Axtar
az|рус|eng
Qanunvericilik

Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

"Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 365-IVQD nömrəli Qanununun tətbiqi barədə" 2012-ci il 6 iyul tarixli 668 nömrəli Fərmanının 1.1.4-cü yarımbəndinin və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 415-IVQD nömrəli Qanununun tətbiqi haqqında" 2012-ci il 4 sentyabr tarixli 697 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.[1]

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 9 iyun 2014-cü il

191

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 9 iyun tarixli 191 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə və İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci hissəsinin üçüncü bəndinə uyğun olaraq hazırlanmışdır və nəzarət markasının formasını, uçotu, istifadəsi və verilməsi qaydalarını müəyyən edir.

1.2. Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə və İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci hissəsinin dördüncü bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində hazırlanan (istehsal edilən) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən aşağıdakı mallar, məmulatlar və məlumat materialları (bundan sonra - nəzarət markası ilə markalanmalı olan mallar, məmulatlar və məlumat materialları) nəzarət markası ilə markalanmalıdır:

1.2.1. dərman vasitələri;

1.2.2. audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələri;

1.2.3. dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları.

1.3. Nəzarət markası dərman vasitələrinə münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə münasibətdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi (bundan sonra - Agentlik), dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilir.[2]

1.4. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektləri olan dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların nüsxələrinə ilkin olaraq Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən, daha sonra isə Agentlikdən alınan nəzarət markası yapışdırılır. [3]

 

2. Nəzarət markasının forması

 

2.1. Nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının növünə uyğun olaraq, nəzarət markası bu Qaydaların 1-3 nömrəli əlavələrində göstərilən formada hazırlanır.

2.2. Nəzarət markasının üzərində aşağıdakılar əks olunmalıdır:

2.2.1. NƏZARƏT MARKASI sözləri;

2.2.2. nəzarət markasını verən orqanın adı;

2.2.3. nəzarət markasının nömrəsini bildirən hərf-rəqəm kodu;

2.2.4. audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılan nəzarət markasında bu Qaydaların 2.2.1-ci-2.2.3-cü yarımbəndlərində qeyd edilənlərə əlavə olaraq aşağıdakılar da göstərilməlidir:

2.2.4.1. nüsxəyə aid informasiyanı qrafik şəkildə təsvir edən ikiölçülü matriks kod (QR kod);

2.2.4.2. nüsxənin seriyasını bildirən işarə;

2.2.4.3. əsərin, əlaqəli hüquqlar obyektinin adı;

Qeyd. Ümumi təhsil müəssisələrinin (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, ümumtəhsil internat məktəbləri, inteqrasiya təlimli internat tipli təhsil müəssisələri, xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər və digər müəssisələr) I-XI sinif şagirdlərinə pulsuz paylanan dərsliklərə, təhsil və elmi tədqiqat müəssisələrinə, dövlət orqanlarına, respublika, rayon (şəhər), qəsəbə və kənd kitabxanalarına, diaspor təşkilatlarına və Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinə (nümayəndəliklərinə) pulsuz paylanan və nəşri dövlət büdcəsindən maliyyələşdirilən nüsxələrə yapışdırılan nəzarət markalarının üzərində qeyri-kommersiya sözlərinin baş hərfləri - QK yazılır.[4]

2.2.5. dərman vasitələrinə yapışdırılan nəzarət markasında bu Qaydaların 2.2.1-ci-2.2.3-cü yarımbəndlərində qeyd edilənlərə əlavə olaraq DƏRMAN VASİTƏLƏRİ sözləri yazılır;

2.2.6. dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına yapışdırılan nəzarət markasında bu Qaydaların 2.2.1-ci-2.2.3-cü yarımbəndlərində qeyd edilənlərə əlavə olaraq DİNİ TƏYİNATLI sözləri yazılır.

2.3. Audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılan nəzarət markasında onun növünü bildirən aşağıdakı xüsusi seriyalar göstərilir:

2.3.1. audiovizual əsərlər üçün - A ;

2.3.2. fonoqramlar üçün - F ;

2.3.3. kompyuter proqramları üçün - P ;

2.3.4. məlumat topluları üçün - M ;

2.3.5. kitablar üçün - K .

