Axtar
az|рус|eng
Qanunvericilik

«Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 539 nömrəli Fərmanına əlavə və dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

1. «Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli, 539 nömrəli Fərmanına aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1.1. 4-cü bənd aşağıdakı redaksiyada verilsin:

«4. Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin 20-ci maddəsinə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinin mövcud fərdi rütbələri həmin Əsasnamə ilə nəzərdə tutulmuş xüsusi rütbələrə aşağıdakı qaydada bərabər tutulsun:

Ali dövlət vergi xidməti müşaviri—Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri

1-ci, 2-ci, 3-cü dərəcəli baş dövlət vergi xidməti müşaviri və 1-ci dərəcəli böyük dövlət vergi xidməti müşaviri—baş vergi xidməti müşaviri

2-ci dərəcəli böyük dövlət vergi xidməti müşaviri—vergi xidməti müşaviri

3-cü dərəcəli böyük dövlət vergi xidməti müşaviri—kiçik vergi xidməti müşaviri

1-ci dərəcəli dövlət vergi xidməti müşaviri—1-ci dərəcəli müfəttiş

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri -2-ci dərəcəli müfəttiş

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri -3-cü dərəcəli müfəttiş»

1.2. 5-ci bəndi ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı» yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

1.3. 6-cı bəndi ilə təsdiq edilmiş «Azərbaycan Respublikası dövlət vergi orqanlarının tanınma nişanı, vəzifəli şəxslərinin geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə» yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV.

Bakı şəhəri, 9 fevral 2005-ci il.

195.

«Azərbaycan» qəzetində dərc edilmişdir (11 fevral 2005-ci il, 32).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (28 fevral 2005-ci il, 2, maddə 71).

8 may 2008-ci il tarixli, 761 nömrəli; 21 dekabr 2009-cu il tarixli, 195 nömrəli Fərmanlara əsasən dəyişikliklərlə.


Azərbaycan Respublikası
Prezidentinin
2005-ci il 9 fevral tarixli,
195 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin Siyahısı

Vəzifənin adı

Xüsusi rütbənin adı

Azərbaycan Respublikası Vergilər Nazirliyinin mərkəzi aparatı

Azərbaycan Respublikasının vergilər naziri

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri

Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini

1-ci dərəcəli dövlət vergi xidməti müşaviri

Azərbaycan Respublikası vergilər nazirinin müavini

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri

Azərbaycan Respublikası vergilər nazirinin müşaviri

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

Azərbaycan Respublikası Vergilər Nazirliyinin mərkəzi aparatının Baş idarə rəisi

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

Vergilər Nazirliyinin sisteminə daxil olan vergi orqanları və təşkilatları

Naxçıvan MR-ın vergilər naziri

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri

Departament rəisi

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

Tədris Mərkəzinin rəisi

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri


Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 9 fevral tarixli, 195 nömrəli fərmanı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası dövlət vergi orqanlarının tanınma nişanı, vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanları haqqında
Əsasnamə

Ümumi müddəalar

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin xüsusi geyim forması—geyim predmetləri və fərqləndirmə nişanlarının komplektidir.

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin xüsusi geyim formasının predmetlərinə aiddir:

üst geyimləri—qış paltosu, demisezon palto, buşlat, yarımpalto, kostyum, şalvar, gödəkçələr və s.

Baş geyimləri—papaq, furajka, şlyapa və s.

Ayaqqabılar—çəkmə, botinka, uzunboğaz çəkmə və s.

Digər geyim növləri—köynəklər, yun köynəklər (jaket), şərflər, qalstuklar, əlcəklər və s.

3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin fərqləndirmə nişanları xüsusi geyim formasında rəmzi şərti təsvir olub, müəyyən anlayışı əks etdirir və dövlət məsuliyyəti göstərir.

Nişanları Azərbaycan Respublikasının vergilər naziri təsis edir, həmçinin fərqləndirmə nişanları haqqında əsasnamələri və onların təsvirlərini təsdiq edir.

Vəzifəli şəxslərin fərqləndirmə nişanları və onların təsvirləri bu Əsasnamə ilə müəyyən edilir.

