Axtar
az|рус|eng
Qanunvericilik

«Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

    • qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
    • həmin qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • həmin qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • həmin qanunun 9-cu və 10.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq qurumun səlahiyyətlərini həyata keçirən orqana dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

2. Müəyyən edilsin ki, «Azərbaycan Respublikasında dövlət dili haqqında» Azərbaycan Respublikası Qanununun 1.5-ci, 13.1-ci və 13.2-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 2 yanvar 2003-cü il

835.

«Azərbaycan» qəzetində dərc edilmişdir (4 yanvar 2003-cü il, 2).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2003-cü il, 1, maddə 27).

26 may 2004-cü il tarixli, 71 nömrəli fərmana əsasən dəyişikliklərlə




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.