Axtar
az|рус|eng
Qanunvericilik

"Azərbaycan Respublikası dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasının və fərqləndirmə nişanlarının təchizat norması və istifadə müddətləri"nin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasının və fərqləndirmə nişanlarının təchizat norması və istifadə müddətləri nin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 may tarixli 761 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasının və fərqləndirmə nişanlarının təchizat norması və istifadə müddətləri təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, dövlət vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi geyim formalarının və fərqləndirmə nişanlarının alınması Azərbaycan Respublikası Vergilər Nazirliyinin saxlanılması üçün dövlət büdcəsində müvafiq xərc yarımmaddəsində nəzərdə tutulmuş vəsaitlər və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22-1-ci maddəsində nəzərdə tutulan və Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitlər hesabına həyata keçirilir.[1]

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, bu qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari ilin dekabr ayının 31-i vəziyyətinə dair hesabatı növbəti ilin fevral ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.[2]

4. Azərbaycan Respublikası dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasının və fərqləndirmə nişanlarının təchizat normasının və istifadə müddətlərinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 24 avqust tarixli 159 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 8, maddə 786; 2007-ci il, 2, maddə 201) qüvvədən düşmüş hesab edilsin.

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 5 dekabr 2008-ci il

270

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 5 dekabr tarixli 270 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Azərbaycan Respublikası dövlət vergi orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim formasının və fərqləndirmə nişanlarının təchizat norması və istifadə müddətləri

 

Sıra

-si

Geyimin adı

Miqdarı

İstifadə müddəti

1

2

3

4

I. Ali rəis heyəti üçün

Mərasim forması

1.

Ağ və göy rəngli furajka(qadınlar üçün şlyapa)

1 ədəd

3 il

2.

Ağ və göy rəngli pencək

1 ədəd

3 il

3.

Göy rəngli şalvar

1 ədəd

3 il

4.

Uzunqol ağ rəngli köynək

2 ədəd

3 il

5.

Qırmızı rəngli qalstuk

2 ədəd

3 il

6.

Mavi rəngli şərf

1 ədəd

3 il

7.

Qalstuk üçün sıxac

1 ədəd

5 il

Yay forması

8.

Göy rəngli furajka (beysbolka)

2 ədəd

1.5 il

9.

Göy rəngli furajka (qadınlar üçün şlyapa)

1 ədəd

1,5 il

10.

Tünd göy rəngli şlyapa

1 ədəd

4 il

11.

Göy rəngli pencək

1 ədəd

2 il

12.

Kamuflyaj

1 ədəd

4 il

13.

Göy rəngli şalvar (qadınlar üçün yubka və şalvar)

2 ədəd

2 il

14.

Mavi rəngli üçdüymə köynək

2 ədəd

2 il

15.

Qısaqol mavi rəngli köynək

2 ədəd

2 il

16.

Uzunqol mavi rəngli köynək

2 ədəd

2 il

17.

Qara rəngli kəmər

1 ədəd

6 il

18.

Qara rəngli corab-kişilər üçün, neylon corab-qadınlar üçün

2 cüt

1 il

19.

Qara rəngli yay çəkməsi

1 cüt

1 il

Qış forması

20.

Göy rəngli papaq(qaragül dəridən)

1 ədəd

6 il

21.

Göy rəngli furajka (qadınlar üçün şlyapa)

1 ədəd

1,5 il

22.

Tünd göy rəngli palto

1 ədəd

4 il

23.

Tünd göy rəngli yarımpalto

1 ədəd

4 il

24.

Tünd göy rəngli plaş

1 ədəd

5 il

25.

Tünd göy rəngli yarımplaş

1 ədəd

5 il

26.

Göy rəngli kurtka

1 ədəd

3 il

27.

Göy rəngli gödəkcə

1 ədəd

5 il

28.

Göy rəngli pencək

1 ədəd

2 il

29.

Göy rəngli şalvar (qadınlar üçün yubka və şalvar)

2 ədəd (qadınlar üçün -1 ədəd)

2 il

30.

Kamuflyaj

1 ədəd

4 il

31.

Göy rəngli qollu pulover

1 ədəd

3 il

32.

Göy rəngli qolsuz pulover

1 ədəd

3 il

33.

Uzunqol mavi rəngli köynək

2 ədəd

2 il

34.

Göy və mavi rəngli qalstuk

2 ədəd

lil

35.

Qara rəngli kəmər

1 ədəd

6 il

36.

Qara rəngli corab-kişilər üçün, neylon corab-qadınlar üçün

2 cüt

1 il

37.

Qara rəngli əlcək

1 cüt

5 il

38.

