Axtar
az|рус|eng
Könüllü fəaliyyəti

Vergi orqanlarında könüllü fəaliyyətin təşkili

Qaydaları


1.    Ümumi müddəalar

1.1.   “Vergi orqanlarında könüllü fəaliyyətin təşkili Qaydaları” (bundan sonra-Qaydalar) “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa, Vergilər nazirinin 11.10.2018-ci il tarixli 1817040100875700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na,  ”Vergi orqanlarında könüllü fəaliyyətin təşkili ilə əlaqədar bəzi tədbirlərin görülməsi barədə” Vergilər nazirinin 19.04.2019-cu il tarixli 1917040100449600 nömrəli əmrinə və Vergilər Nazirliyinin (bundan sonra - Nazirlik) aidiyyəti normativ hüquqi aktlarına  uyğun olaraq hazırlanmışdır.

1.2.   Bu Qaydalar könüllü fəaliyyətin təşkili və həyata keçirilməsi, könüllülərin qiymətləndirilməsi mexanizmini, bu sahədə məsul şəxslərin, habelə Nazirliyin müvafiq struktur vahidlərinin və bölmələrinin funksiyalarını müəyyən edir.


2.    Əsas anlayışlar

2.0. Bu Qaydalarda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.0.1. Könüllü fəaliyyət – şəxslərin özlərini inkişaf etdirməsi və biliklərin artırılması məqsədilə “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qaydalara əsasən vergi orqanlarında həyata keçirdikləri ictimai faydalı və gəlirsiz fəaliyyətdir.

2.0.2. “Haqqı ödənilməyən (könüllü) fəaliyyət haqqında müqavilə” (bundan sonra – müqavilə) Nazirliklə könüllülər arasında bağlanılan və tərəflərin hüquq və vəzifələrini müəyyən edən  sənəddir.

2.0.3. Könüllülərin qiymətləndirilməsi – könüllülərin fərdi inkişafını təmin etmək, könüllü fəaliyyətin səmərəliliyini və səviyyəsini daha da artırmaq məqsədilə həyata keçirilən qiymətləndirmədir.

2.0.4. Könüllü fəaliyyət üzrə məsul şəxslər - vergi orqanlarında könüllü fəaliyyət üzrə koordinator, vergi orqanının vergi ödəyicillərinə xidmət strukturunun rəhbəri və vergi ödəyicilərinə xidmət mərkəzinin (bundan sonra – mərkəz) məsul şəxsidir.

2.0.5. Vergi orqanlarında könüllü fəaliyyət üzrə koordinator (bundan sonra - koordinator) – bu Qaydalara uyğun olaraq könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini  təşkil edən Vergilər nazirinin təyin etdiyi məsul şəxsdir.

2.0.6.  Mərkəzin məsul şəxsi – vergi orqanının rəhbəri tərəfindən təsdiq edilmiş iş rejiminə uyğun olaraq müəyyən edilən mərkəzin məsul şəxsidir.

2.0.7. Könüllülərin növbə cədvəli – könüllülərlə müqavilə bağlandıqdan sonra könüllünün gündəlik fəaliyyəti və vergi orqanının fəaliyyəti ilə uyğunlaşdırılaraq hazırlanmış növbə cədvəlidir. Könüllülərin növbə cədvəli könüllülünün fəaliyyət göstərdiyi vergi orqanının vergi ödəyicilərinə xidmət strukturunun rəhbəri tərəfindən hazırlanır və təsdiqlənir.

2.0.8. Sertifikat – qiymətləndirmənin nəticəsinə uyğun olaraq Nazirlik tərəfindən könüllüyə verilən rəsmi sənəddir.

2.0.9. Könüllülük nişanı – könüllünün adı, soyadı və xidmət göstərdiyi vergi orqanının adını özündə əks etdirən döş nişanıdır.

