Axtar
az|рус|eng
Tenderlər və Hərraclar
Azərbaycan Respublikası Vergilər Nazirliyi 2011-ci ildə dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formalarının alınması üçün açıq tender elan edir

02.03.2011

 

AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİ

2011-CI ILDƏ DÖVLƏT VERGI ORQANLARININ VƏZIFƏLI ŞƏXSLƏRI ÜÇÜN XÜSUSI GEYIM FORMALARININ ALINMASI ÜÇÜN

AÇIQ TENDER ELAN EDİR

 

1. Tender iştirakçılarına təklif edilir ki, bu layihə üzrə öz təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat zərfdə, yazılı surətdə Bakı şəhəri, Akademik Lev Landau küçəsi, 16 ünvana təqdim etsinlər.

2. Tender təklifi zərfləri "21" aprel 2011-ci ildə yuxarıda qeyd olunan ünvanda açılacaqdır.

3. Tenderdə iştirak etmək üçün iddiaçı aşağıda göstərilən sənədləri təqdim etməlidir:

  • Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə);
  • İştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • Tender təklifi zərfdən açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;
  • İddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • Tender təklifi qiymətinin 3 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərfdən açıldığı gündən ən azı 90 bank günü müddətində qüvvədə olmalıdır);
  • İddiaçının maliyyə imkanları ilə əlaqədar sənədlər;
  • İddiaçının ixtisas göstəricilərinə dair sənədlər.

Yuxarıda qeyd olunan sənədlər (tender təklifi və tender təklifinin təminatı istisna olunmaqla) tender proseduru başlanmasından 7 (yeddi) bank günü əvvəl təqdim olunmalıdır.

4. Sənədlər Azərbaycan dilində, 2 (iki) nüsxədə tərtib olunmalıdır (başqa dildə tərtib olunmuş sənədlərə onların azərbaycan dilində tərcümə edilmiş surətləri əlavə edilməlidir)

5.  Tenderdə iştirak etmək və əsas şərtlər toplusunu almaq üçün iştirakçı   500 (beş yüz) manat məbləğində iştirak haqqını aşağıda göstərilən hesaba köçürməlidir:

ABB Yasamal filialı, VÖEN: 9900001881

Kod: 805562, M/h: 0137010002944

S.W.İ.F.T: İBAZAZ2X

12 saylı Xəzinədarlıq İdarəsi VÖEN 1301937531

Hesab: 33205019449324665216

Vergilər Nazirliyi,  Kitab 14194,  VÖEN: 1300204521

İştirak haqqı heç bir halda geri qaytarılmır.

6. Tenderin əsas şərtlər toplusu azərbaycan dilində tərtib olunmuşdur.

7. Tender təklifləri "20" aprel 2011-ci il, saat 18:00-a qədər Akademik Lev Landau, 16 ünvanında Vergilər Nazirliyinə təqdim olunmalıdır.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.Tenderdə iddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər.

8. Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:

Bakı şəhəri, Akademik Lev Landau küçəsi 16,Vergilər Nazirliyi

e-mail: gulbahar.qasimova@taxes.gov.az

Tel: 403-87-91,  Faks: 403-89-77

Əlaqələndirici şəxs: Gülbahar Qasımova






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.