Fərqləndirmə nişanlarına aiddir:

    • Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı;
    • paqon, yaxa nişanları, döş və qol nişanları (medal və nişan tikmələr), baş geyimlərindəki nişanlar (kokardalar, emblemlər), paqon və yaxalıqlardakı nişanlar (emblemlər, ulduzlar), kantlar və lampaslar.

Bundan əlavə, xüsusi geyim formasındakı rəng, biçim, geyimin komplektliyi, düymələr və geyimin başqa hissələri digər xarici fərqləndirmə əlamətlərində də həmin məqsədlərlə istifadə edilir.

Xüsusi geyim formasını Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri daşıya bilər.

Xüsusi geyim formasını daşıma hüququ olmayan vətəndaşların Vergilər Nazirliyinin vəzifəli şəxslərinin fərqləndirmə nişanı olan xüsusi geyim formasını daşıması qadağandır.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri xüsusi geyim formasını Azərbaycan Respublikası vergilər nazirinin təsdiq etdiyi əmrində göstərilən qaydada daşıyır.

Xüsusi geyim forması ilə təminetmə və daşıma qaydaları Azərbaycan Respublikası vergilər naziri tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı

Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı onun rəmzidir.

Tanınma nişanı Azərbaycan Respublikası Vergilər Nazirliyinin hər bir əməkdaşına Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etmək, öz xidməti vəzifələrini vicdanla yerinə yetirmək borcunu xatırladır.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı yarımkürə formasındadır. Sarı (qızılı) xətlərlə haşiyələnmiş, üzərində xüsusi kompozisiya təsvir olunmuşdur.

Tanınma nişanının yuxarı yarım hissəsində Azərbaycan Respublikasının Dövlət Bayrağı göstərilmiş, bayrağın qırmızı rəngli hissəsində «Azərbaycan» sözü yazılmışdır.

Tanınma nişanının mərkəz hissəsində Azərbaycan Respublikasının səkkizguşəli ulduzu və aypara şəkilləri çəkilmiş, «Vergilər Nazirliyi» sözləri sarı (qızılı) rəngdə, zeytun rəngli fonda göstərilmişdir.

Tanınma nişanının aşağı yarımkürəsinin aşağı hissəsində özünəməxsus üçbucaq şəklində sarı (qızılı) xətlərlə haşiyələnmiş formanın içərisində Vergilər Nazirliyi sözlərinin baş hərfləri (VN) xüsusi formada sarı fonda ağ rənglə həkk olunmuşdur. Üçbucaq formanın hər iki yan tərəfi qızılı rəngdə dəfnə yarpaqları ilə haşiyələnmişdir.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı nazirliyin vəzifəli şəxslərinin xüsusi geyim formasında daşınır, hər növ blanklarında, inzibati binalarının girəcəklərində, avtonəqliyyat vasitələrində və digər sahələrində istifadə olunur (şəkil 1).

Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin xüsusi geyim forması

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin xüsusi geyim formasının tərkibinə aşağıdakı xüsusi geyim növləri aiddir.

Yay paltarları

    • Furajka (qadınlarda şlyapa)—zeytun rəngli
    • Yay kostyumu—zeytun rəngli
    • Yay şalvarı (qadınlarda tuman)—zeytun rəngli
    • Şalvar qayışı—qara rəngli
    • Köynək—bej (açıq sarı) və ya ağ rəngli
    • Corab—qara rəngli (qadınlarda ət rəngli neylon)
    • Yay çəkməsi—qara rəngli dəridən

Qış paltarları

    • Kostyum—nazir üçün bej və yaxud zeytun rəngli
    • Furajka—nazir üçün bej və zeytun rəngli
    • Papaq—nazir üçün tünd boz rəngli qaragül dəridən
    • Furajka (qadınlarda şlyapa)—zeytun rəngli
    • Papaq (qulaqlı)—qara və ya zeytun rəngli qaragül dəridən
    • Qış paltosu—zeytun rəngli
    • Qış yarımpaltosu—zeytun rəngli
    • Demisezon palto (plaş)—zeytun rəngli
    • Qış kostyumu—zeytun rəngli
    • Qış şalvarı (qadınlarda tuman)—zeytun rəngli
    • Şalvar qayışı—qara rəngli
    • Köynək—bej rəngli
    • Yun köynək (jaket)—zeytun rəngli
    • Qalstuk—zeytun və ya qara rəngli
    • Əlcəklər—qara rəngli
    • Şərf—zeytun və ya qara rəngli
    • Corablar—qara rəngli (qadınlar üçün ət rəngli neylon)
    • Qış çəkməsi (qadınlarda uzunboğaz çəkmə)—qara rəngli dəridən