Tünd göy rəngli şərf

1 ədəd

2 il

39.

Qara rəngli dəridən içərisi mexli çəkmə (qadınlar üçün uzunboğaz çəkmə)

1 cüt

2 il

II. Baş və kiçik rəis heyəti üçün

Yay forması

1.

Göy rəngli furajka (beysbolka)

1 ədəd

1,5 il

2.

Göy rəngli furajka (qadınlar üçün şlyapa)

1 ədəd

1,5 il

3.

Göy rəngli şlyapa

1 ədəd

4 il

4.

Göy rəngli pencək

1 ədəd

2 il

5.

Göy rəngli şalvar (qadınlar üçün yubka və şalvar)

2 ədəd

2 il

6.

Kamuflyaj

1 ədəd

4 il

7.

Mavi rəngli üçdüymə köynək

2 ədəd

2 il

8.

Qısaqol mavi rəngli köynək

2 ədəd

2 il

9.

Uzunqol mavi rəngli köynək

2 ədəd

2 il

10.

Uzunqol ağ rəngli köynək mərasim üçün)

1 ədəd

1 il

11.

Qara rəngli kəmər

1 ədəd

6 il

12.

Qara rəngli corab-kişilər üçün, neylon corab-qadınlar üçün

2 cüt

1 il

13.

Qara rəngli yay çəkməsi

1 cüt

1 il

Qış forması

14.

Göy rəngli papaq

1 ədəd

4 il

15.

Göy rəngli furajka (qadınlar üçün şlyapa)

1 ədəd

1,5 il

16.

Tünd göy rəngli palto

1 ədəd

4 il

17.

Tünd göy rəngli yarımpalto

1 ədəd

4 il

18.

Tünd göy rəngli plaş

1 ədəd

5 il

19.

Tünd göy rəngli yarımplaş

1 ədəd

5 il

20.

Göy rəngli kurtka

1 ədəd

3 il

21.

Göy rəngli gödəkcə

1 ədəd

4 il

22.

Göy rəngli ikitərəfli kurtka

1 ədəd

2 il

23.

Göy rəngli pencək

1 ədəd

2 il

24.

Kamuflyaj

1 ədəd

4 il

25.

Göy rəngli şalvar (qadınlar üçün yubka və şalvar)

2 ədəd (qadınlar üçün -1 ədəd)

2 il

26.

Uzunqol mavi rəngli köynək

2 ədəd

2 il

27.

Uzunqol ağ rəngli köynək (mərasim üçün)

1 ədəd

1 il

28.

Göy rəngli qollu pulover

1 ədəd

3 il

29.

Göy rəngli qolsuz pulover

1 ədəd

3 il

30.

Qara rəngli dəridən içərisi mexli çəkmə (qadınlar üçün uzunboğaz çəkmə)

1 cüt

2 il

31.

Göy və mavi rəngli qalstuk

1 ədəd

1 il

32.

Qırmızı rəngli qalstuk(mərasim üçün)

1 ədəd

5 il

33.

Qara rəngli kəmər

1 ədəd

6 il

34.

Qara rəngli corab-kişilər üçün, neylon corab-qadınlar üçün

2 cüt

1 il

35.

Qara rəngli əlcək

1 cüt

5 il

36.

Mavi rəngli şərf (mərasim üçün)

1 ədəd

2 il

37.

Tünd göy rəngli şərf (gündəlik)

1 ədəd

2 il

 

Qeyd.

Fərqlənmə nişanları ali, baş və kiçik rəis heyətinə hər geyim forması üçün 1,5 il müddətinə verilir.

 

 

 


 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.        15 yanvar 2010-cu il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 01, maddə 55)

2.        17 oktyabr 2017-ci il tarixli 440 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Xalq qəzeti, 20 oktyabr 2017-ci il, 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 10 , maddə 1902)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 


[1] 17 oktyabr 2017-ci il tarixli 440 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Xalq qəzeti, 20 oktyabr 2017-ci il, 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 10 , maddə 1902) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2. Müəyyən edilsin ki, dövlət vergi orqanlarının işçilərinə geyim formalarının və fərqləndirmə nişanlarının alınması Azərbaycan Respublikası Vergilər Nazirliyinin saxlanılması üçün büdcədə və vergi orqanlarının büdcədənkənar fondunda müvafiq xərc yarımmaddəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

 

[2] 15 yanvar 2010-cu il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 01, maddə 55) ilə yeni məzmunda 3-cü bənd əlavə edilmişdir və 3-4-cü bəndlər müvafiq olaraq 4-5-ci bəndlər hesab edilmişdir.

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.