 

3.     Könüllülərin cəlb olunması

3.1.  Nazirliyin vergi ödəyicilərinə xidmət sahəsi üzrə funksional nəzarəti həyata keçirən struktur vahidi (bundan sonra - müvafiq struktur vahid) vergi orqanlarından daxil olan məlumatlar əsasında vergi orqanlarında, o cümlədən onların əhatə dairəsinə daxil olan mərkəzlərdə könüllü ehtiyacını və könüllünün fəaliyyət göstərəcəyi istiqamətləri müəyyən edir.

3.2.    Müəyyən edilmiş ehtiyaclar əsasında könüllülərin cəlb olunması üçün elanların rəsmi mətbu orqanlarda və internet resurslarında yerləşdirilməsi məqsədi ilə müvafiq struktur vahid tərəfindən Nazirliyin Media və Kommunikasiya Mərkəzinə müraciət olunur. Elanlarda könüllülərə tələblər, müraciətin yeri və vaxtı barədə məlumat qeyd olunur.

3.3.           Media və Kommunikasiya Mərkəzi tərəfindən Nazirliyin rəsmi internet saytında vergi orqanlarında könüllü fəaliyyətə aid olan bölmə idarə edilir, Nazirlikdə könüllü fəaliyyət barədə Nazirliyin rəsmi internet səhifələrində, sosial şəbəkələrdə məlumatlar yerləşdirilir və bu məlumatların kütləvi informasiya vasitələrində yayılması təmin olunur.

3.4.    Daxil olan müraciətlərin baxılması və könüllülərin seçilməsi könüllülərin qarşısına qoyulan tələblərə uyğun Nazirliyin İnsan resursları sahəsi üzrə funksional nəzarəti həyata keçirən struktur vahidi ilə birlikdə müvafiq struktur vahid tərəfindən həyata keçirilir.

3.5.     Seçilmiş könüllülər fəaliyyətə başlamazdan əvvəl Nazirliyin Tədris Mərkəzi tərəfindən təşkil olunan ümumi təlimlərə cəlb olunur.

3.6.    Təlimlər vergi orqanının funksiyaları, vergi orqanlarında etik davranış, geyim daşıma, informasiya təhlükəsizliyi qaydaları və daxili nizam-intizam qaydaları, könüllü fəaliyyətin məqsədi və motivasiya mövzuları üzrə keçirilir.

3.7.     Təlimi uğurla başa vuran və fəaliyyətə başlamalı olan könüllü ilə müqavilə bağlanır. 

3.8.       Seçilmiş könüllülərin məlumatları könüllülər bazasına İnsan resursları sahəsi üzrə funksional nəzarəti həyata keçirən struktur vahid tərəfindən daxil edilir və mütəmadi olaraq yenilənir.

3.9.        Bazada könüllülərin adı, soyadı, ata adı, təvəllüdü, fəaliyyətə başladığı vaxt, müqavilə bağlayıb-bağlamadığı, müqavilə bağlanıbsa bitdiyi vaxt, vergi orqanında hansı növbədə fəaliyyət göstərdiyi, cinsi, təhsili, təhsil aldığı müəssisə, təhsil forması, dil bilikləri, əlaqə nömrələri və qiymətləndirmənin nəticələri yerləşdirilir.

 

4.     Müqavilənin bağlanması

4.1.    Müqavilə “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin tələbləri nəzərə alınmaqla bağlanır.

4.2.     Müqavilə 2 ay müddətinə bağlanılır.

4.3.     Müqavilə aşağıdakı hallarda 2 aydan az müddətə bağlanıla bilər:

4.3.1.      könüllü səyyar xidmətlərin yerinə yetirilməsinə cəlb edildikdə;

4.3.2.      müvafiq struktur vahidin müəyyən etdiyi istisna hallarda.

4.4.     Müqavilə iki nüsxədə tərtib olunur, bir nüsxəsi Nazirliyin İnsan resursları sahəsi üzrə funksional nəzarəti həyata keçirən struktur vahidində, digər nüsxəsi isə könüllüdə saxlanılır.