2.4. Audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılan nəzarət markasının üzərindəki seriyanı bildirən işarələrin və nüsxəyə aid informasiyanı qrafik şəkildə təsvir edən ikiölçülü matriks kodların rəngləri nüsxələrin növündən asılı olaraq aşağıdakı kimi olur:

2.4.1. audiovizual əsər üçün qırmızı;

2.4.2. fonoqram üçün tünd-sarı;

2.4.3. kompyuter proqramı üçün açıq-mavi;

2.4.4. məlumat toplusu üçün bənövşəyi;

2.4.5. kitablar üçün gümüşü.

2.5. Audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılan nəzarət markasının fərdiləşdirilməsi Agentlik tərəfindən həyata keçirilir.

2.6. Nəzarət markasının üzərində ornamentlər fonunda Azərbaycan Respublikasının Dövlət gerbinin təsvirindən və holoqrafik müdafiə vasitəsindən istifadə olunur.

 

3. Nəzarət markasının uçotu

 

3.1. Nəzarət markasının uçotu nəzarət markasını verən orqanın müəyyən etdiyi məsul şəxs (bundan sonra - məsul şəxs) tərəfindən Nəzarət markasının uçotu jurnalı nda (bundan sonra - uçot jurnalı) aparılır. Uçot jurnalı qaytanlanır, nömrələnir, jurnalın sonuncu səhifəsi (qaytanın düyünləndiyi hissə)nəzarət markası verən orqanın rəhbəri və ya onun müavini tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

3.2. Nəzarət markasının faktiki sayının yoxlanılması məqsədi ilə nəzarət markasını verən orqanda hər il yanvarın 10-dan gec olmayaraq, üzvlərinin sayı 3 nəfərdən az olmayan inventarizasiya komissiyası yaradılır. İnventarizasiya komissiyasına nəzarət markasının uçotunu aparan məsul şəxsin daxil edilməsinə yol verilmir.

3.3. Uçotun nəticələrinə dair 2 nüsxədən ibarət inventarizasiya aktı tərtib olunur. İnventarizasiya aktı inventarizasiya komissiyasının üzvləri və məsul şəxs tərəfindən imzalanır.

3.4. Nəzarət markasının uçotu bu Qaydalara və ciddi hesabat blankları üçün müəyyən edilmiş mühasibat uçotunun aparılması qaydalarına uyğun olaraq yerinə yetirilir.

3.5. Nəzarət markasını alan şəxs nəzarət markasından istifadə edənədək və ya zədələnmiş nəzarət markası məhv olanadək, onun düzgün uçotunun aparılmasını təmin etməlidir.

3.6. Nəzarət markası mühafizə edilən və kənar şəxslərin girişi qadağan olunan yerdə saxlanılır.

3.7. Nəzarət markasını verən orqanın texniki vasitələrdən istifadə etməklə nəzarət markasının elektron variantda uçotunu aparmaq hüququ vardır.

 

4. Nəzarət markasının istifadəsi

 

4.1. Nəzarət markası ilə markalanmalı olan mallara, məmulatlara və məlumat materiallarına birdəfəlik istifadə üçün nəzərdə tutulan nəzarət markası yapışdırılır.

4.2. Nəzarət markası ilə markalanmalı olan mallara, məmulatlara və məlumat materiallarına tətbiq edilən nəzarət markası bu malların satışa çıxarılmasından və ya yayılmasından əvvəl Azərbaycan Respublikasının Dərman vasitələri haqqında və Dini etiqad azadlığı haqqında qanunlarına əsasən müvafiq məhsulları hazırlamaq (istehsal etmək) və ya onların idxalını həyata keçirmək hüququ olan şəxslər, Azərbaycan Respublikasının Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında , Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında , Məlumat toplularının hüquqi qorunması haqqında və Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında qanunlarına uyğun olaraq hüquq sahibləri və hüquqları əldə etmiş fiziki və hüquqi şəxslər tərəfindən yapışdırılır.

4.3. Azərbaycan Respublikasının ərazisinə idxal edilən nəzarət markası ilə markalanmalı olan mallara, məmulatlara və məlumat materiallarına nəzarət markası gömrük rəsmiləşdirilməsi başa çatdırıldıqdan sonra yapışdırılır.

4.4. Nəzarət markası yapışdırılarkən, onun əzilməsinə yol verilməməli, rekvizitləri və malın üzərindəki məlumatlar (adı, etibarlılıq müddəti, istifadə qaydaları və s.) aydın oxunmalıdır. Nəzarət markası qablaşmanın içindəkilərin sayından asılı olmayaraq, nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının üzərinə bir ədəd olmaqla yapışdırılır.

