AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİ
TƏSƏRRÜFAT MALLARININ ALINMASI ÜÇÜN
AÇIQ TENDER ELAN EDİR
1. Tender iştirakçılarına təklif edilir ki, bu layihə üzrə öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat zərfdə, yazılı surətdə Bakı şəhəri, Akademik Lev Landau küçəsi, 16 ünvana təqdim etsinlər.
2. Tender təklifi zərfləri “02” fevral 2012-ci ildə yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
3. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıda göstərilən sənədləri təqdim etməlidir:
· Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
· İştirak haqqının ödənilməsi barədə bank sənədi;
· Tender təklifi zərfdən açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;
· İddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
· Tender təklifi qiymətinin 3 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərfdən açıldığı gündən ən azı 90 bank günü müddətində qüvvədə olmalıdır);
· İddiaçının maliyyə imkanları ilə əlaqədar sənədlər;
· İddiaçının ixtisas göstəricilərinə dair sənədlər.
Yuxarıda qeyd olunan sənədlər (tender təklifi və tender təklifinin təminatı istisna olunmaqla) tender proseduru başlanmasından 7 (yeddi) bank günü əvvəl təqdim olunmalıdır.
4. Sənədlər Azərbaycan dilində, 2 (iki) nüsxədə tərtib olunmalıdır (başqa dildə tərtib olunmuş sənədlərə onların azərbaycan dilində tərcümə edilmiş surətləri əlavə edilməlidir)
5. Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçı 300 (üç yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürməlidir:
Vergilər Nazirliyi (VÖEN: 1300204521) â„–002571-2118401 7-ci Fond
12 saylı Xəzinədarlıq İdarəsi
(VÖEN: 1301937531)
Hesab: 33205019449324665216
ABB Yasamal filialı
VÖEN (Bank): 9900001881
Kod: 805562,M/h: 0137010002944
S.W.İ.F.T: İBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
6. Tenderin əsas şərtlər toplusu azərbaycan dilində tərtib olunmuşdur.
7. Tender təklifləri “01” fevral 2012-ci il, saat 18:00-a qədər Akademik Lev Landau, 16 ünvanında Vergilər Nazirliyinə təqdim olunmalıdır.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.Tenderdə iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.
8. Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:
Bakı şəhəri, Akademik Lev Landau küçəsi 16,Vergilər Nazirliyi
e-mail: gulbahar.qasimova@taxes.gov.az
Tel: 403-87-91, Faks: 403-89-77
Əlaqələndirici şəxs: Gülbahar Qasımova