Qış paltosu və yarımpalto—Azərbaycan Respublikasının həqiqi dövlət vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri üçündür—tünd zeytun rənglidir, ikibortludur, qatlanan boyunluqludur, üç böyük forma düyməsi ilə düymələnir.

Boyunluğunun kənarı boyu və qol köbəsinin üstündən qara rəngli mahuddan kant vardır. Paltonun yaxalıqlarının künclərində toxunma yaxa nişanları tikilir.

Layları yanlardan köklənmiş və yan kəsmə, qapaqlı ciblidir.

Kürəyində ortada şlitsa ilə tamamlanan tikiş vardır. Bel səviyyəsində paltonun yan tikiş yerlərinə bərkidilmiş qızılı rəngli iki böyük forma düyməsi və düymələnən tənzimləyici kəmərcik vardır. Qolları iki tikişli, qol köbəli, içəridən tikilir.

Astarında iki kəsmə qoltuq cibi vardır.

Paltonun sol qabaq bortunun boyunluğunun aşağı qurtaracaq hissəsində üfüqi vəziyyətdə 40 x 120 mm ölçülü xüsusi paqon tikilir.

Paltonun sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 140 mm aşağıda fərqləndirmə qol nişanı tikilir.

Şərf—ağ rənglidir, trikotaj, yun, ipək, yaxud adi parçadan hazırlanır. Ölçüləri 30 x 120 sm-dir.

Qış çəkməsi—qara rənglidir. Qara rəngli xromdan hazırlanır. Zəncirbəndli, yaxud bağları vardır. Altlığı qəliblənmişdir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

Uzunboğaz çəkmə (qadınlar üçün)—qara rənglidir. Qara rəngli xromdan hazırlanmışdır. Dabanı orta ölçüdədir. Burnu ensizdir. Zəncirbəndlə bağlanır. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir (şəkil 2, 3).

Demisezon gödəkçə—zeytun rənglidir. Bortları zəncirbəndlə bağlanır, yuxarıdan bir və aşağıdan bir qızılı rəngli 15 mm-lik düymə ilə bağlanır. Laylarında yan kəsmə fiqurlu qapaqlı basma düymə ilə düymələnən cibləri vardır. Kürəyi koketkalıdır, astarlıdır, sol bortunda qoltuq cibi vardır. Qısa qatlama boyunluqludur. Qolları tək tikişlidir, manjetlidir, manjetləri qızılı rəngli bir böyük forma düymələri (qadınlarda bir kiçik qızılı rəngli forma düyməsi) ilə ilgəklə bağlanır.

Gödəkçənin sol qabaq bortunun boyunluğunun aşağı qurtaracaq hissəsində üfüqi vəziyyətdə 40 x 120 mm ölçülü xüsusi paqon tikilir. Həmin tərəfdə paqondan aşağıda 5 mm məsafədə 15 mm ölçülü qızılı rəngli düymədən Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı asılır.

Gödəkçənin qurşağı manjetlidir, iki yan tərəfdən 15 sm-lik yığma rezinlidir. Gödəkçənin sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 140 mm aşağıda fərqləndirmə qol nişanı tikilir (şəkil 4).

Yun köynək—zeytun rənglidir. Yundan toxunmuşdur, yaxası üçbucaq şəkilli, açıqdır. Yun köynəyin çiyin və dirsək hissələrinə köynəyin öz rəngində möhkəm parçadan əlavə qatlar tikilir.

Yun köynəyin sol bortunun döş hissəsində 40 x 120 mm ölçüdə paqon, sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 140 mm aşağıda Vergilər Nazirliyinə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir (şəkil 5).

Yay (qış) kostyumu—zeytun rənglidir, açıq ikibortludur, qatlanan boyunluqludur.