4.5. Nəzarət markası audiovizual əsər və fonoqram nüsxələrinin üz qabığında yuxarıdan ortada, kompyuter proqramının və məlumat toplusunun nüsxələrinin üz qabığında hüquq sahibinin adının qarşısında, kağız daşıyıcıda olan kitab nüsxəsinin üz qabığının arxa hissəsində aşağıdan ortada, elektron daşıyıcıda olan kitab nüsxəsinin üz qabığında naşirin adından sonra yapışdırılır.

4.6. Nəzarət markasını alan şəxslər onun təyinatı üzrə istifadəsinə görə cavabdehdirlər və nəzarət markasının istifadə edilməsi haqqında ildə iki dəfə 6 (altı) aylıq dövr üçün nəzarət markasını verən orqana hesabat (hesabat dövrü başa çatdığı tarixdən sonra gələn 15 (on beş) gün müddətində) təqdim etməlidirlər. Hesabata aşağıdakı məlumatlar daxil edilir:

4.6.1. nəzarət markasının növü;

4.6.2. alınmış nəzarət markasının hərf-rəqəm kodu və sayı;

4.6.3. istifadə edilmiş nəzarət markasının hərf-rəqəm kodu və sayı;

4.6.4. istifadə edilməmiş, cümlədən zədələnmiş (istifadəyə yararsız hala düşmüş) nəzarət markasının hərf-rəqəm kodu və sayı (səbəblər göstərilməklə).

4.7. İstifadə edilməmiş və ya zədələnmiş nəzarət markaları (istifadə edilməməsinin və ya zədələnməsinin səbəbləri göstərilməklə) alındığı tarixdən ən geci 3 (üç) ay müddətində ərizə ilə nəzarət markasını verən orqana geri qaytarılmalıdır.

4.8. Zədələnmiş nəzarət markası geri qaytarılarkən, kağız üzərinə hər vərəqədə 10 (on) ədəddən çox olmayaraq, aşağıdakı şərtlərə əməl edilməklə yapışdırılmalıdır:

4.8.1. nəzarət markası kağız üzərində hamar və düz yapışdırılmalıdır;

4.8.2. nəzarət markasının hərf-rəqəm kodu dəqiq oxunmalı və mərkəz hissəsi aydın görünməlidir;

4.8.3. nəzarət markasının parçalanmış ayrı-ayrı hissələri birləşdirilməlidir;

4.8.4. geri qaytarılan zədələnmiş hər bir nəzarət markasının (o cümlədən, ayrı-ayrı hissələrdən yığılmış) ümumi sahəsi ilkin sahənin 60 (altmış) faizindən az olmamalıdır.

4.9. Zədələnmiş və geri qaytarılmış nəzarət markası məhv edilməlidir. Bununla əlaqədar nəzarət markasını verən orqan tərəfindən 5 (beş) nəfərdən ibarət komissiya yaradılır.

4.10. Alınmış nəzarət markasının digər şəxslərə verilməsinə, satılmasına, saxtalaşdırılmasına, təkrar istifadəsinə və təyinatına zidd istifadə olunmasına yol verilmir.

4.11. Bu Qaydaların 5.16-cı bəndinə uyğun olaraq, ödənilmiş məbləğ istifadə edilməmiş və ya zədələnmiş nəzarət markalarına görə nəzarət markasını verən orqan tərəfindən geri qaytarılmır.

4.12. Nəzarət markası ilə markalanmalı olan audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə, dini təyinatlı ədəbiyyata (kağız və elektron daşıyıcılarına), audio və video materiallara, mal və məmulatlara və dini məzmunlu başqa məlumat materiallarına, həmçinin dərman vasitələrinə aşağıdakı hallarda nəzarət markası yapışdırılmır:

4.12.1. audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələri və dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları üzrə:

4.12.1.1. beynəlxalq kinofestivallarda və xarici ölkələrin kino günlərində nümayiş üçün Azərbaycan Respublikasına gətirilən və festivaldan sonra geri qaytarılan audiovizual əsərlərin (filmlərin), kompyuter proqramının və məlumat toplusunun nümayiş məqsədi ilə hazırlanmış versiyalarına və ya bir neçə audiovizual əsərin (filmin), fonoqramın həmin nüsxənin reklamı üçün yazılmış və pulsuz paylanan hissələrinə;

