Axtar
az|рус|eng
Media
05.08.2019

Vergilər Nazirliyində görüş keçirilib

Vergilər naziri Mikayıl Cabbarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kerol Kroftsu ilə görüşüb. Diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar keçirilmiş görüşdə nazir Mikayıl Cabbarov səfir Kerol Kroftsun ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirərək ona gələcək fəaliyyətində uğurlar arzu edib.

Görüşdə iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyi qeyd edilib, bu əlaqələrin bundan sonra da dərinləşəcəyinə əminlik ifadə edilib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.