Sağ və sol qabaq bortların hər birində Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin geyim formasının 25 mm-lik iki böyük qızılı rəngli düymələri tikilir və soldan sağa düymələnir. Hər iki yanda qapaqlı kəsmə ciblər vardır. Kostyumun qollarının qurtaracağında arxa tərəfdən hər qolun üstündə üç ədəd 15 mm-lik qızılı rəngli düymələr tikilmişdir. Azərbaycan Respublikasının həqiqi dövlət vergi xidməti müşavirinin və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin kostyumunun qol köbəsinin üstündəki qara rəngli mahuddan olan kantdan 10 mm aşağıda qızılı rəngli sapla dairəvi şəkildə dəfnə yarpaqları toxunur. Kostyumun yaxalıqlarının künclərində toxunma yaxa nişanları tikilir.

Yay (qış) kostyumu qadınlar üçün birbortludur, sağdan sola bortlar qızılı rəngli üç böyük forma düymələri ilə düymələnir.

Kostyum ətəyinədək astarlıdır, astarında iki kəsmə qoltuq cibi vardır. Kostyumun sol döş hissəsinin üstündə Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin vəzifə dərəcəsini göstərən 40 x 120 mm ölçülü xüsusi paqon tikilir. Həmin tərəfdə paqondan aşağıda 5 mm məsafədə 15 mm ölçülü qızılı rəngli düymədən Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı asılır.

Kostyumun sol qolunun üst səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 140 mm aşağıda Azərbaycan Respublikasının Vergilər Nazirliyinə mənsubiyyəti bildirən fərqləndirmə qol nişanı tikilir.

Uzunqol qış köynəyi—bej rənglidir, uzunqoldur. Bortları ortadan 7 adi kiçik düymələrlə düymələnir. Kürəyi koketkalıdır. Ətəyi açıq, qurşaqsızdır.

Köynəyin sol bortunda üstdən tikmə qapaqsız cibi vardır. Qatlama boyunluqludur. Köynək qalstukla geyilir.

Qalstuk—qara və ya zeytun rənglidir, əllə bağlanır. Qızılı rəngli metal sıxacla gəzdirilir.

Yay çəkməsi—qara rənglidir. Qara rəngli xromdan hazırlanır. Tənzimləyici rezinciyi, yaxud bağları vardır. Dabanı qəliblənmişdir. Altlığı gön-dəridir. Burnu və arxa hissəsi möhkəmləndirilmişdir.

Qadın yay çəkməsi alçaq dabanlıdır. Burnu ensiz, arxa hissəsi möhkəmləndirilmişdir (şəkil 6).

Parad forması

    • Şalvar—zeytun rəngli
    • Köynək—zeytun rəngli
    • Kostyum—bej rəngli
    • Qalstuk—bej rəngli
    • Furajka—bej rəngli

Azərbaycan Respublikasının həqiqi dövlət vergi xidməti müşavirinin mərasim geyim forması

Mərasim geyimi—kostyum, qalstuk və furajka bej rəngdədir. Şalvar və köynək zeytun rəngdədir. Çəkmə—qaradır.

Kostyum bej rəngli yun parçadandır.

Köynək zeytun rəngli yay və qış formasında, yəni: yay köynəyi gödək qolludur, qabaq iki bortları 7 kiçik düymələrlə bağlanır, qabaq hər iki bortların döş hissəsində üstdən tikmə qırçınlı ciblərin ortasında şaqulidir və qapaqlıdır, qızılı rəngli bir kiçik forma düyməsi ilə düymələnir.

Köynək arxadan koketkalıdır, aşağı ətəyi manjetlidir, iki yandan 20 sm-lik rezinlə yığma qırçınla manjetə birləşdirilir.

Köynəyin sol cibinin üst tikiş xəttində zeytun rəngli paqon tikilir. Paqonun aşağı hissəsində cibin qapağındakı forma düyməsindən Vergilər Nazirliyinin tanınma nişanı asılır.

Köynəyin gödək qolları manjetlidir, qolun qıraq üstündə çiyin tikişindən 140 mm aşağıda fərqləndirmə qol nişanı tikilir.

