət: 4.2

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Anar Babayev Vahid, anar.babaevv@gmail.com, Bakı (09.08.2019) (Oxunub: 180 dəfə, Orta qiymət: 2.33, ID: 18957)
Müəssisə qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyidir və mənfəət vergisi ödəyicisidir. Müəssisənin balansında olan avtonəqliyyat vasitəsi qəza nəticəsində istismara yararsız hala düşmüşdür. Qəza nəticəsində avtomobili sığorta edən şirkət avtomobilin dəyərinin müəyyən qismini müəssisəyə ödəyir. Qəzalı vəziyyətdə olan avtomobili isə müəssisə digər bir müəssisəyə satır. Nəticədə qəzalı olan avtomobilə görə sığorta sirkətinin ödədiyi sığorta haqqı və avtomobili alan şəxsin ödədiyi məbləğlərin cəmi nəqliyyat vasitəsinin mühasibat sənədlərində qalıq dəyəri məbləğindən artıq olur. Vergi qanunvericiliyinə əsasən bütün bu əməliyyatlar nəticəsində müəssisənin vergi öhdəliyinin yaranıb yaranmaması haqqında ətraflı məlumat verməyinizi sizdən xahiş edirik.

Bildiririk ki, Vergi Məcəlləsinin 106.1.6-cı maddəsinə sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa alınmış sığorta ödənişləri mənfəət vergisindən azaddır.

Eyni zamanda aktivlərin təqdim edilməsindən əldə olunan məbləğ həmin aktivlərin qalıq dəyərindən artıqdırsa yaranmış fərq gəlirə daxil edilir və mənfəət vergisinə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 106.1.6-cı142-ci, 143-cü maddələri.

Ümumi qiymətlərin sayı: 6    Orta qiymət: 2.33

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Elşən Əhmədov Adik, elshan1976@gmail.com, Bakı (09.08.2019) (Oxunub: 181 dəfə, Orta qiymət: 4, ID: 18956)
Salam. Torpaq vergisi haqda məlumat almaq istəyərdim. Bizdə həyət evidir. Bilmək istəyərdim ki, torpaq vergisi necə hesablanır və evin mülkiyyətçisi pensiyaçıdırsa və əmək veteranıdırsa hansısa güzəşt ola bilər? Bizdən illik 25m alırlar. 2015 ci ildən bu yana 50m ödənilib

Bildiririk ki, sorğunuzda qeyd edilən Bakı şəhərində yerləşən həyətyanı torpaq sahəsinin hər 100 kvadratmetrinə görə Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən 10 000 m²-dək olduqda 0,6 manat, 10 000 m²-dən yuxarı olan hissə üçün 1,2 manat  torpaq vergisi hesablanır.

Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur.

Torpaq vergisinin hesablanması zamanı güzəşt Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə 10 manat məbləğində nəzərdə tutulmuşdur və sorğunuzda qeyd olunan şəxslər maddədə qeyd olunmadığı üçün güzəşt həmin şəxslərə şamil olunmur.

Xatırladırıq ki, hesablamaların aparılması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102.2-ci, 206-cı, 207-ci maddələri.

Ümumi qiymətlərin sayı: 4    Orta qiymət: 4

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Zaur, Bakı (09.08.2019) (Oxunub: 193 dəfə, Orta qiymət: 3, ID: 18955)
Salam, 98.2.5 maddəsindəki "işəgötürən tərəfindən ödənilən sığorta haqları" deyəndə hansı ödənişlər başa düşülür?

Bildiririk ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığorta haqqı dedikdərisklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği başa düşülür.

Sığorta müqaviləsi isə sığortanın istənilən növünü əhatə edən bir məfhum olduğundan sözügedən maddənin əhatə dairəsinə daxildir.

Əsas: Vergi Məcəlləsinin 98.2.5-ci maddəsi.

