Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikası dövlət vergi xidmətinin statusu haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Vergi qanunvericiliyinə və dövlət qiymət intizamına əməl olunması üzərində nəzarətin zəifləməsinə yol verməmək məqsədilə və respublikada yaranmış ağır maliyyə vəziyyətini nəzərə alaraq qərara alıram:

1. Müəyyən olunsun ki, «Azərbaycan Respublikası dövlət vergi xidməti haqqında» Azərbaycan Respublikası Qanunu qəbul olunanadək dövlət vergi xidməti orqanları «Azərbaycan Respublikası dövlət vergi xidmətinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 14 oktyabr tarixli Fərmanına müvafiq fəaliyyət göstərirlər.

2. «Dövlət vergi xidmətinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tabeliyinə verilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 mart tarixli Fərmanı qüvvəsini itirmiş hesab olunsun.

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

İ.QƏMBƏROV

Bakı şəhəri, 5 iyun 1992-ci il.

828

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (15 iyun 1992-ci il, 11(864), maddə 431).




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.