Axtar
az|рус|eng
Qanunvericilik

Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği nin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586 nömrəli Fərmanının 8.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləğinin müəyyən edilməsi haqqında 1999-cu il 5 mart tarixli 34 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 3, maddə 190; 2000-ci il, 3, II kitab, maddə 248) və Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləğinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 5 mart tarixli, 34 nömrəli qərarına dəyişiklik edilməsi barədə 2000-ci il 27 mart tarixli 60 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 3, maddə 248) qərarları qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu qərarın icrası ilə bağlı zəruri tədbirlər görsün.[1]

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 29 noyabr 2007-ci il

191


Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının

 

MİNİMUM MƏBLƏĞİ

 

1 kv.m sahənin illik icarə haqqı tarifi (manatla)

 

Sıra

-si

Qeyri-yaşayış sahələrinin təyinatı

Bakı şəhəri ərazisində yerləşən sahələr üzrə

Respublikanın digər şəhər və rayonlarında yerləşən sahələr üzrə

1-ci və yuxarı mərtəbə

zirzəmi, yarımzirzəmi və çardaq

1-ci və yuxarı mərtəbə

zirzəmi,

yarımzirzəmi və çardaq

1

Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlar və yaradıcılıq ittifaqlarının üzvlərinə ayrılmış emalatxanalar, yaradıcı gənclərin istifadəsinə verilmiş yaradıcılıq emalatxanaları, sərgi salonları[*] üzrə[2]

1,2

0,8

0,6

0,4

2

İctimai və siyasi təşkilatlar, dini və xeyriyyə təşkilatları, kütləvi informasiya vasitələri, hüquq məsləhətxanaları, təhsil və səhiyyə, əsas məqsədi gəlir əldə etmək olmayan dövlət idarə, müəssisə və təşkilatları üzrə

2

1,5

1

0,7

3

Kommersiya və sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin icarəyə götürdükləri sahələr, istehsal və kənd təsərrüfatı təyinatlı sahələr, apteklər, bank, rabitə və poçt xidmətləri göstərən sahələr, sığorta və birja məqsədi ilə icarəyə götürülmüş sahələr üzrə

12[3]

7,5

6

3,5

4

Xarici səfirliklərin, diplomatik nümayəndəliklərin və nizamnamə kapitalında xarici investorların payı 50 faiz və daha çox olan müəssisələrin, tamamilə xarici investorlara məxsus olan müəssisələrin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin və xarici fiziki şəxslərin icarəyə götürdükləri sahələr üzrə

18[4]

15

9

6

 

İcarə haqqının minimum məbləğinin hesablanması zamanı icarə haqqı tarifinə müvafiq olaraq, icarəyə götürülən sahənin yerləşdiyi əraziyə görə zona əmsalı (Zə) və sahənin tarix və mədəniyyət abidəsində yerləşdiyini nəzərə alaraq memarlıq əmsalı (Mə) tətbiq edilir. *

Zə zona əmsalı icarəyə verilən dövlət əmlakının yerləşdiyi əraziyə görə bu qərarda göstərilən zonalar üzrə və bu zonaların müəyyən edilmiş qaydada Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş sərhədləri aşağıdakı kimi qəbul edilir:[5]

 

Bakı şəhəri üzrə:

Zona nömrəsi Zona əmsalı

1;2 3.5

3 3.3

4 2.8

5 2.0

6 2.3

7 1.9

8 1.6

9 1.8

10;11 1.2

12 şəhərdaxili 1.7

şəhərkənarı qəsəbələr - 1.2

Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə:

Zona nömrəsi Zona əmsalı

1 2.0

2 1.8

3 1.6

4;5;6 1.5

digər zonalar (kənd, qəsəbə və s.) 1,2[6]

Naxçıvan MR, Şirvan, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərləri üzrə:[7]

Zona nömrəsi Zona əmsalı

1 1.5

2;3 1.3

4 1.2

digər zonalar (kənd, qəsəbə və s.) 1,0[8]

Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Quba, Xaçmaz, Zaqatala, Göyçay şəhərləri üzrə:

Zona nömrəsi Zona əmsalı

1 1.3

2;3 1.2

digər zonalar (kənd, qəsəbə və s.) 1,0[9]

Digər rayonlar üzrə:

Zona nömrəsi Zona əmsalı

1 1.2

2 1.0

digər zonalar (kənd, qəsəbə və s.) 0,9[10]

 

Tarix və mədəniyyət abidələrinə aid binalarda yerləşən yerüstü sahələr üzrə 1 kv.m sahənin illik icarə haqqı əlavə olaraq 1,2 əmsalına (memarlıq əmsalı) vurulur.