Fərqləndirmə qol nişanı qızılı rəngli metal sapla toxunur, özünəməxsus uzun üçbucaq şəklində, yuxarı hissəsindən dalğalı xətlərlə ümumi nişanın görünüşünə birləşərək, nişanın ümumi görünüşünü tamamlayır. Nişanın yuxarı ortasında qızılı rəngli hərflərlə «Azərbaycan» sözü səkkizguşəli ulduzla ayparanın aşağı hissəsində «Vergilər Nazirliyi», nişanın aşağı hissəsində dəfnə yarpaqları əhatəsində üçbucaq şəkilli fiqurun üstündə qızılı rəngli fonda «Vergilər Nazirliyi» sözlərinin baş hərfləri «VN» ağ rənglə toxunaraq, ümumi kompozisiyada görüntülüdür.

Qol nişanı üst geyimlərinin bir çoxunda daşınır (şəkil 7, 8).

Demisezon palto (plaş)—zeytun rənglidir. Paltonun rənginə uyğun üç adi düymə ilə düymələnən ikibortlu, qatlanan boyunluqlu və açıq yaxalıdır. Yan kəsmə cibləri və plastmas toqqadan olan parçadan kəməri vardır.

Kürəkdə, ortada aşağıdan şlitsa ilə tamamlanan tikiş vardır. Qolları ikitikişli, içəridən tikilən, kəmərciklidir. Astarlıdır, astarında iki kəsmə qoltuq cibi vardır.

Paltonun yaxalıqlarının künclərində yaxa nişanı, ancaq Azərbaycan Respublikasının həqiqi dövlət vergi xidməti müşavirinin və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin demisezon paltosunda tikilir.

Paltonun sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 140 mm aşağıda fərqləndirmə qol nişanı tikilir.

Paltonun sol qabaq bortunun boyunluğunun aşağı qurtaracaq hissəsində üfüqi vəziyyətdə 40 x 120 mm ölçülü xüsusi paqon tikilir. Həmin tərəfdə paqondan aşağıda 5 mm məsafədə 15 mm ölçülü qızılı rəngli düymədən Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı asılır.

Döşəmədən paltonun ətəyinədək olan məsafə 40-42 sm-dir (şəkil 9).

Qış yarımpaltosu—zeytun rənglidir, yağışa davamlı parçadan tikilmişdir. Qatlanan boyunluqludur. Qabaq bortları koketkalıdır, orta hissədən iki bort zəncirbəndlə birləşdirilir (bağlanır) və həm də iki qabaq bortlar yuxarı qurtaracaqdan və aşağı ətəkdən sağdan sola bir qızılı rəngli böyük forma düyməsi ilə (qadınlarda soldan sağa bir qızılı rəngli kiçik forma düyməsi ilə) düymələnir.

Yarımpaltonun sol qabaq bortunun boyunluğunun aşağı qurtaracaq hissəsində koketkanın üstündə üfüqi vəziyyətdə 40 x 120 mm ölçülü xüsusi paqon tikilir. Həmin tərəfdə paqondan aşağıda 5 mm məsafədə 15 mm ölçülü qızılı rəngli düymədən Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı asılır.

Qış yarımpaltosunun iki yan tərəflərində üstdən tikmə qapaqlı cibləri vardır. Ciblərin ağzı yapışan parça ilə bağlanır.

Qış yarımpaltosunun qolları birtikişlidir. Hər qolun üstündə bir kiçik kəmərcik tikilmişdir. Kəmərciyin üstündə isə bir qızılı rəngli böyük forma düyməsi tikilmişdir.

Qış yarımpaltosu iki astarlıdır. Üst astar çıxarılmadır, isti süni vatin tipli parçadan hazırlanmış, zəncirbəndlə və boyunluğun yanında bir basma düymə ilə yarımpaltoya bağlanır.

Qış yarımpaltosunun sol qolunun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 140 mm aşağıda fərqləndirmə qol nişanı tikilir (şəkil 10).

Qısaqol köynək—ağ rəngli və ya açıq sarı rənglidir, qısaqol, qatlanan boyunluqlu, 2 qabaq bortu ortadan 7 kiçik adi düymələrlə düymələnir. Üstdən şaquli tikilmiş və qapaqlı qırçınlı iki döş cibləri var, qapaqlı ciblərin hər biri qızılı rəngli kiçik forma düymələri ilə bağlanır. Kürəyi koketkalıdır. Ətəyi qurşaqlı, yanlardan yığma rezinlidir.

