Axtar
az|рус|eng
Tenderlər və Hərraclar
Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi üçün Şirvan şəhəri, Naxçıvan küçəsində inzibati binanın tikintisi, Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsi üçün Yevlax rayonu, Bakı-Qazax avtomobil yolunun sağ tərəfində inzibati binanın tikintisi üçün açıq tender elan edir

01.11.2012

B İ L D İ R İ Ş

 

Azərbaycan Respublikası Vergilər Nazirliyinin tender komissiyası bildirir ki,    tenderin əsas şərtlər toplusunda iş həcminin dəyişdirilməsi ilə əlaqədar  2 oktyabr 2012-ci il və 17 oktyabr 2012-ci il tarixlərində “Azərbaycan” qəzetində dərc edilmiş Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi üçün Şirvan şəhəri, Naxçıvan küçəsində və 11 saylı Ərazi Vergilər İdarəsi üçün Yevlax rayonu, Bakı-Qazax avtomobil yolunun sağ tərəfində inzibati binalarının tikintisinin satınalınması elanı üzrə keçiriləcək açıq tender dayandırılmışdır.




AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİ aşağıdakı LOT-lar üzrə

AÇIQ TENDER ELAN EDİR
 

LOT 1 : Vergilər Nazirliyinin 5 saylı Ərazi Vergilər İdarəsi üçün Şirvan şəhəri, Naxçıvan küçəsində inzibati binanın tikintisi.

LOT 2: Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər İdarəsi üçün Yevlax rayonu, Bakı-Qazax avtomobil yolunun sağ tərəfində inzibati binanın tikintisi.

 

1. Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə, ikiqat zərflərdə, yazılı surətdə Bakı şəhəri, Akademik Lev Landau küçəsi, 16 ünvana təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

 

2. Tender təklifi zərfləri  “16” noyabr 2012-ci ildə yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

 

3. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıda göstərilən sənədləri təqdim etməlidir:

  • Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
  • Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
  • Tender təklifi qiymətinin 3 %-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 90 bank günü qüvvədə olmalıdır);
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış; 
  • İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • İddiaçının ixtisas göstəricilərinə dair sənədlər;
  • Digər sənədlər: nizamnamə, VÖEN və direktorun təyin olunması haqqında əmrin surətləri, ünvan və işçilərin sayı haqqında arayış.

Yuxarıda qeyd olunan sənədlər (tender təklifi və tender təklifinin təminatı istisna olunmaqla) tender proseduru başlanmasından 7 (yeddi) bank günü əvvəl təqdim olunmalıdır.

4. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə tərtib olunmuş sənədlərə onların azərbaycan dilində tərcümə edilmiş surətləri əlavə edilməlidir).

5. Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçı           tikinti-quraşdırma işlərinin aparılmasına dair lisenziyanın notarial qaydasında təsdiqlənmiş surətini və Lot 1 üzrə 300 (üç yüz), Lot 2 üzrə 300 (üç yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürərək ödəniş sənədinin sürətini təqdim etməlidir:

 

Vergilər Nazirliyi (VÖEN: 1300204521)  â„–002571-2118401 7-ci Fond

12 saylı Xəzinədarlıq İdarəsi

(VÖEN: 1301937531)

Hesab: 33205019449324665216

ABB Yasamal filialı

VÖEN (Bank): 9900001881

Kod: 805562, M/h: AZ03NABZ01350100000000002944

S.W.İ.F.T: İBAZAZ2X

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

6. Tenderin əsas şərtlər toplusu azərbaycan dilində tərtib olunmuşdur.

 

7. Tender təklifləri “15” noyabr 2012-ci il, saat 18:00-a qədər Akademik Lev Landau, 16 ünvanında yerləşən Vergilər Nazirliyinə təqdim olunmalıdır.

 

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.Tenderdə iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

8. Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Bakı şəhəri, Akademik Lev Landau küçəsi 16, Vergilər Nazirliyi

e-mail: gulbahar.qasimova@taxes.gov.az

Tel: 403-87-91,  Faks: 403-89-77

Əlaqələndirici şəxs: Gülbahar Qasımova

 






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.