4.12.1.2. jurnallara, məcmuələrə və digər dövri nəşrlərə onların ayrılmaz hissəsi kimi əlavə edilən CD və DVD-yə;

4.12.1.3. şəxsi istifadə üçün hazırlanan (istehsal olunan) və ya bu məqsədlə Azərbaycan Respublikasının ərazisinə gətirilən nüsxələrə;

4.12.1.4. elmi-praktik konfransların, simpoziumların, iclasların materiallarından ibarət nəşrlərinə, avtoreferatlarına, həmçinin sərgilərdə və bayram tədbirlərində nümayiş etdirilən nüsxələrə;

4.12.2. dərman vasitələri üzrə:

4.12.2.1. Dərman vasitələri haqqında Azərbaycan Respublikası Qanununun 6.5-ci, 9.2-ci, 9.3-cü və 9.4-cü maddələrində göstərilən hallarda, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və digər dövlət qurumlarının sifarişi ilə qeyri-kommersiya məqsədləri üçün hazırlanan (istehsal olunan) və ya idxal ediləndərman vasitələrinə.

 

5. Nəzarət markasının verilməsi

 

5.1. Nəzarət markasının alınması üçün bu Qaydaların 4.2-ci bəndi ilə müəyyən edilən şəxslər bu Qaydaların 4 - 6 nömrəli əlavələrində göstərilən formaya uyğun müvafiq ərizə ilə nəzarət markasını verən orqana müraciət edirlər. Ərizədə aşağıdakı məlumatlar göstərilir:

5.1.1. ərizəçinin müraciət etdiyi orqanın adı;

5.1.2. ərizəçi fiziki şəxs olduqda, onun soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi haqqında məlumatlar;

5.1.3. ərizə hüquqi şəxsin adından verildikdə, onun adı, olduğu yer və qeydiyyat nömrəsi;

5.1.4. ərizə şəxsin nümayəndəsi tərəfindən imzalandıqda, nümayəndənin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi, habelə vəkalətnamə haqqında məlumatlar;

5.1.5. nəzarət markası ilə markalanmalı olan malların, məmulatların və məlumat materiallarının növü, sayı və nəzarət markalarının sayı;

5.1.6. tələbin qısa məzmunu;

5.1.7. ərizəyə əlavə edilmiş sənədlərin siyahısı;

5.1.8. ərizəçinin elektron ünvanı (varsa);

5.1.9. ərizə onun tərtib edildiyi tarix göstərilməklə, ərizəçi (və ya nümayəndəsi) tərəfindən imzalanır.

5.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilməlidir:

5.2.1. ərizəçi fiziki şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti;

5.2.2. ərizəçi fərdi sahibkar olduqda, vergi uçotuna alınması haqqında şəhadətnamənin surəti;

5.2.3. ərizə hüquqi şəxsin adından verildikdə, hüquqi şəxsin dövlət reyestrindən çıxarışın surəti;

5.2.4. nəzarət markası ilə markalanmalı olan mallar, məmulatlar və məlumat materialları Azərbaycan Respublikasının ərazisinə idxal olunmuşdursa, gömrük orqanları tərəfindən təsdiq edilmiş gömrük bəyannaməsinin surəti.

5.3. Audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə nəzarət markası alınarkən, bu Qaydaların 5.2.1-ci-5.2.4-cü yarımbəndlərində göstərilən sənədlərdən əlavə aşağıdakı sənədlər də təqdim edilir:

5.3.1. audiovizual əsərin (filmin) filmlərin dövlət reyestrinə daxil edilməsini təsdiq edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş yayım vəsiqəsinin surəti;

5.3.2. fonoqramın hazırlandığı (istehsal edildiyi)tarix və yer, fonoqrama daxil edilən musiqili əsərin (mətnli, mətnsiz) adı, müəlliflər, ifaçılar haqqında məlumat;

5.3.3. kompyuter proqramının adı, istehsalçısı, hazırlandığı (istehsal edildiyi) tarix və yer barədə məlumat;

5.3.4. kitabın adı, müəllifi (müəllifləri), tərtib edilmiş əsərlər üçün tərtibatçı müəllifin soyadı, adı, atasının adı, kitaba daxil edilmiş əsərlərin adları və müəllifləri, kitab tərcümə olunmuşdursa, əsərin orijinalının müəllifi və hansı dildən tərcümə edildiyi barədə məlumat;

