Axtar
az|рус|eng
Media
30.03.2019

Vergilər naziri Lənkəranda vətəndaşları qəbul edib

Martın 30-da vergilər naziri Mikayıl Cabbarov Lənkəran şəhərində 6 saylı Ərazi Vergilər Departamentinin inzibati binasında vətəndaşları qəbul edib.

Qəbulda Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, Beyləqan, Ağcabədi, İmişli, Füzuli, Laçın və Xocavənd rayon sakinləri iştirak edib. Qəbulda vətəndaşlar əsasən, yaranmış vergi borcları, vergi orqanlarında işlə təminat, vergi uçotunun aparılması və e-qaimələrin tətbiqi, kənd təsərrüfatı məhsullarının ixracı və vergi inzibatçılığı sahəsində qarşılaşdıqları məsələlərlə əlaqədar müraciət ediblər.

Vətəndaşların müraciətləri dinlənilib və nazirliyin struktur bölmələrinə aidiyyatı tapşırıqlar verilib.





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.