Axtar
az|рус|eng
Media
16.09.2019

Vergilər nazirinin birinci müavini Beyləqanda vətəndaşları qəbul edəcək

Beyləqan, İmişli, Füzuli, Ağcabədi, Xocavənd və Laçın rayon sakinlərinin nəzərinə!

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov 20 sentyabr 2019-cu il tarixində Beyləqan şəhərində 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Beyləqan şəhəri, SMD-42 qəsəbəsi) Beyləqan, İmişli, Füzuli, Ağcabədi, Xocavənd və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 16-19 iyun 2019-cu il tarixlərində 8 saylı Ərazi Vergilər İdarəsinə, habelə İmişli və Ağcabədi rayon vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən qaldırmaq istədikləri məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.