5.3.5. müəlliflik hüququ və ya əlaqəli hüquqlar obyektlərinin nüsxələrinin hazırlanmasının (istehsal edilməsinin)qanuniliyini təsdiq edən sənədlərin (hüquqların verilməsi barədə müəllif müqaviləsi, hüquqlar vərəsəlik qaydasında keçdikdə vərəsəlik haqqında şəhadətnamə) surətləri (müəllifdən (və ya hüquq sahibindən) obyektiv səbəblərə görə (müəllifin və ya hüquq sahibinin hərbi xidmətə çağırılması, xəstələnməsi, ölkədə olmaması, o cümlədən uzunmüddətli ezamiyyətə göndərilməsi halları nəzərdə tutulur) icazə almaq mümkün olmadıqda, onun əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini həyata keçirən təşkilatla bağladığı müqavilənin surəti ərizəyə əlavə olunmalıdır), ərizəçi əsərin müəllifi olduqda, əsərin qeydiyyatı haqqında şəhadətnamənin surəti;

5.3.6. müəlliflik hüququ və ya əlaqəli hüquqlar obyektlərinin nüsxəsinin yazıldığı maddi daşıyıcının növü barədə məlumat;

5.3.7. müəlliflik hüququ və ya əlaqəli hüquqlar obyektlərinin nüsxələrinin nümunəsi ( siqnal nüsxə );

Qeyd. Nüsxələrin nümunəsinin ( siqnal nüsxə nin) üz qabığında (titul vərəqində) əsərin və ya fonoqram istehsalçısının (naşirin) adı, hüquqi ünvanı, elektron poçt ünvanı (olduğu təqdirdə), əlaqə telefonları, müəlliflərin, ifaçıların, o cümlədən audiovizual əsərdə baş rolların ifaçılarının siyahısı, hüquq sahibləri, nüsxələrin hazırlandığı (istehsal edildiyi) yer (ölkə (şəhər) və tarix, istifadəyə verilən əmlak hüquqları, istifadənin məzmunu, müddəti, ərazisi barədə məlumatlar qeyd edilməlidir. Təqdim olunan nüsxə uçota alınır və Agentlik saxlanılır.

5.4. Dini təyinatlı ədəbiyyata (kağız və elektron daşıyıcılarında), audio və video materiallara, mal və məmulatlara və dini məzmunlu başqa məlumat materiallarınanəzarət markası alınarkən, bu Qaydaların 5.2.1-ci-5.2.4-cü yarımbəndlərində göstərilən sənədlərdən əlavə aşağıdakı sənədlər də təqdim edilir:

5.4.1. dini təyinatlı ədəbiyyatın ( kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılıq məktubunun surəti;

5.4.2. dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının nüsxələrinin nümunəsi ( siqnal nüsxə ). Təqdim olunan nüsxə uçota alınır və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində saxlanılır.

5.5. Dərman vasitələrinə nəzarət markası alınarkən, bu Qaydaların 5.2.1-ci-5.2.4-cü yarımbəndlərində göstərilən sənədlərdən əlavə aşağıdakı sənədlər də təqdim edilir:

5.5.1. Azərbaycan Respublikasında istehsal olunan dərman vasitələrinin seriya nümunələrinin analizinin müsbət nəticələrinin protokollarının və müvafiq istehsal sertifikatlarının surətləri;

5.5.2. idxal olunan dərman vasitələrinin seriya nümunələrinin analizinin müsbət nəticələrinin protokollarının və qaimə-fakturasının (invoysun) surətləri.

5.6. Ərizəçidən bu Qaydaların 5.1-ci-5.5-ci bəndlərində nəzərdə tutulanlardan əlavə hər hansı digər sənəd və məlumat tələb edilə bilməz və həmin sənədlər ərizəçi tərəfindən bilavasitə və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron qaydada təqdim edilir.

5.7. Nəzarət markasının verilməsi üçün bu Qaydaların 5.1-ci bəndinə uyğun olaraq hazırlanan ərizənin nümunəsi, habelə bu Qaydaların 5.2-ci-5.5-ci bəndlərində göstərilən müvafiq sənədlərin siyahısı nəzarət markasını verən orqanın rəsmi internet səhifəsində yerləşdirilir.

5.8. Ərizəyə daxil olduğu gündən sonra ən geci 7 (yeddi) iş günü müddətində baxılır.

