Axtar
az|рус|eng
Qanunvericilik

Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın tərtib edilmə Qaydası və forması nın təsdiq edilməsi haqqında

Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın tərtib edilmə Qaydası və forması nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 iyun tarixli 101 nömrəli Fərmanının 1.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın tərtib edilmə Qaydası və forması təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 25 yanvar 2010-cu il

16

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 25 yanvar tarixli 16 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın tərtib edilmə

 

QAYDASI VƏ FORMASI

 

1. ÜMUMİ MÜDDƏA

 

Bu Qayda Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 3 iyun tarixli 101 nömrəli Fərmanının 1.6-cı bəndinə əsasən hazırlanmışdır və xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın (bundan sonra - balans hesabatı) tərtib edilmə qaydasını və formasını müəyyən edir.

 

2. ANLAYIŞLAR

 

Bu Qaydada istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:

balans hesabatı - hesabat dövrünün son gününə rezidentin maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatı formasıdır;

sintetik hesab - əmlakın, kapitalın, maliyyə nəticələrinin və s. müəyyən edilmiş növü üzrə təyin edilmiş əlamətlərinə görə ümumiləşdirilmiş məlumatların qruplaşdırılmasıdır;

analitik hesab - sintetik hesabın daxilindəki şəxsi, material və başqa hesablardakı məlumatları daha təfsilatı ilə qruplaşdıran hesabdır;

uçot registri - xüsusi qrafalara bölünmüş kitablarda (jurnallarda), ayrı-ayrı vərəqələrdə, kartlarda, hesablama texnikasından istifadə zamanı disklərdə, elektron yaddaş kartlarında və digər məlumat daşıyıcılarında fasiləsiz, xronoloji, sistemli qeydiyyatdır.

 

3. BALANS HESABATININ FORMASI

 

3.1. Xüsusi iqtisadi zona ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin maliyyə-təsərrüfat fəaliyyəti barədə balans hesabatı forması bu Qaydanın əlavəsinə uyğun müəyyən edilir;

3.2. balans hesabatı rezidentlərin qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etdikləri müvafiq maliyyə hesabatını əvəz etmir, ona əlavə edilir.

 

4. BALANS HESABATININ MƏZMUNU

 

Xüsusi iqtisadi zonanın rezidentlərinin tərtib etdikləri balans hesabatına aşağıdakı maddələr daxil edilməlidir:

- torpaq, tikili və avadanlıqlar;

- q yri-m ddi aktivlər ;

- bioloji aktivlər;

- maliyyə aktivləri (ehtiyatlar, debitor borcları pul vəsaitləri və onların ekvivalentləri bəndlərində göstərilmiş aktivlər istisna olmaqla);

- htiy tl r;

- debitor borcl rı;

- pul vəsaitləri və nl rın kviv l ntləri;

- kredit r borcları;

- v rgi öhdəlikləri və aktivlər;

- qiymətləndirilmiş öhdəliklər;

- faiz xərcləri yaradan öhdəliklər;

- k pit l və kapital ehtiyatları.

 

5. BALANS HESABATININ TƏRTİB EDİLMƏSİ

 

5.1. Rezidentlər qanunvericiliyin tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılması üzrə uçot siyasətini hazırlayır və təsdiq edirlər.

5.2. Təsdiq edilmiş uçot siyasətində aşağıdakılar öz əksini tapmalıdır:

5.2.1. mühasibat uçotunun hesablar planı;

5.2.2. ilkin uçot sənədləri əsasında baş vermiş təsərrüfat əməliyyatlarının sintetik və analitik hesablarda əks etdirilməsi;

5.2.3. sintetik və analitik uçotun aparılması üçün zəruri hesab edilən uçot registrləri;

5.2.4. ilkin uçot sənədlərində qəbul edilmiş informasiyaların balans hesabatında əks etdirilməsi məqsədi ilə istifadə olunacaq mühasibat registrlərinin forması.

5.3. Rezidentlər tərəfindən onların uçot registrlərindəki əmlakları, öhdəlikləri, kapitalı, debitor və kreditorlarla hesablaşmaları vəziyyəti barədə məlumatlar qruplaşdırılıb ümumiləşdirilməklə balans hesabatı tərtib edilir.

