Axtar
az|рус|eng
Media
18.09.2019

Vergilər naziri Şamaxıda vətəndaşları qəbul edəcək

Şamaxı, Ağsu və Qobustan rayon sakinlərinin nəzərinə!

Vergilər naziri Mikayıl Cabbarov 25 sentyabr 2019-cu il tarixində Şamaxı şəhərində yerləşən 4 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: Şamaxı şəhəri, Bakı-Qazax yolunun 118-ci km-liyi) Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinlərini qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 18-23 sentyabr 2019-cu il tarixlərində 4 saylı Ərazi Vergilər İdarəsinə, habelə Ağsu və Qobustan rayonları vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin “195-1” Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.