5.9. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçinin poçt və elektron ünvanına 2 (iki) iş günü müddətində yazılı bildiriş göndərilir. Bu zaman nəzarət markasının verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət nəzarət markasının verilməsi müddətinə daxil edilmir. Ərizəçi çatışmazlıqları aradan qaldırdıqdan sonra müddətin axımı bərpa olunur. Çatışmazlıqlar aradan qaldırıldıqda və imtina üçün bu Qaydaların 5.11-ci bəndində nəzərdə tutulan hallar aşkar edilmədikdə, 5 (beş) iş günü müddətində nəzarət markalarının verilməsi barədə qərar qəbul edilir. Qərar nəzarət markasını verən orqanın rəhbəri və ya onun tapşırığı ilə müavini tərəfindən imzalanır.

5.10. Qərar imzalandığı tarixdən 2 (iki) iş günündən gec olmayaraq ərizəçiyə bilavasitə təqdim olunur, yaxud poçt vasitəsilə və ya skan edilmiş formada onun elektron ünvanına göndərilir.

5.11. Bu Qaydaların 5.1-ci-5.5-ci bəndlərinə əsasən təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar olduqda, nəzarət markasının verilməsindən imtina edilir.

5.12. Nəzarət markasının verilməsindən imtina barədə qərar 2 (iki) iş günündən gec olmayaraq, ərizəçiyə bilavasitə təqdim edilir və ya poçt vasitəsilə, yaxud skan edilmiş formada onun elektron ünvanına göndərilir.

5.13. Nəzarət markasının verilməsi və verilməsindən imtina edilməsi barədə qərarlar haqqında (o cümlədən, qəbul olunmuş qərarların təqdim edilməsinə dair) məlumatlar uçot jurnalında qeyd olunur.

5.14. Nəzarət markasının verilməsi barədə qərar qəbul olunduqdan sonra ərizədə göstərilən növdə və sayda nəzarət markası 3 (üç) iş günü müddətində (bu Qaydaların 5.16-cı bəndinə əsasən ödənişin həyata keçirildiyini təsdiq edən sənədin aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və ya Agentliyə təqdim edildiyi tarixdən) ərizəçiyə təhvil verilir.[5]

5.15. Ərizəçi nəzarət markasını onu verən orqandan təhvil götürür və bu Qaydalara uyğun olaraq uçot jurnalında müvafiq qeydlər aparır.

5.16. Ərizəçi audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə yapışdırılması üçün nəzarət markasının alınmasına görə Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 13.3-cü maddəsinə, Dərman vasitələri haqqında Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə və Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğdə müvafiq olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və Agentliyə haqq ödəyir.[6]

 

 


 

 

Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları na

1 nömrəli əlavə

 

 

Nəzarət markasının nümunəsi

 

 

 


 

 

Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları na

2 nömrəli əlavə

 

 

Nəzarət markasının nümunəsi[7]

 

 

 

 

 

 

 

Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları na

3 nömrəli əlavə

 

 

Nəzarət markasının nümunəsi

 

 

 


 

 

 

Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları na

4 nömrəli əlavə

 

 

MÜƏLLİFLİK HÜQUQU VƏ ƏLAQƏLİ HÜQUQLAR OBYEKTLƏRİNİN NÜSXƏLƏRİNƏ YAPIŞDIRILMASI ÜÇÜN NƏZARƏT MARKALARININ VERİLMƏSİ HAQQINDA

ƏRİZƏ

 

_________________________________________

 

(nəzarət markası verən dövlət orqanının adı,

 

_________________________________________

 

rəhbərinin, soyadı, adı, atasının adı)

 

Ərizəçi ________________________________________________________________________________

(fiziki şəxsin adı, soyadı, atasının adı, yaşadığı ünvan, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilməsi tarixi haqqında məlumat)

_____________________________________________________________________________________

_____________________________________________________________________________________

(ərizəçi hüquqi şəxs olduqda, hüquqi şəxsin tam adı, hüquqi ünvanı və qeydiyyat nömrəsi)

_____________________________________________________________________________________

_____________________________________________________________________________________

(ərizəçi şəxsin nümayəndəsi olduqda, nümayəndənin adı, soyadı, atasının adı, yaşadığı ünvan,

_____________________________________________________________________________________

şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilməsi tarixi haqqında və vəkalətnamə haqqında məlumatlar)

İstifadə hüquqları ___________________________________________________________________

 

(hüquq sahibinin adı)

məxsus olan ___________________ nüsxə (ədəd) _________________________________________

 

(rəqəm və sözlə)

 

(nəzarət markası ilə markalanmalı olan

_____________________________________________________________________________________

müəlliflik hüququ və əlaqəli hüquqlar obyektinin (obyektlərinin) adı, növü (seriyası), sayı)

_____________________________________________________________________________________

yapışdırılmaq üçün _____________________________________________________________________ nəzarət markasının

(markanın ümumi sayı (rəqəm və sözlə)

verilməsini xahiş edirəm.

