Axtar
az|рус|eng
Qanunvericilik

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli, 472-IIIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli, 472-IIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli, 1028-IIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 dekabr tarixli, 330 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 12, maddə 1099) 2.3-cü bəndindən «156.2-ci maddəsində, 157.2-ci maddəsinin birinci abzasının ikinci cümləsində və dördüncü abzasında və» sözləri çıxarılsın.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.7-ci maddəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanlarına» dedikdə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 5 mart 2008-ci il

716

«Azərbaycan» qəzetində dərc edilmişdir (6 mart 2008-ci il, 52).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2008-ci il, 3 (129), maddə 166).




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.