Axtar
az|рус|eng
Qanunvericilik

Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi sahəsində əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Xüsusi razılıq (lisenziya) verilən fəaliyyət növlərinin siyahısını təkmilləşdirmək məqsədi ilə qərara alıram:

1. «Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı»na (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 9, maddə 555; 2003-cü il, 3, maddə 153, 10, maddə 570; 2005-ci il, 2, maddə 69, 4, maddələr 301, 307, 8, maddə 721, 10, maddə 919, 12, maddələr 1104, 1117, 2006-cı il, 7, maddə 591, 9, maddə 743, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 noyabr tarixli 483 nömrəli Fərmanı) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1.1. Fərmanın 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

«Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri» (Əlavə 2) təsdiq edilsin.»;

1.2. həmin Fərmanla təsdiq edilmiş Əlavə 2 yeni redaksiyada verilsin (əlavə olunur).

2. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 767) 1-ci bəndinin 5-ci abzası çıxarılsın.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

3.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Fərman 2007-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 29 dekabr 2006-cı il

510

«Respublika» qəzetində dərc edilmişdir (31 dekabr 2006-cı il, 295) .

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2006-cı il, 12, maddə 1057) .

29 iyun 2007-ci il tarixli, 605 nömrəli; 12 sentyabr 2008-ci il tarixli, 826 nömrəli Fərmanlara əsasən dəyişikliklərlə .


Əlavə 2
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 29 dekabr tarixli, 510 nömrəli
fərmanı ilə təsdiq edilmişdir

Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə
xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri

Sıra -si

Fəaliyyət növlərinin adı

Lisenziya verən icra hakimiyyəti orqanı

Dövlət rüsumunun məbləği (manatla)

1.

I və II məsuliyyət səviyyəli bina və tikililərin dövlət standartlarına uyğun olaraq layihələndirilməsi və mühəndis axtarışı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

1100

2.

Kartoqrafiya fəaliyyəti

Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

1100

3.

Radioaktiv və ionizə şüaları verən maddələrin tullantılarının saxlanması və basdırılması

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

1100

4.

Toksiki istehsalat tullantılarının ütilizasiyası və zərərsizləşdirilməsi

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

1100

5.

Əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsalat tullantılarının tədarükü, emalı və satışı

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

2200

6.

Neft məhsullarının satışı

Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi

5500

7.

Qaz məhsullarının satışı

Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi

5500

8.

Tibb fəaliyyəti

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

5500

9.

Əczaçılıq fəaliyyəti

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

5500

10.

Etil (yeyinti) spirtinin və alkoqollu içkilərin (şərabın, konyakın, arağın və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər alkoqollu içkilərin):

   

10.1.

istehsalı

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

5500

10.2.

idxalı

 

11000

10.3.

satışı

Şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları

220

11.

Tütün məmulatının:

   

11.1.

istehsalı

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

5500

11.2.

idxalı

 

11000

11.3.

satışı

Şəhər və rayon (şəhər rayonları istisna olmaqla) icra hakimiyyəti orqanları

220

12.

Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinə müvəkkil edilməmiş hüquqi və fiziki şəxslər tərəfindən geyri-leqal yolla informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin işlənilməsi, istehsalı, satışı, alınması, ölkəyə gətirilməsi və ölkədən çıxarılması

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi

2200

13.

Su nəqliyyatı ilə yük və sərnişin daşınması

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi

5500

14.

Hava nəqliyyatı ilə yük və sərnişin daşınması

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi

5500

15.

Rabitə xidmətləri:

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

 

15.1.

telefon (məftilli)

 

5000

15.2.

sellülar (mobil)

 

11000

15.3.

radiotrank və simsiz telefon

 

5000

15.4.

ölkədaxili telekommunikasiya kanallarının təşkili

 

5000

15.5.

beynəlxalq telekommunikasiya kanallarının təşkili

 

11000

15.6.

İP- telefoniya (internet-telefoniya)

 

8000

15.7.

məlumatların ötürülməsi (data)

 

6000

15.8.

sürətli poçt xidməti

 

2500

16.

İnformasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyəti

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi

2200

17.

