Axtar
az|рус|eng
Qanunvericilik

“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında
dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1117-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2014-cü il 22 dekabr tarixli 416 nömrəli, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 28 noyabr tarixli 1118-IVQD nömrəli Qanununun tətbiqi haqqında”2014-cü il 22 dekabr tarixli 417 nömrəli və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1167-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2015-ci il 10 yanvar tarixli 436 nömrəli fərmanlarının 1.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, 10, maddə 866; 2006, 3, maddə 303, 5, maddələr 463, 468, 8, maddə 731, 9, maddə 822, 11, maddə 994; 2007, 1, maddə 50, 10, maddə 1021, 12, maddələr 1343, 1352; 2008, 2, maddə 130, 4, maddə 308, 10, maddə 936; 2009, 1, maddələr 22, 32, 2, maddələr 144, 150, 9, maddələr 736, 753; 2010, 4, maddə 369, 11, maddə 1048; 2011, 1, maddə 66, 4, maddə 365; 2012, 9, maddə 934; 2013, 8, maddə 1000, 10, maddə 1202; 2014, 1, maddələr 59, 69, 2, maddə 201, 5, maddə 557, 6, maddələr 745, 747,  9, maddə 1130; 2015, 2, maddə 227, 3, maddələr 328, 337) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Büdcə gəlirlərinin Təsnifatı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1.  “1.4.3.0.0.0. Cərimə və sanksiyalar üzrə daxilolmalar” köməkçi bölməsinə aşağıdakı məzmunda 1.4.3.6.0.0-cı və 1.4.3.7.0.0-cı paraqraflar əlavə edilsin:

“1.4.3.6.0.0. Əmək qanunvericiliyinin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar

1.4.3.7.0.0. Məşğulluq haqqında qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimələrdən daxilolmalar”;

1.2. 1.1.4.5.2.7-ci yarımmaddə1.1.4.5.2.9-cu yarımmaddə hesab edilsin və aşağıdakı məzmunda 1.1.4.5.2.7-ci və 1.1.4.5.2.8-ci yarımmaddələr əlavə edilsin:

“1.1.4.5.2.7. İdxal edilən qızıla, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarına tətbiq olunan aksizlər

1.1.4.5.2.8. İdxal edilən emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almaza tətbiq olunan aksizlər”;

1.3. “1.1.4.7.0.0. Yol vergisi” paraqrafı aşağıdakı redaksiyada verilsin:

“1.1.4.7.0.0. Yol vergisi

1.1.4.7.1.0. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək, daxili istehlaka yönəldilən (topdan satılan) yanacağa yol vergisi

1.1.4.7.1.1. avtomobil benzininə yol vergisi

1.1.4.7.1.2. dizel yanacağına yol vergisi

1.1.4.7.1.3. maye qaza yol vergisi

1.1.4.7.2.0. Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa yol vergisi

1.1.4.7.2.1. avtomobil benzininə yol vergisi

1.1.4.7.2.2. dizel yanacağına yol vergisi

1.1.4.7.2.3. maye qaza yol vergisi

1.1.4.7.3.0. Xarici dövlətlərin avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisi”.

2. “Büdcə gəlirlərinin təsnifatına əlavə”nin izahat hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.4.3-cü köməkçi bölməsinə “vergi” sözündən sonra “ , əmək, məşğulluq” sözləri əlavə edilsin;

2.2. 1.1.4.7-ci paraqrafı aşağıdakı redaksiyada verilsin:

“1.1.4.7. Yol vergisi Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər tərəfindən ödənilən vergilərdir.”.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

207, Bakı şəhəri, 27 may 2015-ci il




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.