Köynəyin sol cibinin üstündə yuxarı tikiş xəttində Vergilər Nazirliyinin 40x120 mm ölçüdə xüsusi paqonu tikilir, paqonun aşağı xəttində qızılı rəngli kiçik forma düyməsindən Vergilər Nazirliyinin tanınma nişanı asılır.

Köynəyin sol qolunun xarici səthində Vergilər Nazirliyinə mənsubiyyəti bildirən xüsusi fərqləndirmə qol nişanı tikilir.

Köynək qalstuksuz geyilir.

Vəzifəli qadınlar üçün köynəyin qabağı yan tikişlərlə köklənmişdir.

Köynəyin sol cibinin qapaq hissəsinin üstündə Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin vəzifə dərəcəsini göstərən 40 x 120 mm ölçüdə paqon tikilir. Paqonun aşağısında cibin qırçın hissəsinin üstündə Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı bərkidilir.

Köynəyin sol qolunun çiynindən qıraqdakı qurtaracaq tikişdən 140 mm aşağıda fərqləndirmə qol nişanı tikilir.

Yay (qış) şalvarı—zeytun rənglidir. Şalvarın yan tikişinə söykənən və şalvarın uzununa doğru, hər birinin eni 2,5 mm olmaqla, qara mahud parçadan uzununa kant tikilir. Hər iki yandan kəsmə cibləri, sağ arxa tərəfdə kəsmə qapaqlı cibi vardır.

Şalvarın miyançası qarmaq zəncirbəndlə bağlanır. Qurşaqda kəmər üçün 7 ensiz halqa (körpü) tikilir (şəkil 11).

Furajka—zeytun rəngli, oval formalı dibcikdən, təpə, dövrə, günlük hissələrindən, qara rəngli çənəaltı qayışcıqdan və forma düymələrindən ibarətdir. Kostyumun hazırlandığı parçadan hazırlanır.

Dövrənin üstündən qara rəngli bəzək lenti keçir. Furajkanın qabaq tərəfinin dövrəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri üçün müəyyən edilmiş qızılı rəngdə tikmə kokarda vardır. Günlüyü zeytun rənglidir. Furajkanın üst hissəsindəki dairənin kənarında və oturacaq hissəsindəki dairəsi boyunca eni 2,5 mm olan qara mahud parçadan kant tikilir.

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri üçün müəyyən edilmiş furajkanın günlüyünün üstündə özünəməxsus qızılı rəngdə naxış olan zeytun rəngli parçaya tikilir (toxunur), qızılı rəngli çənəaltı qayışcıq, üstündə aypara və səkkizguşəli ulduz olan iki qızılı rəngli kiçik forma düyməsinə bağlanır.

Qış papağı—Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri üçün tünd boz rəngli qaragül dəridən tikilir.

Papaq (qulaqlı)—qara və ya zeytun rəngli qaragül dəridən tikilir.

Şlyapa—kənarları yanlardan və arxadan azca qaldırılmış qara rəngli qayışcığı iki forma düyməsinə bağlanmış zeytun rəngli baş geyimidir. Kənarlarının eni 90 mm-dir, kostyumun hazırlandığı parçadan hazırlanır.

Şlyapanın aşağı qırağı ilə kənarlarının üstündən eni 30 mm olan qara rəngli bəzək lenti keçir.

Şlyapanın qabaq hissəsinin ortasında Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri üçün müəyyən edilmiş qızılı rəngdə tikmə kokarda vardır (şəkil 12,13 ).

Yaxa nişanları və forma düymələri Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin geyim formalarının yaxalıqlarının künclərində toxunma yaxa nişanları tikilir.

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri üçün müəyyən edilmiş furajkanın günlüyünün üstündə özünəməxsus qızılı rəngdə naxış olan zeytun rəngli parçaya tikilir (toxunur), qızılı rəngli çənəaltı qayışcıq, üstündə Azərbaycan Respublikasının gerbi olan iki qızılı rəngli 12 mm-lik forma düyməsinə tikilir. Üstündə Azərbaycan Respublikasının gerbi olan 15 mm-lik qızılı rəngli düymələr kostyumun qollarının qurtaracağında arxa tərəfdən hər qolun üstündə üç ədəd tikilir.