 

Ərizəyə aşağıda qeyd edilən sənədlər əlavə olunur:

1. ______________________________

 

2. ______________________________

 

3. ______________________________

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 ___ - il_____ ________________tarixli __________ nömrəli qərarı ilə təsdiq edilmiş Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları ilə tanışam və nəzarət markalarından qanuni istifadəyə təminat verirəm.

 

Müraciət edən şəxs və ya onun səlahiyyətli nümayəndəsi

 

___________________________

 

(vəzifəsi, adı, soyadı, atasının adı)

Tarix "____" ____________________20__ il

İmza ___________________

 

M.Y.

 

 

 


 

 

 

Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları na

5 nömrəli əlavə

 

 

DİNİ TƏYİNATLI ƏDƏBİYYATA (KAĞIZ VƏ ELEKTRON DAŞIYICILARINDA), AUDİO VƏ VİDEO MATERİALLARA, MAL VƏ MƏMULATLARA VƏ DİNİ MƏZMUNLU BAŞQA MƏLUMAT MATERİALLARINA YAPIŞDIRILMASI ÜÇÜN NƏZARƏT MARKALARININ VERİLMƏSİ HAQQINDA

 

ƏRİZƏ

 

______________________________________

 

(nəzarət markası verən dövlət orqanının adı,

 

_______________________________________

 

rəhbərinin, soyadı, adı, atasının adı)

Ərizəçi _______________________________________________________________________________

(fiziki şəxs olduqda, soyadı, adı, atasının adı, ünvanı və şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilməsi tarixi haqqında məlumatlar)

_______________________________________________________________________________________

_______________________________________________________________________________________

(ərizə hüquqi şəxsin adından verildikdə, hüquqi şəxsin adı, olduğu yer və qeydiyyat nömrəsi)

_______________________________________________________________________________________

_______________________________________________________________________________________

(ərizə şəxsin nümayəndəsi tərəfindən imzalandıqda, nümayəndənin soyadı, adı, atasının adı, ünvanı,

_______________________________________________________________________________________

şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilməsi tarixi və vəkalətnamə haqqında məlumatlar)

_______________________________________________________________________________________

(nəzarət markası yapışdırılacaq malın adı)

yapışdırılması üçün ______________________________________________ ədəd nəzarət markasının

(nəzarət markasının ümumi sayı rəqəm və sözlə)

verilməsini xahiş edirəm.

Ərizəyə aşağıdakı sənədləri əlavə edirəm:

 

 

Sıra

-si

Sənədlərin adı

Vərəqlərin sayı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 ___ -il ___ _______________tarixli ______ nömrəli qərarı ilə təsdiq edilmiş Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları ilə tanışam və nəzarət markasından qanuni istifadəyə təminat verirəm.

Ərizəçi və ya onun nümayəndəsi _________________________________________________________

 

(adı, soyadı və vəzifəsi)

Ərizəçinin elektron ünvanı (əgər varsa) ___________________________________________________

Tarix "____" ________________ 20 ___ il

İmza _______________________

M.Y.

 

 

 


 

 

Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları na

6 nömrəli əlavə

 

 

DƏRMAN VASİTƏLƏRİNƏ YAPIŞDIRILMASI ÜÇÜN NƏZARƏT MARKALARININ VERİLMƏSİ HAQQINDA

ƏRİZƏ

 

______________________________________

 

(nəzarət markası verən dövlət orqanının adı,

 

_______________________________________

 

rəhbərinin, soyadı, adı, atasının adı)

Ərizəçi ________________________________________________________________________________

(fiziki şəxs olduqda, soyadı, adı, atasının adı, ünvanı və şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilməsi tarixi haqqında məlumatlar)

_______________________________________________________________________________________

_______________________________________________________________________________________

(ərizə hüquqi şəxsin adından verildikdə, hüquqi şəxsin adı, olduğu yer və qeydiyyat nömrəsi)

_______________________________________________________________________________________

_______________________________________________________________________________________

(ərizə şəxsin nümayəndəsi tərəfindən imzalandıqda, nümayəndənin soyadı, adı, atasının adı, ünvanı,

_______________________________________________________________________________________

şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, verilməsi tarixi və vəkalətnamə haqqında məlumatlar)

_______________________________________________________________________________________

(nəzarət markası yapışdırılacaq malın adı)

yapışdırılması üçün ______________________________________________ ədəd nəzarət markasının

(nəzarət markasının ümumi sayı rəqəm və sözlə)

verilməsini xahiş edirəm.

