Axtar
az|рус|eng
Media
21.09.2019

Vergilər nazirinin müavini Qazaxda vətəndaşları qəbul edib

Sentyabrın 20-də Vergilər nazirinin müavini Sahib Ələkbərov Qazax şəhərində Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbulda vergi qanunvericiliyinin tətbiqi, kənd təsərrüfatı sahəsində uçotun aparılması, vergilərin hesablanması və ödənilməsi, məcburi sosial sığorta ödəmələri, vergi borcları, əmək münasibətləri sahəsində şəffaflığın təmin olunması, vergi orqanlarında işə qəbul, habelə vergi inzibatçılığı sahəsində vergi ödəyicilərinin qarşılaşdıqları suallar cavablandırılıb.

Qəbula gəlmiş istixana fəaliyyəti ilə məşğul olan yerli sahibkarlar qaz təhcizatı ilə bağlı çətinliklərinin olduğunu qeyd edib, qaz sayğacları və tənzimləyicilərinin yerlərinin dəyişdirilməsi nəticəsində qazpulu xərclərinin süni şəkildə artırılmasından narazılıq ifadə ediblər.

Vətəndaşların qaldırdıqları məsələlərin bəziləri yerindəcə həll olunub, digərləri barədə nazirliyin müvafiq strukturlarına aidiyyəti tapşırıqlar verilib.

Həmin gün Sahib Ələkbərov Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə rayonun ucqar kəndlərindən olan, bəzi yerlərdə erməni kəndləri ilə ara məsafəsi cəmi 50 metrə çatan Məzəm kəndinin sakinləri ilə də görüşüb. Onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirən kənd sakinləri əvvəllər tez-tez düşmən atəşinə məruz qaldıqlarından çətinlik çəkdiklərini, lakin evlərinin qabağına və kəndin giriş yolunun kənarına daşdan hündürlüyü 3 metr olan divar çəkildikdən sonra təhlükəsizliklərinin təmin olunduğunu, elektrik enerjisi və qazla fasiləsiz təmin edildiklərini, hazırda yeganə problemlərinin su çatışmazlığı ilə bağlı olduğunu bildiriblər. Kənd sakinləri əvvəllər su götürdükləri yaxınlıqdakı gölün ətrafı daim atəş altında saxlanıldığından kənddə bir artezian quyusu qazılması məsələsinə baxılmasını xahiş ediblər.





Geri


Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.