Ümumi qiymətlərin sayı: 4    Orta qiymət: 3

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Xətai Surxayzadə Qürbət, khataisurkhayzade@gmail.com (09.08.2019) (Oxunub: 190 dəfə, Orta qiymət: 5, ID: 18954)
Salam, mənim Azərbaycan Beynəlxalq Bank manat kartımdan bəzi xarici saytlara mənim xəbərim olmadan müxtəlif saytlara ödənişlər edilib. Böyük ehtimal kart hesabımı onlayn istifadə edəndə hack olunub. Bu ödənişlərdən əlavə olaraq ƏDV məbləği də tutulub. Həmin saytlarla əlaqə saxlayıb ödənişləri geri almışam amma ƏDV məbləğlərini isə yox. ƏDV Azərbaycan büdcəsinə ödənildiyi üçün bunu büdcədən almaliyam deyə düşünürəm, amma bilmirəm necə. Zəhmət bunu necə edə biləcəyimi və bunun mümkünlüyünü izah edə bilərsiniz?

Bildiririk ki, banklar tərəfindən tutulmuş ƏDV-nin geri qaytarılması üçün sorğunuzda qeyd olunan məsələ ilə bağlı təsdiq edici sənədlər əlavə edilməklə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Kamal Quluzadə Habil, kamal.guluzada@gmail.com, Bakı (09.08.2019) (Oxunub: 168 dəfə, Orta qiymət: 5, ID: 18953)
Xahiş edirəm ki, Bakı şəhər Lokal gəlirlər Departamentinin VÖEN məlumatlarını təqdim edəsiniz. Kommersiya hüquqi şəxslərin axtarışı bölməsində bu barədə məlumatı əldə etməyin mümkünsüzlüyünü nəzərə almağınız xahiş olunur.

Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi 1403629801 VÖEN ilə vergi uçotundadır.

Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “Xidmətlər” bölməsinin “E-xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə Sizi maraqlandıran bütün vergi ödəyicilərinin VÖEN-ini əldə edə bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Elnur Namazov, ex.pensive@mail.ru, Bakı (09.08.2019) (Oxunub: 155 dəfə, Orta qiymət: 5, ID: 18952)
Salam. İşə qəbul qaydasını mənə izah edə bilərsiz? Həm Bakı şəhəri daxili, həmdə bölgələrə.

Dövlət vergi orqanlarında boş ştat vahidləri yarandıqda komissiyanın qərarı ilə işə qəbulla əlaqədar müsabiqənin elan edilməsi barədə qərar qəbul olunur. Müsabiqə hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, dövlət vergi orqanlarında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi  məqsədilə keçirilir və bu barədə elan kütləvi informasiya vasitələrində dərc olunur. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.  Test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən, müsahibə isə Komissiya tərəfindən həyata keçirilir.

“Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi” Qaydaları ilə səhifəmizin “İşə qəbul. Müsabiqələr” bölməsindən, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1)vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Ümumi qiymətlərin sayı: 3    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Cahangirov Tural Oktay, tural.jahangir@yahoo.com, Bakı (09.08.2019) (Oxunub: 158 dəfə, Orta qiymət: 5, ID: 18951)
Salam. Müəssisə 2018-ci ilin avqust ayına kimi sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. 2018-ci ilin avqust ayından etibarən birdəfəlik əqd ilə 200 mindən çox dövriyəsi olduğu üçün ƏDV ödəyicisi olmuşdur. Lakin, 2019-cu ilin İyul ayında şirkətin fəaliyyətinin daxili auditor tərəfindən yoxlanarkən məlum olmuşdur ki, 2018 ci ilin Yanvar ayından etibarən hər ay üzrə 10 min manatlıq gəlir əldə edilməsinə baxmayaraq bu gəlirin istər qaimələrdə istərsə də hesabatlarda əks etdirilməmişdir. Göstərilən xidmətlərə görə isə ödənişlər bank hesabına hər ay üzrə daxil olmuşdur. Bu situasiyada əvvəlki dövr üçün göstərilən xidmətlərə görə qaimə fakturaların bugünki tarixdə buraxılması və bəyannamələrə dəyişikliklərin edilməsi necə tənzimlənməlidir? Əvvəlcədən təşəkkürlər.