Təhsil müəssisələrinin fəaliyyəti:

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

 

17.1.

məktəbəqədər tərbiyə müəssisələri

 

2500

17.2.

ümumtəhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla), peşə məktəbləri və peşə liseyləri, orta ixtisas təhsil müəssisələri

 

4000

17.3.

ali təhsil müəssisələri

 

5500

18.

Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyəti

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

2200

19.

Bank fəaliyyəti:

Azərbaycan Respublikasının Milli Bankı

 

19.1.

banklar

 

22000

19.2.

bank olmayan kredit təşkilatları

 

1100

20.

Qeyri-dövlət pensiya fondlarının fəaliyyəti

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

11000

21.

Sığorta fəaliyyəti

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

22000

22.

Auditor fəaliyyəti

Azərbaycan Respublikasının Auditorlar Palatası

2200

23.

Əmtəə birjasının fəaliyyəti

Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

11000

24.

Fond birjasının fəaliyyəti

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

11000

25.

İnvestisiya fondunun fəaliyyəti

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

11000

26.

Qiymətli kağızlar bazarının professional iştirakçılarının fəaliyyəti (broker, diler, qiymətli kağızların idarə edilməsi, qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (klirinq), depozitar, qiymətli kağız sahiblərinin reyestrinin aparılması, qiymətli kağızlar bazarında ticarətin təşkili)

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

5500

27.

Bütün növ qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyət

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi

5500

28.

Ciddi hesabat blanklarının hazırlanması

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

2200

29.

Müxtəlif növ möhürlərin və ştampların hazırlanması

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

2200

30.

Turizm fəaliyyəti

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

5500

31.

Gömrük broker fəaliyyəti

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

11000

32.

Gömrük anbarlarının, müvəqqəti saxlanc anbarlarının, sərbəst anbarların təsis edilməsi

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

11000

33.

Teleradio yayımı (televiziya və radio yayımı, əlavə informasiya yayımı, kabel şəbəkəsi yayımı, peyk vasitəsilə yayım, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət)

Milli Televiziya və Radio Şurası

11000

34.

Yabanı dərman bitkiləri xammalının yığılması

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi

550

35.

Avtomobil nəqliyyatı ilə beynəlxalq, şəhərlərarası, şəhərdaxili sərnişin və yük daşınması:

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi

 

35.1.

avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşınması

 

150

35.2.

avtomobil nəqliyyatı ilə şəhərlərarası, şəhərdaxili sərnişin və yük daşınması

 

110

36.

Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi

550

37.

Mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi

1500

38.

Təhlükəli yüklərin nəqliyyat vasitəsi ilə daşınması

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

550

39.

Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

2200

40.

Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

2200

41.

Liftlərin quraşdırılması və təmiri

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

550

42.

Attraksionların quraşdırılması və istismarı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

2500

43.

Energetika obyektlərinin, avadanlıqların və qurğuların quraşdırılması, sazlanması və təmiri

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

2500

44.

Qaldırıcı qurğuların, metallurqiya avadanlıqlarının, təzyiq altında işləyən qazanların, tutumların istehsalı, quraşdırılması və təmiri

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

2500

45.

Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlıqların və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

2500

46.

Müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğınlardan qorunması

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

3600

47.

Yanğınsöndürmə texnikası məhsulunun istehsalı və alınması, sınaqların keçirilməsi

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

3600

48.

Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

3600

49.

Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

3600

50.

Yanğından mühafizə binalarının, qurğularının, otaqlarının tikilməsi, yenidən qurulması və təmiri

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

3600

51.

Qiymətli metalların və qiymətli daşların:

   

51.1.

istehsalı (qiymətli metalların filizlərdən, konsentratlardan alınması)

Azərbaycan Respublikasının Mallyyə Nazirliyi

5000

51.2.

emalı və istifadəsi (qiymətli metallardan və qiymətli daşlardan məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının hazırlanması və təmiri)

Azərbaycan Respublikasının Mallyyə Nazirliyi

500

51.3.

dövriyyəsi (qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının topdan və pərakəndə satışı, əhalidən satın alınması)

Azərbaycan Respublikasının Mallyyə Nazirliyi

550





Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

25 sentyabr 2019-cu il tarixindən saytımız yeni versiyada istifadəyə verilmişdir.