Axtar
az|рус|eng
Qanunvericilik

«Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000 — 2010)» Azərbaycan Respublikasının yubiley medalının, «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» və «Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000 — 2010)» Azərbaycan Respublikasının yubiley medalının, «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» və «Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında» Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr, tarixli 937-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000 — 2010)» Azərbaycan Respublikasının yubiley medalının, «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» və «Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000 — 2010)» Azərbaycan Respublikasının yubiley medalının, «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» və «Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medallarının təsis edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli, 937-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 illiyi (2000 — 2010)» Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə»nin 2-ci bəndində, «Vergi orqanlarında xidmətdə fərqlənməyə görə» Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə»nin 4-cü bəndində və «Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə» Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə»nin 2-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 30 dekabr 2009-cu il

209

«Azərbaycan» qəzetində dərc edilmişdir (1 yanvar 2010-cu il, 1).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2009-cu il, 12 (150), maddə 997).




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.