Axtar
az|рус|eng
Media
20.09.2019

Vergilər naziri İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

Sentyabrın 19-da Vergilər naziri Mikayıl Cabbarov İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Müriel Peneveyre və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Qlobal Vergi Fondu layihəsi, habelə oktyabr ayında Avropadaxili Vergi Administrasiyaları Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda keçiriləcək “Avrasiya ölkələri üçün Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi layihəsinə (BEPS) həsr olunan 5-ci Regional İclas” və BEPS layihəsi çərçivəsində əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.

Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin də iştirak etdiyi görüşdə İsveçrə Əməkdaşlıq Ofisinin regional direktorunun müavini Simona Haberli, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Makroiqtisadi Dəstək üzrə Proqram rəhbəri Reto Veyerman və Azərbaycan üzrə milli proqram rəhbəri Sənan Şabanov iştirak ediblər.

Görüşdə, həmçinin iki ölkə arasında əməkdaşlıq, bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilib və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.