Axtar
az|рус|eng
Qanunvericilik

Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Qaydası nın təsdiq edilməsi haqqında

Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Qaydası nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1227-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 aprel tarixli 496 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Qaydası təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 8 iyul 2015-ci il

258

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2015-ci il 8 iyul tarixli 258 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin beşinci və altıncı hissələrinə və Dərman vasitələri haqqında Azərbaycan Respublikası Qanununun 8.4-cü və 8.5-ci maddələrinə əsasən hazırlanmışdır.

1.2. Bu Qayda dərman vasitələrinə və dini təyinatlı ədəbiyyata (kağız və elektron daşıyıcılarında), audio və video materiallara, mal və məmulatlara, dini məzmunlu başqa məlumat materiallarına tətbiq olunan nəzarət markalarının (bundan sonra - nəzarət markaları) hazırlanması, onların alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması ilə bağlı məsələləri tənzimləyir.

 

2. Nəzarət markalarının hazırlanması və verilməsi qaydası

 

2.1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra - Nazirlik) və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) növbəti təqvim ilinin başlanmasına 6 (altı) ay qalmış nəzarət markalarına olan illik tələbat barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra - Maliyyə Nazirliyi) təqdim edirlər.

2.2. Nazirliyin və Komitənin təqdim etdiyi tələbata uyğun olaraq, nəzarət markalarının hazırlanması (sifarişi) Dövlət satınalmaları haqqında Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Nəzarət markalarının hazırlanması ilə əlaqədar xərclər dövlət büdcəsində Maliyyə Nazirliyinə nəzarət markalarının çap edilməsi üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilir.

2.3. Maliyyə Nazirliyi Nazirliyin və Komitənin təqdim etdiyi tələbata uyğun miqdarda sifariş etdiyi nəzarət markalarını növbəti təqvim ilinin 1 fevral tarixinədək onlara təhvil verir.

2.4. Nəzarət markalarının saxlanılması Nazirlik və Komitə tərəfindən həyata keçirilir.

 

3. Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması

 

3.1. Nazirlik və Komitə tərəfindən nəzarət markaları hüquqi və fiziki şəxslərə Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 iyul tarixli 214 nömrəli qərarı ilə müəyyən edilmiş qiymətə satılır.

3.2. Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.

3.3. Nazirlik və Komitə tərəfindən nəzarət markalarının hüquqi və fiziki şəxslərə satışı müqavilə əsasında həyata keçirilir. Bu müqavilədə göstərilən məbləğin dövlət büdcəsinə ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra nəzarət markaları hüquqi və fiziki şəxslərə təqdim edilir.

3.4. Nazirlik və Komitə hər rübdən sonrakı ayın 20-dək bu Qaydanın əlavəsindəki formada rüb ərzində satılmış nəzarət markalarının sayı və onların satışından dövlət büdcəsinə köçürülmüş pul vəsaitləri barədə məlumatları Maliyyə Nazirliyinə təqdim edirlər.

 

 


 

Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması Qaydası na

əlavə

 

20______ ilin ___ rübü ərzində nəzarət markalarının mədaxili, məxarici və onların satışından dövlət büdcəsinə daxil olan vəsaitlər barədə

 

M Ə L U M A T

 

(məbləğ manatla)

Rübün əvvəlinə olan nəzarət markalarının qalığı

Rüb ərzində alınmış nəzarət markalarının sayı

Rüb ərzində satılmış nəzarət markalarının sayı

Rübün sonuna qalan nəzarət markalarının qalığı

Rübün əvvəlinə büdcəyə köçürülməmiş vəsait

Nəzarət markalarının satışından

Rübün sonuna büdcəyə köçürülməmiş vəsait

daxil olmuş vəsait

dövlət büdcəsinə köçürülmüş vəsait

vəsaitin dövlət büdcəsinə köçürülməsi tarixi

1

2

3

4

5

6

7

8

9

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Rəhbər ____________________ __________________________

(imza) (soyadı və adı)

 

İcraçı ____________________ __________________________

(imza) (soyadı və adı)

 

Tərtib olunma tarixi ____________________

 

M.Y.

 

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.