Axtar
az|рус|eng
Qanunvericilik

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90.3.17-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;

1.2. Həmin Məcəllənin 102.1.14.8-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;

1.3. Həmin Məcəllənin 102.1.14.12-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti öz səlahiyyətləri daxilində həyata keçirirlər.

2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV.

Bakı şəhəri, 27 sentyabr 2004-cü il.

129.

«Azərbaycan» qəzetində dərc edilmişdir (29 sentyabr 2004-cü il, 227).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2004-cü il, 9, maddə 683).

12 may 2006-cı il tarixli, 402 nömrəli Fərmana əsasən dəyişikliklərlə.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.