 

Ərizəyə aşağıdakı sənədləri əlavə edirəm:

 

Sıra

-si

Sənədlərin adı

Vərəqlərin

sayı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 ___ -il ___ _____________ tarixli _______ nömrəli qərarı ilə təsdiq edilmiş Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları ilə tanışam və nəzarət markasından qanuni istifadəyə təminat verirəm.

 

Ərizəçi və ya onun nümayəndəsi _________________________________________________________

 

(adı, soyadı, və vəzifəsi)

Ərizəçinin elektron ünvanı (əgər varsa) ___________________________________________________

Tarix "____" ________________ 20 ___ il

İmza _______________________

M.Y.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 iyul 2015-ci il tarixli 250 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 9 iyul 2015-ci il, 146; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 07, maddə 882)

2.       3 sentyabr 2018-ci il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Xalq qəzeti, 4 sentyabr 2018-ci il, 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 9, maddə 1902)

3.       28 noyabr 2018-ci il tarixli 508 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Xalq qəzeti, 30 noyabr 2018-ci il, 270)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 


[1] 28 noyabr 2018-ci il tarixli 508 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Xalq qəzeti, 30 noyabr 2018-ci il, 270) ilə birinci abzas 1-ci hissə hesab edilmişdir və yeni məzmunda 2-ci hissə əlavə edilmişdir.

 

[2] 3 sentyabr 2018-ci il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Xalq qəzeti, 4 sentyabr 2018-ci il, 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 9, maddə 1902) ilə Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları nın 1.3-cü bənddə Müəllif Hüquqları Agentliyi sözləri Əqli Mülkiyyət Agentliyi (bundan sonra - Agentlik) sözləri ilə əvəz edilmişdir.

 

[3] 3 sentyabr 2018-ci il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Xalq qəzeti, 4 sentyabr 2018-ci il, 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 9, maddə 1902) ilə Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları nın 1.4-cü, 2.5-ci bəndlərdə, 5.3.7-ci yarımbənddən sonra verilmiş Qeyd də, 5.14-cü və 5.16-cı bəndlərdə ismin müvafiq hallarında Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi sözləri ismin müvafiq hallarında Agentlik sözü ilə əvəz edilmişdir.

 

[4] 28 noyabr 2018-ci il tarixli 508 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Xalq qəzeti, 30 noyabr 2018-ci il, 270) ilə Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları nın 2.2.4-cü yarımbəndinin Qeyd inə birinci halda orta sözündən əvvəl ümumi sözü və ümumtəhsil internat məktəbləri sözlərindən sonra , inteqrasiya təlimli internat tipli təhsil müəssisələri sözləri əlavə edilmişdir.

 

[5] 1 iyul 2015-ci il tarixli 250 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 9 iyul 2015-ci il, 146; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 07, maddə 882) ilə 5.14-cü bəndə təsdiq edən sənədin sözlərindən sonra aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və ya sözləri əlavə edilmişdir.

 

[6] 1 iyul 2015-ci il tarixli 250 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 9 iyul 2015-ci il, 146; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 07, maddə 882) ilə 5.16-cı bəndə 13.3-cü maddəsinə, sözlərindən sonra Dərman vasitələri haqqında Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsinə və Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 4-cü hissəsinə sözləri və müəyyən olunmuş məbləğdə sözlərindən sonra müvafiq olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və sözləri əlavə edilmişdir.

 

[7] 3 sentyabr 2018-ci il tarixli 372 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Xalq qəzeti, 4 sentyabr 2018-ci il, 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 9, maddə 1902) ilə Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları na 2 nömrəli əlavə - Nəzarət markasının nümunəsi ndə Müəllif Hüquqları sözləri Əqli Mülkiyyət sözləri ilə əvəz edilmişdir.

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.