Axtar
az|рус|eng
Qanunvericilik

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, 1, maddə 8; 2005, 1, maddə 1, 8, maddə 700; 2006, 2, maddə 70; 2008, 2, maddə 49; 2010, 4, maddə 265; 2012, 1, maddə 2, 7, maddə 651; 2013, 12, maddə 1479; 2014, 2, maddə 78, 7, maddə 769, 11, maddə 1356, 12, maddə 1526; 2015, 11, maddə 1259; 2016, 4, maddə 644, 10, maddə 1606; 2017, 5, maddələr 709, 724, 10, maddə 1775; 2018, 12 (I kitab), maddələr 2471, 2531; 2019, 1, maddələr 16, 21) aşağıdakı dəyişikliklər edilsin:

1. 12.8.1-ci maddəyə “yenidən təşkili,” sözlərindən sonra “məhkəmənin yekun qərarı ilə cinayət-hüquqi tədbir qismində hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməsi,” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 14.1.8-1-ci, 14.1.9-1-ci və 14.3-cü maddələr əlavə edilsin:

“14.1.8-1. qurum barəsində müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi haqqında məhkəmənin yekun qərarına dair məlumat;”;

“14.1.9-1. hüquqi şəxsin yenidən təşkil edilməsinin, yaxud ləğv olunmasının qadağan edilməsi, habelə hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məlumatlar;”;

“14.3. Bu Qanunun 14.1.9-1-ci maddəsində nəzərdə tutulan məlumatlar Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində müəyyən edilmiş qaydada qeydiyyat orqanına göndərilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2019-cu il.

N 1641-VQD




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.