Axtar
az|рус|eng
Qanunvericilik

«Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi və Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli, 521 nömrəli Fərmanının qüvvədən düşmüş hesab edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli, 571 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə bölgə şöbələri haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənddən «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən» sözləri çıxarılsın;

1.2. 1.4-cü bənddə «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» sözləri ««Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında»» sözləri ilə əvəz edilsin;

1.3. 2.3-cü bənddə:

1.3.1. dördüncü abzasda «qeydiyyat kitabını» sözləri «dövlət reyestrini» sözləri ilə əvəz edilsin;

1.3.2. beşinci abzasda «statistika, vergi, kadastr və digər reyestrləri aparan orqanlara» sözləri «Azərbaycan Respublikasının Vergilər Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna» sözləri ilə əvəz edilsin.

1.4. 2.4-cü bənddə:

1.4.1. ikinci abzasda «qeydiyyatı haqqında qərarlar qəbul edir» sözləri «qeydiyyatını həyata keçirir» sözləri ilə əvəz edilsin;

1.4.2. üçüncü abzasdan «barədə qərarlar qəbul» sözləri çıxarılsın;

1.4.3. dördüncü abzas aşağıdakı redaksiyada verilsin:

«təsis sənədlərində edilmiş dəyişiklikləri və qeydə alınmış faktların sonrakı dəyişikliyini dövlət qeydiyyatına alır.».

2. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 14 may tarixli, 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş «İxtisaslaşdırılmış çek investisiya fondları haqqında Əsasnamə»nin 2-ci bölməsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. bölmənin adında «qeydiyyatı» sözü «və dövlət qeydiyyatı» sözləri ilə əvəz edilsin;

2.2. 1-ci bənddə «və qeydiyyatı» sözləri «və dövlət qeydiyyatı» sözləri ilə, «Səhmdar cəmiyyəti haqqında» və «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» Azərbaycan Respublikasının Qanunlarına müvafiq» sözləri «qanunvericiliklə nəzərdə tutulmuş» sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8 (üç kitabda), III kitab, maddə 606; 2001-ci il, 10, maddə 640; 2002-ci il, 4 (iki kitabda), II kitab, maddə 189, 10, maddə 592; 2003-cü il, 10, maddələr 566, 569; 2004-cü il, 6, maddə 432) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın 5-ci bölməsinin 5.7-ci bəndində «qeydiyyata» sözü «dövlət qeydiyyatına» sözləri ilə əvəz edilsin.

4. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli, 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8 (üç kitabda), III kitab, maddə 609; 2003-cü il, 8, maddə 435, 10, maddə 522; 2004-cü il, 6, maddə 435; Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 17 fevral tarixli, 188 nömrəli Fərmanı) 3-cü bəndində aşağıdakı əlavə və dəyişiklik edilsin:

4.1. ikinci abzasa «130.5-ci, 131.1-ci, 131.2-ci, 131.4-cü, 132.2-ci, 134-cü» sözləri əlavə edilsin;

4.2. beşinci abzasdan «130.5-ci, 131.1-ci, 131.2-ci, 131.4-cü, 132.2-ci, 133.1-ci, 134-cü» sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli, 544 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 7, maddə 481) ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»də aşağıdakı dəyişikliklər edilsin:

5.1. 8.2-ci bənddə «reyestrini» sözü «dövlət reyestrini» sözləri ilə əvəz edilsin.

5.2. 9.11-ci bənddə «qeydiyyatını» sözü «dövlət qeydiyyatını» sözləri ilə əvəz edilsin.

6. «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar qəbul edilmiş «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli, 521 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilsin.

7. Müəyyən edilsin ki:

7.1. «Siyasi partiyalar haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin birinci və onuncu hissələrində və «Azərbaycan Respublikasının Təhsil Qanunu»nun 13-cü maddəsinin birinci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;

7.2. «Xarici investisiyanın qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsində və «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir.

8. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV.

Bakı şəhəri, 27 may 2005-ci il.

238.

«Azərbaycan» qəzetində dərc edilmişdir (28 may 2005-ci il, 121).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2005-ci il, 5, maddə 403).

28 dekabr 2007-ci il tarixli, 696 nömrəli; 15 fevral 2011-ci il tarixli, 381 nömrəli; 13 noyabr 2012-ci il tarixli, 744 nömrəli Fərmanlara əsasən dəyişikliklərlə.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.