Bildiririk ki, “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən ilkin uçot sənədi olan elektron qaimə-faktura vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına mal (iş, xidmət) təqdim edilən vaxt verilir.

ƏDV məqsədləri üçün vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi ilə bağlı nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər.

Əsas: Vergi Məcəlləsinin 72.5-ci, 163-cü maddələri.

Ümumi qiymətlərin sayı: 2    Orta qiymət: 5

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Zəhra Babayeva Əsəd, zahra1952@mail.ru, Bakı (09.08.2019) (Oxunub: 174 dəfə, Orta qiymət: 4.25, ID: 18950)
Maddi yardım və ya Sponsorluq xərclərinin hansı hissəsi müəssisənin xərclərinə aid edilir?

Vergi Məcəlləsinin müddəalarına əsasən, yalnız gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Müraciətinizdə qeyd olunan xərclərin təyinatı barədə daha ətraflı məlumat verməklə yenidən Sual-Cavab bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əlavə olaraq məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin 10 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara köçürülən hissəsi – 2019-cu il 1 yanvar tarixdən 10 il müddətinə mənfəət vergisindən azaddır. Bu maddənin müddəaları yalnız nağdsız qaydada ödənilən xərclərə münasibətdə tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 106.1.18-ci, 108-ci, 109-cu maddələri.

Ümumi qiymətlərin sayı: 4    Orta qiymət: 4.25

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram


Vüqar Əfəndiyev, ugur-sv@hotmail.com (09.08.2019) (Oxunub: 113 dəfə, Orta qiymət: 4, ID: 18949)
Vergi Məcəlləsinin 13.2.33-cu maddəsinə əsasən yüklərin, sərnişinlərin, bağajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azəbaycan Respublikasında yerləşən göndərilmə məntəqəsilə digər dövlətdəki təyinat məntəqəsi arasındaki daşınması beynəlxalq daşıma adlanır. Eyni zamanda məcəllənin 165.1.4-cu maddəsinə əsasən beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti. Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi xidməti ƏDV-yə “0” dərəcə ilə cəlb edilir. ”A” MMC beynəlxalq və daxili yük daşıma fəaliyyəti ilə məşgul olur. “A” MMC ilə “B” MMC arasında bağlanmış müqavilə şərtlərinə əsasaən “ A” MMC “B” MMC-yə məxsus yükün Rusiya dövlətində yerləşən məntəqədən Bakıda yerləşən məntəqəyə daşınmasını öz üzərinə göturmuşdur. “A” MMC “B” MMC-yə məxsus yükün Rusiya dövlətində yerləşən məntəqədən Azərbaycan Respublikasındakı boşaldılma məntəqəsinə daşınmasını Azərbaycan Respublikasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərlə müqavilə bağlamaqla həyata keçirir.Belə ki, “A” MMC bağlanmış müqavilə şərtlərinə əsasən VÖEN-i olan huquqi və fiziki şəxslərlə yükün daşınmasını həyata keçirmiş və bu şəxslərə ödəniş etmişdir. Sual: Vergi məcəlləsinin 13.2.33 və 165.1.4-ci maddələrinə əsasən “A” MMC “B” MMC-yə məxsus yükün Rusiya dövlətində yerləşən məntəqədən Bakıda yerləşən məntəqəyə daşınmasına görə əldə etdiyi gəlirdən ƏDV-ni hansı dərəcə ilə ödəməlidir?

Bildiririk ki, mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitəsi olmadan yüklərin beynəlxalq daşınmasını müqavilə əsasında daşıyıcılar vasitəsilə həyata keçirən şəxslər yük daşıma xidmətlərinin göstərilməsi ilə əlaqədar vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda, bu xidmətlər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Eyni zamanda, bu fəaliyyətdən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsi 13.2.33-cü, 165.1.4-cü, 104-cü, 108-ci maddələri.

Ümumi qiymətlərin sayı: 4    Orta qiymət: 4

Yekun qiymət  



Terminlər lüğəti | Facebook | Twitter | Youtube | Instagram




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.