Üstündə Azərbaycan Respublikasının gerbi olan 25 mm-lik qızılı rəngli düymələr kostyumun sağ və sol qabaq bortlarının hər birində tikilir və soldan sağa düymələnir.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin geyim formasının düymələri:

Üstündə aypara və səkkizguşəli ulduz olan iki qızılı rəngli 12 mm-lik forma düyməsi furajkanın çənəaltı qayışcığına tikilir.

Üstündə aypara və səkkizguşəli ulduz olan 15 mm-lik qızılı rəngli düymələr kostyumun qollarının qurtaracağında arxa tərəfdən hər qolun üstündə üç ədəd tikilir.

Üstündə aypara və səkkizguşəli ulduz olan 25 mm-lik qızılı rəngli düymələr kostyumun sağ və sol qabaq bortlarının hər birində tikilir və soldan sağa düymələnir (şəkil 14).

Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin rütbələrinə görə fərqləndirmə nişan və paqonlarının təsvirləri:

1. Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri və 1-ci, 2-ci, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri üçün paqonlar 40 x 120 mm ölçüdədir, toxunmadır. səkkizguşəli ulduzların sayı vəzifə və rütbələrə görə fərqlənir.

İçərisində hər iki baş tərəfdən yarımkvadrat şəklində toxunma dəfnə yarpaqlarının arasında aypara və səkkizgüşəli ulduzlar təsvir olunmuşdur (şəkil 15).

Paqonlar yüksək vəzifədən başlayaraq, dərəcələrə bölünür.

İkitərəfli yarımkvadrat şəklində dəfnə yarpaqlarının arasında:

    • Üç böyük ulduz 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri;
    • İki böyük ulduz 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri;
    • Bir böyük ulduz 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri vəzifə və rütbəsini daşıyır.

Vergi xidməti müşavirlərinin fərqləndirmə nişanı—paqonlarının təsvirləri:

Vergi xidməti müşavirlərinin fərqləndirmə nişanları—paqonlar 40 x 120 mm ölçüdədir, toxunmadır.

Ucları iki tərəfdən dörd dəfnə yarpağı ilə əhatə olunan ayparaları 10 mm-lik toxunma xətlər birləşdirir. Vəzifələr və rütbələr bir-birindən paqonun üstündə toxunmuş səkkizguşəli ulduzların sayı ilə fərqlənir:

    • Baş vergi xidməti müşaviri—3 ulduz;
    • Vergi xidməti müşaviri—2 ulduz;
    • Kiçik vergi xidməti müşaviri—1 ulduzla bir-birindən fərqlənir (şəkil 16).

Müfəttişlərin fərqləndirmə nişanı—paqonlar 40 x 120 mm ölçüdədir, toxunmadır. Uc tərəflərindən aypara üstündə iki dəfnə yarpağı ilə əhatə olunmuş paqonun ortasından 5 mm-lik toxunma xətt keçir. Xətlərin üstündə toxunan səkkizgüşəli nisbətən kiçik ulduzların sayı müfəttişlərin dərəcələrini bir-birindən fərqləndirir.

    • 1-ci dərəcəli müfəttiş—4 ulduz;
    • 2-ci dərəcəli müfəttiş—3 ulduz;
    • 3-cü dərəcəli müfəttiş—2 ulduz;

Müfəttiş 1 ulduz (şəkil 17).

Fərqləndirmə qol nişanı—Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri üçün fərqləndirmə qol nişanı bütün geyim formalarının hamısında sol qolun xarici səthində çiyinlə qolu birləşdirən tikiş xəttindən 140 mm aşağıda tikilir (şəkil 18).