4.5.     Müqavilə bağlandıqdan sonra könüllüyə könüllülük nişanı (1 ¹– Əlavə) verilir.

4.6.    Qymətləndirmənin yekununda yüksək nəticə göstərən (1-ci və 2-ci dərəcəli sertifikat alan) könüllülər ilə bağlanılmış müqavilə 2 ay müddətinə uzadıla bilər.

4.7.    Müqavilə qanunla müəyyən edilmiş müddətdə saxlanılır.

4.8. Müqaviləyə hər hansı bir tərəfin təşəbbüsü ilə bir həftə əvvəlcədən məlumat vårilməklə õitam vårilə bilər.

4.9. Könüllünün fəaliyyəti bağlandığı müqavilənin qüvvədə olduğu müddətdə əsaslandırılmış və koordinatorla razılaşdırılmış səbəbdən bir həftə əvvəlcədən məlumat verilməklə müvəqqəti dayandırıla bilər. Könüllünün fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb aradan qaldırıldığı tarixdən etibarən müqavilə ilə müəyyən edilmiş müddət axımı bərpa olunur.

5.     Könüllü fəaliyyətin koordinatorunun hüquqları və vəzifələri

5.1.     Könüllü fəaliyyətin koordinatoru aşağıdakı hüquqlara malikdir:

5.1.1.   şəxslərin könüllü fəaliyyətə cəlb olunmasını təşkil etmək;

5.1.2.   şəxslərin könüllü kimi seçimində bilavasitə iştirak etmək;

5.1.3.   könüllülərdən müqavilədən irəli gələn öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək;

5.1.4.   mərkəzin məsul şəxsindən hesabat və məlumat almaq;

5.1.5.   könüllü fəaliyyət həyata keçirilərkən könüllü tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tədbirlər görmək.

5.2.     Könüllü fəaliyyətin koordinatorunun vəzifələri aşağıdakılardır:

5.2.1.   mərkəzlərdə könüllü ehtiyacı haqqında məlumat almaq;

5.2.2.   şəxslərin Nazirliyə könüllü əsaslarla cəlb olunması üçün elanlar hazırlamaq, ali təhsil müəssisələrində və əmək yarmarkalarında təqdimatlar həyata keçirmək;

5.2.3.   müsahibədən müvəffəqiyyətlə keçən könüllülərlə müqavilə bağlanılması üçün tədbirlər görmək;

5.2.4.   könüllü fəaliyyətin həyata keçirilməsi haqqında informasiyanı açıqlamaq və könüllü fəaliyyəti nəticələri barədə məlumat vermək üçün müvafiq struktur vahidin rəhbərinə məlumat təqdim etmək;

5.2.5.   Nazirliyin İnsan resursları sahəsi üzrə funksional nəzarəti həyata keçirən struktur vahidi ilə birgə ehtiyat könüllü bazasını formalaşdırmaq.

 

6.     Mərkəzin məsul şəxsinin hüquq və vəzifələri

6.1.    Mərkəzin məsul şəxsinin aşağıdakı hüquqları vardır:

6.1.1.   könüllünün fəaliyyətinin qiymətləndirmə prosesində iştirak etmək;

6.1.2.      könüllülərin hüquqlarını müdafiə etmək.

6.2.           Mərkəzin məsul şəxsinin aşağıdakı vəzifələri vardır:

6.2.1.      könüllülərin vergi orqanına daxil olma və vergi orqanını tərk etmə vaxtının qeydiyyatını aparmaq;

6.2.2.      gündəlik növbə aparatına, vətəndaşları qarşılamağa, anket stoluna və özünə xidmət zonasına könüllüləri təyin etmək;

6.2.3.      koordinatora hesabat vermək.

 

7.    Könüllülərin qiymətləndirilməsi

7.1.   Könüllülər fəaliyyətinin sonuncu  iş həftəsində mərkəzin məsul şəxsi tərəfindən qiymətləndirilir və qiymətləndirmə anketləri vergi orqanının vergi ödəyicilərinə xidmət strukturunun rəhbəri tərəfindən AVİS-in Kargüzarlıq sistemində qeydiyyata alınaraq müvafiq struktur vahidə və İnsan resursları sahəsi üzrə funksional nəzarəti həyata keçirən struktur vahidində məlumat üçün təqdim olunur.

