Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, 8, I kitab, maddə 583; 2001, 7, maddə 454, 9, maddə 576, 12, maddə 734; 2002, 5, maddə 249, 12, maddə 707; 2003, 8, maddə 425, 12, I kitab, maddə 671; 2004, 1, maddə 1, 11, maddə 887, 12, maddə 980; 2005, 2, maddə 61, 8, maddə 688, 12, maddə 1081; 2006, 12, maddələr 1005, 1026; 2007, 1, maddə 4, 6, maddə 597, 8, maddə 745, 11, maddə 1053, 12, maddə 1192; 2008, 7, maddə 602, 11, maddə 960; 2009, 7, maddə 506; 2011, 1, maddə 14, 7, maddələr 588, 603, 12, maddə 1115; 2012, 6, maddələr 500, 513, 7, maddə 652, 9, maddə 841, 12, maddə 1226; 2013, 2, maddə 91, 4, maddə 366, 11, maddə 1278, 12, maddələr 1483, 1486, 1495; 2014, 2, maddələr 94, 98, 7, maddə 770, 8, maddə 957, 10, maddə 1158, 12, maddə 1525; 2015, 1, maddə 11, 10, maddə 1433; Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 102-VQD nömrəli Qanunu; Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 13.2.58-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 13.2.59-cu maddə əlavə edilsin:

“13.2.59. Maliyyə bazarlarına nəzarət orqanı – maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum.”.

2. 102.1.17-ci maddədə “dövlət orqanlarının (təsisatlarının)” sözlərindən sonra “, Azərbaycan Respublikasının Mərkəzi Bankının və maliyyə bazarlarına nəzarət orqanının” sözləri əlavə edilsin.

3. 106.1.5-ci maddədə “onun qurumlarının” sözlərindən sonra “, maliyyə bazarlarına nəzarət orqanının” sözləri əlavə edilsin.

4. 164.1.6-cı maddədə “dövlət hakimiyyəti,” sözlərindən sonra “, maliyyə bazarlarına nəzarət,” sözləri əlavə edilsin.

5. 199.1-ci maddədə “onun qurumları,” sözlərindən sonra “maliyyə bazarlarına nəzarət orqanı,” sözləri əlavə edilsin.

6. 207.1.2-ci maddədə “onun qurumlarının,” sözlərindən sonra “maliyyə bazarlarına nəzarət orqanının,” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 mart 2016-cı il.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.