Axtar
az|рус|eng
Xəbərlər


2019-cu ilin may ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, ödənilməli vergilər və sığorta haqqları barədə

Y A D D A Ş

 

Əmlak və torpaq vergisinin ödəyiciləri olan müəssisələr tərəfindən

  • 2019-cu il üzrə Torpaq vergisinin bəyannaməsi 2019-cu ilin may ayının 15-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.
  • 2019-cu ilin 2-ci rübü üzrə əmlak vergisinin cari ödəmələri 2019-cu ilin may ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

 

2019-cu ilin aprel ayına görəvergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz vergisi bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

2019-cu ilin may ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir. 

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin may ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2019-cu ilin aprel ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin may ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 2-ci rübü üzrə bəyannaməni 2019-cu ilin iyul ayının 22-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2019-cu ilin aprel ayı üzrə hesabladığı gəlir vergisi 2019-cu ilin may ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2019-cu ilin 2-ci rübü üzrə bəyannamə cari ilin iyul ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).
  • Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin aprel ayı üzrə hesablanmış sığorta haqqları 2019-cu ilin may ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

 






Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.