Axtar
az|рус|eng
Qanunvericilik

“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan  malların  aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1167-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 yanvar tarixli 436 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, 1, maddə 69; 2002, 2, maddə 112, 10, maddə 647; 2005, 1, maddə 58, 11, maddə 1069; 2013, 7, maddə 870; 2014, 1, maddə 64, 2, maddə 196) əlavəsi olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 noyabr tarixli  209 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri” yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri


17
Bakı şəhəri, 29 yanvar 2015-ci il

__________________________________________________________________________

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  2015-ci il 29 yanvar

tarixli 17 nömrəli qərarı ilə  təsdiq edilmişdir

 

Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların  aksiz dərəcələri

 

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 190.2-ci maddəsində göstərilən aksizli malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodları

Mal mövqelərinin adları

Aksiz dərəcələri (ölçü vahidinə görə manatla)

2203 00

Səməni pivəsi

1 litr üçün 1,0 manat

2204 (2204 10 110 0 və 2204 30 100 0 istisna olmaqla)

Təbii üzüm şərabları, spirt qatılmışlar daxil olmaqla; üzüm suslosu, 2009 mal mövqeyində təsnif ediləndən başqa

1 litr üçün 2,0 manat

2204 10 110 0

şampan şərabı

1 litr üçün 2,5 manat

2204 30 100 0

qıcqırma prosesində və ya spirt əlavə edilməkdən fərqli üsulla dayandırılmış qıcqırma ilə alınmış digər üzüm susloları

1 litr üçün 0,1 manat

2205

Vermutlar və bitki və ya aromatik ekstraktların əlavəsi ilə digər təbii üzüm şərabları

1 litr üçün 2,0 manat

2206 00

Digər qıcqırdılmış içkilər (sidr, perri və ya armud sidri, ballı içki); qıcqırdılmış içkilərin qarışıqları və qıcqırdılmış içkilərlə spirtsiz içkilərin qarışıqları, başqa yerdə adları çəkilməyən və ya təsnif olunmamış

1 litr üçün 2,0 manat

2207 10 000 0

denaturasiya olunmamış etil spirti, 80 həcm %və ya çox spirt qatılığı ilə

1 litr üçün 2,0 manat

2208 20

üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar

1 litr üçün 6,0 manat

2208 30

viski

1 litr üçün 6,0 manat

2208 40

rom və digər spirtli tinkturalar, şəkər qamışının qıcqırdılmış məhsullarının qovulması nəticəsində alınan

1 litr üçün 6,0 manat

2208 50

cin və ardıc tinkturası

1 litr üçün 6,0 manat

2208 60

araq

1 litr üçün 6,0 manat

2208 70

likörlər

1 litr üçün 6,0 manat

2208 90 110 0 —

2208 90 780 0

digər spirtli içkilər

1 litr üçün 6,0 manat

2208 90 910 0

2208 90 990 0

həcm %-i 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti

1 litr üçün 2,0 manat

2402 10 000 0

tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillalar

1000 ədəd üçün 10,0 manat

2402 20

tərkibində tütün olan siqaretlər

1000 ədəd üçün 4,0 manat

2402 90 000 0

digər siqaretlər və siqarillalar

1000 ədəd üçün 4,0 manat

2710 12 110 0

yüngül distilyatlar və məhsullar: emalın spesifik prosesləri üçün

1 ton üçün 80 manat

2710 12 150 0

yüngül distilyatlar və məhsullar: proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 12 110 0 alt yarımmövqeyində göstərilənlərdən başqa

1 ton üçün 1,0 manat

2710 12 210 0

xüsusi benzinlər: uayt-spirit

1 ton üçün 1,0 manat

2710 12 250 0

digər xüsusi benzinlər

1 ton üçün 1,0 manat

2710 12 310 0

aviasiya benzinləri

1 ton üçün 1,0 manat

2710 12 410 0

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə

1 ton üçün 200 manat

2710 12 450 0

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə

1 ton üçün 80 manat

2710 12 490 0

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya çox oktan ədədi ilə

1 ton üçün 120 manat

2710 12 510 1

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə

1 ton üçün 200 manat

2710 12 510 9

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, digərləri

1 ton üçün 80 manat

2710 12 590 0

mühərrik benzinləri, aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 98 və ya çox oktan ədədi ilə

1 ton üçün 120 manat

2710 12 700 0

reaktiv benzin yanacağı

1 ton üçün 1,0 manat

2710 12 900 0

digər yüngül distilyatlar

1 ton üçün 1,0 manat

2710 19 110 0

orta distilyatlar: emalın spesifik prosesləri üçün

1 ton üçün 80 manat

2710 19 150 0

orta distilyatlar: proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 19 110 0 alt yarımmövqeyində göstərilənlərdən başqa

1 ton üçün 1,0 manat

2710 19 210 0

2710 19 250 0

digər məqsədlər üçün kerosin

1 ton üçün 80 manat

2710 19 290 0

digər məqsədlər üçün digər orta distilyatlar

                                         

1 ton üçün 80 manat

2710 19 310 0 —

2710 19 480 0

qazoyllar

1 ton üçün 80 manat

2710 19 510 0 —

2710 19 680 0

maye yanacaq

1 ton üçün 1,0 manat

2710 19 710 0

sürtkü yağları və digər yağlar; emalın spesifik prosesləri üçün

1 ton üçün 1,0 manat

2710 19 750 0

sürtkü yağları və digər yağlar: proseslərdə kimyəvi çevrilmələr üçün, 2710 19 710 0 alt yarımmövqeyində göstərilənlərdən başqa

1 ton üçün 1,0 manat

2710 19 820 0

mühərrik yağları, kompressor sürtkü yağı, turbin sürtkü yağı

1 ton üçün 50 manat

2710 19 840 0

hidravlik məqsədlər üçün mayelər

1 ton üçün 1,0 manat

2710 19 860 0

açıq rəngli yağlar, vazelin yağı

1 ton üçün 1,0 manat

2710 19 880 0

dişli çarxlar üçün yağ və reduktorlar üçün yağ

1 ton üçün 1,0 manat

2710 19 920 0

metalların emalı üçün tərkiblər, qəliblərin yağlanması üçün yağlar, antikorroziya yağları

1 ton üçün 1,0 manat

2710 19 940 0

elektrik izolyasiya yağları

1 ton üçün 50 manat

2710 19 980 0

digər sürtkü yağları və digər yağlar

1 ton üçün 1,0 manat

2710 20 110 0 –

2710 20 190 0

qazoyllar

1 ton üçün 80 manat

2710 20 310 0 –

2710 20 390 0

maye yanacaq

1 ton üçün 1,0 manat

2710 20 900 0

digər neft məhsulları

1 ton üçün 50 manat

2712 10

Neft vazelini

1 ton üçün 10,0 manat

2713

Neft koksu, neft bitumu və neftin və ya neft məhsullarının emalından qalan, o cümlədən bitumlu minerallardan alınmış digər qalıqlar

1 ton üçün 24 manat

2714

Təbii bitum və asfalt; bitumlu şistlər və ya neftli şist və bitumlu qum daşı; asfaltitlər və asfalt süxurları

1 ton üçün 1,0 manat

2715 00 000 0

Təbii asfalt, təbii bitum, neft bitumu, mineral qatranlar və ya mineral qatranların peki (məsələn, bitumlu mastika, yol örtükləri üçün asfalt qarışıqları) əsasında bitumlu qarışıqlar

1 ton üçün 1,0 manat

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.