Axtar
az|рус|eng
Qanunvericilik

«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 2003-cü il 20 iyun tarixli, 485-IIQD nömrəli Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 2003-cü il 20 iyun tarixli, 485-IIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. «Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli, 387 nömrəli Fərmanına aşağıdakı əlavə və dəyişiklik edilsin:

  • 3-cü bəndə aşağıdakı məzmunda sonuncu abzas əlavə edilsin:

«Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1-ci maddəsində nəzərdə tutulmuş cinayətə dair iş üzrə - bu işi başlamış Azərbaycan Respublikasının Vergilər Nazirliyi və ya Dövlət Gömrük Komitəsi.»;

  • 4-cü bənddə «və 213-cü (vergi ödəməkdən yayınma)» sözləri «213-cü (Vergi ödəməkdən yayınma) və 213-1-ci (Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satmaq, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə)» sözləri ilə əvəz edilsin.

2. «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə» Azərbaycan Respublikası prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli fərmanının 3-cü bəndinə aşağıdakı dəyişikliklər edilsin:

  • iyirmi dördüncü abzasdan «229-cu» sözü çıxarılsın;
  • otuz dördüncü abzasda «293-295-ci» sözləri «293-cü, 294-cü, 295-ci» sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

  • qüvvədə olan qanunvericilik aktlarının «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 2003-cü il 20 iyun tarixli, 485-IIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
  • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanununa uyğunlaşdırılmasını təmin etsin;
  • öz səlahiyyətləri daxilində «Azərbaycan Respublikasının bəzi qanununvericlik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikasının 2003-cü il 20 iyun tarixli, 485-IIQD nömrəli qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 4 avqust 2003-cü il

905

«Azərbaycan» qəzetində dərc edilmişdir (6 avqust 2003-cü il, 178).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2003-cü il, 8, maddə 434).




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.