Axtar
az|рус|eng
Media
20.08.2019

Vergilər nazirinin müavini Gədəbəydə vətəndaşları qəbul edəcək

Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayon sakinlərinin nəzərinə!

Vergilər nazirinin müavini Mətin Eynullayev 26 avqust 2019-cu il tarixində Gədəbəy şəhərində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində (ünvan: 20 Yanvar küçəsi, Kapital Bankın filialının yaxınlığında) Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən şəxslər 20-22 avqust 2019-cu il tarixlərində Şəmkir şəhərində yerləşən 14 saylı Ərazi Vergilər İdarəsinə, habelə Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.