5.4. Balans hesabatı rezidentin baş mühasibi və ya təyin edilmiş digər səlahiyyətli şəxs (icraçı) tərəfindən tərtib edilir.

 

6. XÜSUSİ İQTİSADİ ZONANIN REZİDENTLƏRİNİN BALANS HESABATI ÜÇÜN HESABAT DÖVRÜ

 

İllik balans hesabatı üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir:

xüsusi iqtisadi zonanın rezidenti üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla;

il ərzində oktyabr ayının 1-dək xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini almış rezidentlər üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən dekabr ayının 31-i də daxil olmaqla;

oktyabr ayının 1-dən sonra xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini almış rezidentlər üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla.

 

7. BALANS HESABATININ TƏQDİM EDİLMƏSİ

 

Balans hesabatı hesabat dövrü başa çatdıqdan sonra rezidentin xüsusi iqtisadi zonadan kənar fəaliyyəti üzrə müvafiq balans hesabatına əlavə edilməklə, qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydalara uyğun olaraq təqdim edilir.

 

 

Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi

şəxs yaratmadan filiallar, nümayəndəliklər

vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan

rezidentlərin fəaliyyəti barədə balansın tərtib

edilmə Qaydası və forması na

ƏLAVƏ

Xüsusi iqtisadi zona ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin maliyyə-təsərrüfat fəaliyyəti haqqında

BALANS HESABATI FORMASI

________________________ 20___ il

VÖEN

 

 

 

 

 

 

 

 

 

 

Rezidentin adı ___________________________________________________________

Fəaliyyət göstərdiyi xüsusi iqtisadi zona ___________________________________

Filial və ya nümayəndəliyin adı __________________________________________

Əsas iqtisadi fəaliyyət növü _______________________________________________

 

 

 

Ölçü vahidi (min manat)

AKTİV

Sətir kodu

20X9

20X8

1

2

3

4

I. Uzunmüddətli aktivlər

1

 

 

Qeyri-maddi aktivlər

10

 

 

Torpaq, tikili və avadanlıq

11

 

 

Daşınmaz əmlaka investisiyalar (kapital qoyuluşları)

12

 

 

Bioloji aktivlər

13

 

 

Uzunmüddətli debitor borcları

14

 

 

Uzunmüddətli maliyyə aktivləri (qoyuluşları)

15

 

 

Sair uzunmüddətli aktivlər

16

 

 

Cəmi uzunmüddətli aktivlər

 

 

 

II. Qısamüddətli aktivlər

2

 

 

Ehtiyatlar

20

 

 

Qısamüddətli debitor borcları

21

 

 

Pul vəsaitləri və onların ekvivalentləri

22

 

 

Sair qısamüddətli maliyyə aktivləri

23

 

 

Sair qısamüddətli aktivlər

24

 

 

Cəmi qısamüddətli aktivlər

 

 

 

Cəmi aktivlər

 

 

 

Kapital və öhdəliklər

Sətir kodu

Hesabat dövrünün sonuna

Əvvəlki hesabat dövrünün sonuna

1

2

3

4

III. Kapital

3

 

 

Ödənilmiş nominal (nizamnamə) kapitalı

30

 

 

Emissiya gəliri

31

 

 

Geri alınmış kapital

32

 

 

Ehtiyat kapitalı

33

 

 

Bölüşdürülməmiş mənfəət

34

 

 

Cəmi kapital

 

 

 

IV. Uzunmüddətli öhdəliklər

4

 

 

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

40

 

 

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

41

 

 

Uzunmüddətli kreditor borcları

42

 

 

Sair uzunmüddətli öhdəliklər

43

 

 

Cəmi uzunmüddətli öhdəliklər

 

 

 

V. Qısamüddətli öhdəliklər

5

 

 

Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

50

 

 

Qısamüddətli qiymətləndirilmiş öhdəliklər

51

 

 

Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

52

 

 

Qısamüddətli kreditor borcları

53

 

 

Sair qısamüddətli öhdəliklər

54

 

 

Cəmi qısamüddətli öhdəliklər

 

 

 

Cəmi öhdəliklər

 

 

 

Cəmi kapital və öhdəliklər

 

 

 

 

 

Rəhbər __________________

 

Baş mühasib ________________

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.