Axtar
az|рус|eng
Qanunvericilik

Qrant haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə

Qrant haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə

 

Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı

 

Qrant haqqında Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının Qrant haqqında Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Qrant haqqında Azərbaycan Respublikası Qanununun və qrant haqqında müqavilədə (qərarda) göstərilən şərtlərin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

öz səlahiyyətləri daxilində Qrant haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki: [1]

2.1. Qrant haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsinin birinci cümləsində və 3-cü maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 2-ci maddəsinin 2-ci hissəsinin ikinci cümləsində və 5-1-ci hissəsində, 3-cü maddəsinin 2-ci hissəsinin ikinci abzasında və 4-cü maddəsinin 4-2-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 4-cü maddəsinin 4-cü hissəsinin birinci və ikinci cümlələrində və 5-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;[2]

2.4. həmin Qanunun 2-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

2.5. həmin Qanunun 3-cü maddəsinin 2-ci hissəsinin üçüncü abzasında müvafiq icra hakimiyyəti orqanları dedikdə, mərkəzi və digər icra hakimiyyəti orqanları nəzərdə tutulur.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 

Bakı şəhəri, 13 iyun 1998-ci il

720

 

 


 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 sentyabr 2003-cü il tarixli 927 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 9, maddə 478)

2.       24 iyul 2014-cü il tarixli 241 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 26 iyul 2014-cü il, 159; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 07, maddə 823)

3.       21 oktyabr 2015-ci il tarixli 653 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 22 oktyabr 2015-ci il, 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 10, maddə 1125)

4.       16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 17 avqust 2016-cı il, 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1384)

5.       9 mart 2017-ci il tarixli 1290 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 12 mart 2017-ci il, 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 368)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 


[1] 27 sentyabr 2003-cü il tarixli 927 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 9, maddə 478) ilə 2-ci bəndindən "4-cü maddəsinin 4-cü və 5-ci bəndlərində" sözləri çıxarılmışdır.

 

24 iyul 2014-cü il tarixli 241 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 26 iyul 2014-cü il, 159; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 07, maddə 823) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2. Müəyyən edilsin ki, Qrant haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci bəndində, 3-cü maddəsinin 2-ci bəndində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

 

21 oktyabr 2015-ci il tarixli 653 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 22 oktyabr 2015-ci il, 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 10, maddə 1125) ilə 2-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2. Müəyyən edilsin ki:

2.1. Qrant haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsində və 3-cü maddəsinin 2-ci hissəsinin birinci bəndində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 4-cü maddəsinin 4-cü hissəsinin birinci və ikinci cümlələrində və 5-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.

 

[2] 16 avqust 2016-cı il tarixli 1023 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Respublika qəzeti, 17 avqust 2016-cı il, 178, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 8, maddə 1384) ilə 2.3-cü bənddən və Sənaye sözləri çıxarılmışdır.

9 mart 2017-ci il tarixli 1290 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 12 mart 2017-ci il, 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 3, maddə 368) ilə 2.3-cü bəndinə kommersiya qurumlarına sözlərindən sonra və publik hüquqi şəxslərə sözləri əlavə edilmişdir.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.