   

Şəkil 1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin tanınma nişanı

Şəkil 2. Azərbaycan Respublikası Həqiqi dövlət vergi xidməti müşavirinin və 1, 2, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin qış geyim forması

   

Şəkil 3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin qış geyim forması

Şəkil 3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin qadın vəzifəli şəxslərinin qış geyim forması

   

Şəkil 4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri üçün demisezon gödəkçə

Şəkil 5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri üçün yun köynək

   

Şəkil 6. Azərbaycan Respublikası Həqiqi dövlət vergi xidməti müşaviri və 1, 2, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri üçün geyim formasının ümumi görünüşü

Şəkil 6. Azərbaycan Respublikası Vergilər Nazirliyinin qadın vəzifəli şəxslərinin geyim forması

   

Şəkil 7. Azərbaycan Respublikası Həqiqi dövlət vergi xidməti müşavirinin və 1, 2, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin mərasim geyim forması

 

   

Şəkil 8. Azərbaycan Respublikası Həqiqi dövlət vergi xidməti müşaviri və 1, 2, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri üçün mərasim geyim formasının ümumi görünüşü

Şəkil 9. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri üçün demisezon palto

   

Şəkil 10. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri üçün qış yarımpaltosu

Şəkil 11. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri üçün yay geyim forması

 

Azərbaycan Respublikası Həqiqi dövlət vergi xidməti müşaviri və 1, 2, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin furajkalarının kokardası

   

Şəkil 12. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin furajkalarının kokardası. Baş geyimlərinin kokardaları.

 

     

Azərbaycan Respublikası Həqiqi dövlət vergi xidməti müşaviri və 1, 2, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri üçün papaq

Azərbaycan Respublikası Həqiqi dövlət vergi xidməti müşaviri üçün furajka

1, 2, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri, 1, 2, 3-cü dərəcəli müfəttişlər və müfəttişlər üçün qulaqlı papaq

     

1-ci dərəcəli dövlət vergi xidməti müşaviri üçün furajka

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri üçün furajka

1, 2, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirləri, 1, 2, 3-cü dərəcəli müşavirlər və müfəttişlər üçün şlyapa (qadınlar üçün)

     

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri üçün furajka

Baş vergi xidməti Müşaviri, Vergi xidməti Müşaviri, Kiçik vergi xidməti Müşaviri, 1, 2, 3-cü dərəcəli müfəttişlər və müfəttişlər üçün furajka

 

Şəkil 13. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin xüsusi baş geyimlərində kokardaların ölçüləri və yerləşdirilməsi

 

   

Azərbaycan Respublikası Həqiqi dövlət vergi xidməti müşaviri və 1, 2, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin geyimlərinin yaxa nişanı

 

Azərbaycan Respublikası Həqiqi dövlət vergi xidməti müşaviri və 1, 2, 3-cü dərəcəli dövlət vergi xidməti müşavirlərinin geyimlərinin düymələri

 

Azərbaycan Respublikası Vergilər Nazirliyi vəzifəli şəxslərinin xüsusi geyimlərinin düymələri

Şəkil 14. Xüsusi geyim formalarının yaxa nişanı və düymələri

 

 

Azərbaycan Respublikası Həqiqi dövlət vergi xidməti müşavirinin fərqləndirmə paqonu

 

1-ci dərəcəli dövlət vergi xidməti müşavirinin fərqləndirmə paqonu

 

2-ci dərəcəli dövlət vergi xidməti müşavirinin fərqləndirmə paqonu

 

3-cü dərəcəli dövlət vergi xidməti müşavirinin fərqləndirmə paqonu

 

   

2-ci dərəcəli dövlət vergi xidməti müşavirinin fərqləndirmə paqonu

Azərbaycan Respublikası Həqiqi dövlət vergi xidməti müşavirinin fərqləndirmə paqonu

   

3-cü dərəcəli dövlət vergi xidməti müşavirinin fərqləndirmə paqonu

1-ci dərəcəli dövlət vergi xidməti müşavirinin fərqləndirmə paqonu

 

 

Baş vergi xidməti müşaviri

 

Vergi xidməti müşaviri

 

Kiçik vergi xidməti müşaviri

 
 
 

Şəkil 16. Vergi xidməti müşavirlərinin paqonları

 

 

1-ci dərəcəli müfəttiş

 

2-ci dərəcəli müfəttiş

 

3-cü dərəcəli müfəttiş

 

Müfəttiş

 
 
 

Şəkil 17. 1-ci, 2-ci, 3-cü və kiçik dərəcəli müfəttişlərin paqonları

 

   

Şəkil 18. Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxsləri üçün fərqləndirmə qol nişanı




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.