Beləliklə, 1 kv.m sahə üzrə icarə haqqının ilkin minimum məbləği aşağıdakı düsturla hesablanır:

1 İm = Tm x Zə x Mə

burada:

1 İm icarə haqqının ilkin minimum məbləği;

Tm müəyyən edilmiş icarə haqqı tarifi;

Zə zona əmsalı;

Mə memarlıq əmsalıdır.

İcarə haqqı tarifi cədvəlindəki 1-ci qrupa daxil olan sahələr üzrə icarə haqqı hesablanarkən zona əmsalı tətbiq edilmir.

Talvar sahələri üzrə icarə haqqı adi qaydada hesablanmış icarə haqqının 50 faizi miqdarında müəyyən edilir.

İcarəçi icarə sahəsini təyinatına görə istifadə etmədikdə, icarə haqqı sahənin faktiki təyinatına görə müəyyən edilir.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       10 iyun 2008-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 6, maddə 586)

2.       22 oktyabr 2008-ci il tarixli 250 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 10, maddə 937)

3.       30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 10, maddə 846)

18 noyabr 2013-cü il tarixli 327 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 4 dekabr 2013-cü il, 267; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 11, maddə 1461) 21 oktyabr 2014-cü il tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1309)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 


[*] Yaradıcılıq emalatxanalarında fəaliyyət göstərən bu qrup üzrə icarə haqqı yaradıcılıq ittifaqları tərəfindən verilmiş müvafiq sənəd əsasında müəyyən edilir.

 


[1] 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 10, maddə 846) ilə 3-cü bəndində və həmin qərarla təsdiq edilmiş "Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği"ndə "Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi" sözləri "Əmlak Məsələləri Dövlət Komitəsi" sözləri ilə əvəz edilmişdir.

 

[2] 18 noyabr 2013-cü il tarixli 327 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ( Azərbaycan qəzeti, 4 dekabr 2013-cü il, 267; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 11, maddə 1461) ilə "Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği" cədvəlinin 1-ci bəndinə "emalatxanalar" sözündən sonra ", yaradıcı gənclərin istifadəsinə verilmiş yaradıcılıq emalatxanaları, sərgi salonları" sözləri əlavə edilmişdir.

 

[3] 21 oktyabr 2014-cü il tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1309) ilə Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği cədvəlinin 3-cü bənddə 8 , 5 , 4 , 2,5 rəqəmləri müvafiq olaraq 12 , 7,5 , 6 , 3,5 rəqəmləri ilə əvəz edilmişdir.

 

[4] 21 oktyabr 2014-cü il tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1309) ilə Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği cədvəlinin 4-cü bənddə 12 , 10 , 6 , 4 rəqəmləri müvafiq olaraq 18 , 15 , 9 , 6 rəqəmləri ilə əvəz edilmişdir.

 

[5] 22 oktyabr 2008-ci il tarixli 250 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 10, maddə 937) ilə "Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği"ndə 4-ci bəndində "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"də verilmiş" sözləri "bu qərarda göstərilən" sözləri ilə əvəz edilmişdir və müvafiq hallarda "zona bölgüsü""zonalar üzrə" sözlərindən sonra "və bu zonaların müəyyən edilmiş qaydada Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş sərhədləri" sözləri əlavə edilmişdir.

 

[6] 21 oktyabr 2014-cü il tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1309) ilə Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği cədvəlinin Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə bölməsinə yeni məzmunda altıncı sətir əlavə edilmişdir.

 

[7] 10 iyun 2008-ci il tarixli 134 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 6, maddə 586) ilə Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği nin Naxçıvan MR, Əli Bayramlı, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərləri üzrə hissəsinin adında Əli Bayramlı sözləri Şirvan sözü ilə əvəz edilmişdir.

 

[8] 21 oktyabr 2014-cü il tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1309) ilə Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği cədvəlinin Naxçıvan MR, Şirvan, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərləri üzrə bölməsinə yeni məzmunda beşinci sətir əlavə edilmişdir.

 

[9] 21 oktyabr 2014-cü il tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1309) ilə Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği cədvəlinin Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Quba, Xaçmaz, Zaqatala, Göyçay şəhərləri üzrə bölməsinə yeni məzmunda dördüncü sətir əlavə edilmişdir.

 

[10] 21 oktyabr 2014-cü il tarixli 339 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 10, maddə 1309) ilə Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği cədvəlinin Digər rayonlar üzrə bölməsinə yeni məzmunda dördüncü sətir əlavə edilmişdir.

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.