Axtar
az|рус|eng
Qanunvericilik

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanını “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 994-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 220 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, 3, maddə 143; 2010, 2, maddə 80) aşağıdakı dəyişikliklər edilsin:

1. 3.2-ci bəndə “57.3-cü” sözlərindən əvvəl “41.2-ci maddəsinin dördüncü abzasında (birinci halda),” sözləri əlavə edilsin və həmin bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 3.3-cü bənd əlavə edilsin:
“3.3. həmin Qanunun 41.2-ci maddəsinin dördüncü abzasında (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 noyabr 2014-cü il.

N 352




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.