Axtar
az|рус|eng
Qanunvericilik

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

    • qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında« Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
    • Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının qanunvericiliyi ilə özəlləşdirilməsi qadağan olunan dövlət əmlakının, habelə özəlləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilən müəssisə və obyektlərin əmlakının siyahıya alınması qaydalarının layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.8-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının dağ rayonlarının siyahısını təsdiq etsin;
    • Azərbaycan Respublikası Vergi Məcəlləsinin 111.3-cü maddəsində nəzərdə tutulmuş banklar və bank fəaliyyətinin ayrı-ayrı növlərini həyata keçirən kredit təşkilatları tərəfindən xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin gəlirdən çıxılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq etsin;
    • Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.8-ci maddəsində nəzərdə tutulmuş əlavə dəyər vergisindən azad olunan əməliyyatların müxtəlif mərhələlərdə rəsmiləşdirilməsi qaydalarını təsdiq etsin;
    • Azərbaycan Respublikası Vergi Məcəlləsinin 194.2-ci maddəsində nəzərdə tutulmuş aksiz markası ilə markalanmalı olan aksizli malları istehsal edən müəssisələrdə gündəlik vergi nəzarətinin aparılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
    • Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 219.2-ci maddəsində nəzərdə tutulmuş ayrı-ayrı nəqliyyat vasitələri növləri üzrə şərti dövriyyəni müəyyən etsin;
    • öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

    • Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.4-cü və 76.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;
    • Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirir. Həmin maddədə ikinci halda nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
    • Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.8-ci, 111.3-cü, 175.8-ci, 194.3-cü və 219.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsinlər.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 26 dekabr 2002-ci il

829

«Azərbaycan» qəzetində dərc olunmuşdur (28 dekabrə 2002-ci il, 299).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, 12, maddə 724).

11 aprel 2007-ci il tarixli, 561 nömrəli Fərmana əsasən dəyişikliklərlə.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.