Axtar
az|рус|eng
Qanunvericilik

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birgə vergi qanunvericiliyinin pozulması nəticəsində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınması qaydalarının təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin iştirakı ilə vergi ödəyicilərinin inventarlaşdırılması və onlara yeni eyniləşdirmə nömrələrinin verilməsi işinin 2005-ci il iyulun 1-dək yekunlaşdırılması üçün zəruri olan tədbirləri görsün;

1.5. öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 14.10-cu maddəsində (hər iki halda) və 221.4.8-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Məcəllənin 90.6-cı maddəsinin ikinci abzasında, 212.5-ci (ikinci və üçüncü halda), 221.4.6-cı maddəsində və 221.4.10-cu maddəsində (ikinci halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

2.3. həmin Məcəllənin 102.1.17-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.4. həmin Məcəllənin 212.2-ci və 212.5-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir;

2.5. həmin Məcəllənin 221.4.7-ci maddəsində (birinci abzasın birinci cümləsində), 221.4.9-cu maddəsində (ikinci abzasın birinci cümləsində), 221.4.10-cu maddəsində (birinci halda) və 221.4.13-cü maddəsində (ikinci cümlədə) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi həyata keçirir.

2.6. həmin Məcəllənin 14.10-cu maddəsində (hər iki halda) nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki:

3.1. bir ay müddətində:

3.1.1. vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində dövlət proqramının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.2. «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli, 454 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə»yə, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»yə və digər qanunvericilik aktlarına uyğun olaraq, «Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi haqqında Əsasnamə»nin layihəsini 2 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.1.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə vergi ödəyiciləri tərəfindən əlavə dəyər vergisinin ödənilməsindən yayınmanın qarşısının alınması ilə əlaqədar təkliflərini 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.2. 15 gün müddətində həmin Məcəllənin 221.4.8-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətlərini, habelə «Fərqlənmə nişanı»nın və «Xüsusi fərqlənmə nişanının» formalarını və onların tətbiq edilməsi qaydalarının layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

3.3. öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə tapşırılsın ki, 2005-ci il 1 yanvar tarixinə Azərbaycan Respublikasında qeydiyyatda olan bütün avtomobil nəqliyyatı vasitələri barədə məlumatı 1 ay müddətində Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş formada Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim etsin.

5. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə tapşırılsın ki, «Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş yeni qaydaların səmərəli fəaliyyət göstərməsi ilə bağlı təkliflərini 1 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin və öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV.

Bakı şəhəri, 29 dekabr 2004-cü il.

169.

«Azərbaycan» qəzetində dərc edilmişdir (5 yanvar 2005-ci il, 2).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2004-cü il, 12, maddə 1015).

16 dekabr 2005-ci il tarixli, 330 nömrəli; 14 iyun 2007-ci il tarixli, 588 nömrəli fərmanlara əsasən dəyişikliklər və əlavələrlə.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.