7.2.   Könüllülərin qiymətləndirilməsi aşağıda təyin olunmuş meyarlar əsasında aparılır:

7.2.1.  İntizamlılıq – könüllünün növbə cədvəlinə uyğun olaraq növbənin başlama vaxtında vergi orqanında olması və vergi orqanının könüllülük fəaliyyəti ilə bağlı iş qrafikinə uyğun davamlı iştirakı;

7.2.2.  Xidmətə münasibət – könüllüyə verilən tapşırıqları məsuliyyətlə yerinə yetirməsi və mərkəzlərə müraciət edən vətəndaşlara diqqət və ehtiram göstərməsi;

7.2.3.   Emosionallıq – könüllünün vətəndaşlara, əməkdaşlara və həmkar könüllülərə qarşı gülərüz olması və onlarda xoş təəssürat yaratması, münaqişəli hallarda öz emosiyalarını biruzə verməməsi;

7.2.4.   Detallara fikir verməsi – anketlərdəki zəruri məlumatların doldurulması prosesini düzgün mənimsəməsi;

7.2.5.   Vergi orqanının əməkdaşlarına münasibət – könüllünün vergi orqanının əməkdaşları ilə qarşılıqlı hörmət və etimad prinsipi əsasında fəaliyyət göstərməsi;

7.2.6.   Digər könüllülərlə münasibət – könüllünün digər həmkar könüllülər ilə münaqişəli hallardan qaçınması, maraqların toqquşmasına yol verməməsi;

7.2.7.   Nazirlik haqqında məlumatlılıq – Nazirlik və mərkəzlərin fəaliyyət istiqamətləri və mərkəzlərdə göstərilən xidmətlər barəsində məlumatlı olması;

7.2.8.   Təşkilatçılıq – işin planlaşdırılması və komandada işləmək bacarığı;

7.2.9.   Təşəbbüskarlıq və təmsilçilik – yeniliklərin müəyyən edilməsi və Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun ideyaların verilməsində iştirakı, Nazirlik daxili və xaricində Nazirlik haqqında müsbət fikir formalaşdırmağa köməklik etməsi;

7.2.10.   Səbrlilik – xidmətə münasibətdə səbirli olması.

7.3.   Qiymətləndirmə 5 ballıq qiymətləndirmə sistemi üzrə aparılır. Hər meyar üzrə 5 ən yüksək bal olmaqla “Standartdan yüksək”, 1 isə ən aşağı bal olmaqla “Uyğun deyil” anlayışını əks etdirir. Ballar 2-yə vurulmaqla 100 ballıq sistemə uyğunlaşdırılır.

7.4.   Qiymətləndirmənin aparılmasına mərkəzin məsul şəxsi ilə yanaşı vergi orqanının vergi ödəyicilərinə xidmət strukturunun rəhbəri məsuliyyət daşıyır.

7.5.   Könüllüyə qiymətləndirmənin nəticəsinə əsasən 1-ci, 2-ci və 3-cü dərəcəli sertifikatlar (2 ¹– əlavə) verilir.

7.6.   1-ci dərəcəli sertifikat yekun qiymətləndirmədən 91 bal və yuxarı yığan könüllülərə, 2-ci dərəcəli sertifikat yekun qiymətləndirmədən 75–90 bal yığan könüllülərə, 3-cü dərəcəli sertifikat isə yekun qiymətləndirmədən 40-75 bal yığan könüllülərə verilir.

7.7.   Könüllülərin qiymətləndirilməsi qiymətləndirmə anketi (3 ¹– əlavə) üzrə aparılır.

Əlavə 1: docx  pdf

Əlavə 2: docx  pdf

Əlavə 3: docx  pdf






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.